İzahlı lüğət

MÜNƏVVƏR

sif [ər.] 1. İşıqlı, nurlu, parlaq, rövşən. Cismindir münəvvər, ağü nazikrək; Ol səmən sinəni mərmər eylədi. M.P.Vaqif.
2. Ziyalı. Bu dil münəvvər bir adamın düşüncələrini ifadə etməkdən acizdir. Çəmənzəminli. // İs. mənasında. Keçən əsrin Azərbaycan münəvvərləri cəmiyyətin bədənini müayinə etdikdə onun pis bir xəstəliyə mübtəla olduğunu gördülər. M.İbrahimov.
□ Münəvvər etmək (eləmək) - 1) işıqlandırmaq, işıq saçmaq, nurlandırmaq. Yəqin bil, ölərəm, şəbistanımı; Münəvvər etməsə cəmalın sənin. Aşıq Mirzə Həsən; 2) məc. bəzəmək, bəzək vermək, süsləmək. [Hacı Fərəc:] And olsun atamın ərvahına, səni mən qızıla, ləlü cavahirə münəvvər edərəm. N.Vəzirov. Münəvvər olmaq - işıqlanmaq, nurlanmaq. Dəmbədəm şəmi-cəmalından münəvvər olmasa; Ey gözüm nuri, gərəkməz dideyi-rövşən mana. Füzuli. Münəvvər olsun aləmlər; Görünsün mahtab, oxqay! Aşıq Saleh.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed