İzahlı lüğət

MÜRACİƏT

is. [ər.] 1. Birinə üz tutub söylənilən söz, çağırış (istər şifahi, istər yazılı). Xalqa müraciət.
Xahiş, iltimas, rica. Məhəlli komitə, şöbə müdirinin .. müraciətini bir həftə təxirə uğratmışdısa da, yenə Zeynaldan bir xəbər çıxmamışdı. S.Hüseyn. □ Müraciət etmək 1) üz tutub demək. .. Veys bu dəfə Qadirə müraciət elədi.. Ə.Əbülhəsən. [Müəllim:] Siz bu alətlə tanışsınızmı? - deyə sinfə müraciət edib soruşdu. Ə.Sadıq. Elçinin atası uşaqlara müraciət etdi. M.Rzaquluzadə; 2) bir şey üçün şifahi və ya yazılı şəkildə birindən xahiş etmək, yaxud yanına getmək. Həkimə müraciət etmək. Məktubla müraciət etmək. - [Nemət hakimə:] Haqqımı müdafiə etmək üçün ədalət qapısına müraciət edirəm. Çəmənzəminli. Zeynal ötəyə-bəriyə müraciət edib, sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn.
Geri dönmə, qayıtma. □ Müraciət etmək - 1) dönmək, qayıtmaq. [Yusif] Usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. M.F.Axundzadə; 2) məc. tarixi mövzu və s.-dən istifadə etmək, onun haqqında yazmaq. Keçmişə müraciət etmək.
“Vaqif`də Səməd Vurğun yaxın keçmişə müraciət edirsə, “Fərhad və Şirin” də uzaq keçmişə, Nizami poemalarının əks etdirdiyi tarixə müraciət edir. M.Arif; 3) bir şeyi və ya şəxsi tapmaq üçün bir yerə baş vurmaq.
Bax müraciətnamə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MER

MIX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed