İzahlı lüğət

MÜRƏKKƏB1

sif [ər.] 1. Bir neçə hissədən, ünsürdən ibarət olan (sadə ziddi). Mürəkkəb cümlə. Mürəkkəb cihaz. Mürəkkəb maddə. - Gənclər maşınla bərabər bu mürəkkəb mexanizmi hərəkətə gətirən cavan oğlanı da diqqətlə seyr edirdilər. Ə.Sadıq. // İbarət, əmələ gələn, düzəlmiş, təşkil edilmiş. İraq, Ərəb, Rey qoşunlarından mürəkkəb düşmən ordularına qarşı ancaq Azərbaycanda mövcud olan ordunu qoymaq mümkün idi. M.S.Ordubadi.
Tərkibini təşkil edən hissələrinə, ünsürlərinə, əlaqələrinə, münasibətlərinə görə çox müxtəlif olan; çoxcəhətli. Mürəkkəb elmi məsələ. Mürəkkəb problemlər. // Müxtəlif, bəzən də zidd xüsusiyyətləri, cəhətləri özündə birləşdirən (insanın daxili aləmi, hissləri haqqında). Mürəkkəb xasiyyət. O çox mürəkkəb adamdır.
Quruluşuna, şəklinə, formasına görə çətin başa düşülən; müəmmalı. Mürəkkəb ornament.
Başa düşülməsi, qavranılması, yerinə yetirilməsi, həlli və s. cəhətdən çətinlik törədən; çətin. Mürəkkəb sual. Mürəkkəb əməliyyat. - Şirvan şahlığı məsələsi mürəkkəb bir məsələdir. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed