
MÜRGÜis. Oyaqlıqla yuxululuq arasındakı hal, yarıyuxulu hal. Quşlar .. küləkli gecənin təlaş dolu mürgüsündən sonra bir an dincəlib sakit oldular. Ə.Məmmədxanlı. Mürgü basmaq (vurmaq, çalmaq, döymək, almaq) - bax mürgüləmək. Uşaq mürgü çalır. - ..Ocağın qırağında qırmızısaqqal bir kişi oturub mürgü döyürdü. Çəmənzəminli. Mürgü aldı zindan açarçısını. R.Rza. ..Cabbar alnını iri yumruqlarına söykəyib oturduğu halda mürgü çalırdı. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|