İzahlı lüğət

MEXANİSTİK (ID - 28149)

sif Mexanisizmə aid olan, mexanisizm prinsiplərinə əsaslanan. Mexanistik nəzəriyyə.

MEXANİZATOR (ID - 28150)

[yun. mechane-dən] Maşın və mexanizmlərə xidmət edən mütəxəssis (əsasən, kənd təsərrüfatında). Çinarlı .. mexanizatorları payız əkininə vaxtında başlamışlar. Ə.Vəliyev.

MEXANİZATORLUQ (ID - 28151)

is. Mexanizatorun işi, peşəsi. ^

MEXANIZM (ID - 28152)

[yun. mechane - alət] 1. Maşını, aparatı, cihazı və s.-ni hərəkətə gətirən daxili hissəsi. Saatın mexanizmi. // Bir işi görmək üçün maşın, qurğu və s. Qaldırıcı mexanizm. - Cəmil buruqdakı mexanizmlərin adını deyə-deyə...

MEXANİZMLİ (ID - 28153)

sif Mexanizmi olan, mexanizmlə işləyən.

MEKSİKALI(LAR) (ID - 28154)

cəm Meksikada yaşayan xalq.

MEQA (ID - 28155)

is. [yun.] Söz tərkibində böyüklük mənasını bildirən ön hissə. Meqafon.

MELANXOLİYA (ID - 28156)

is. [yun.] 1. Əzablı ovqat, yavaş hərəkət etmə, çətin düşünmə ilə səciyyələnən xəstəhallıq.
Qüssə, kədər, qəmli əhval-ruhiyyə.

MELASSA (ID - 28157)

is. [fr.] Heyvan yemi kimi istifadə olunan şəkər çuğunduru tullantısı, qara patka; mət.

MELXİOR (ID - 28158)

is. [fr.] Misin nikellə ərintisi; xəlitə. s

MELİNİT (ID - 28159)

is. [yun.] Aromatik nitrobirləşmə; partlayıcı maddə.

MELİORASİYA (ID - 28160)

[lat. melioratio - yaxşılaşdırma] Təbii şəraiti pis olan torpaqları kökündən yaxşılaşdırmaq və onların məhsuldarlığını artırmaq üçün görülən tədbirlər sistemi (süni suvarma, bataqlıqları qurutma, sututarlar düzəltmə...

MELİORATİV (ID - 28161)

sif. [lat.] Meliorasiyaya aid olan, meliorasiya ilə əlaqədar olan. Qarayonca əkinlərinin çox mühüm meliorativ əhəmiyyəti vardır. “Pambıqçılıq” .

MELİORATOR (ID - 28162)

[lat.] Meliorasiya mütəxəssisi.

MELİYA (ID - 28163)

is. bot. İkiləpəli bitki fəsiləsindən ağac və ya kol cinsi.

MELODİYA (ID - 28164)

[yun. melodia - nəğmə, hava] Müəyyən musiqi vəhdəti əmələ gətirən səslərin ahəngdar ardıcıllığı; hava, motiv.
2. Ahəngdarlıq, melodiklik.

MELODİK (ID - 28165)

sif. [yun.] 1. Melodiyaya aid olan. Nəğmənin melodik quruluşu.
2. Ahəngdar, qulağa xoş gələn. Melodik səs.

MELODİKA (ID - 28166)

[yun.] mus. 1. Melodiya haqqında elm.
2. Hər hansı bir kompozitorun, xalqın musiqi yaradıcılığına, yaxud musiqi əsərinə (janrına) xas olan melodik vasitələrinin məcmusu.

MELODİKLİK (ID - 28167)

is. Ahəngdarlıq, axıcılıq, gözəllik (səsdə).

MELODRAM (ID - 28168)

[yun. melos - mahnı və drama - hadisə] 1. Mövzusunda mübaliğəli dramatik gərginlik, zahiri effekt və həyəcanlı səhnələr olan dramatik janr, habelə bu janrda əsər. Öz hiss və həyəcanlarını həddindən artıq faciəli və qeyri-təbii...

MELODRAMATİK (ID - 28169)

sif [yun.] 1. Melodrama aid olan, melodrama xas olan. Melodramatik rol.
Həddən artıq gərgin, şişirdilmiş, qeyritəbii, melodramda olduğu kimi.

MELODRAMATİZM (ID - 28170)

[yun.] Bir şeyin melodramda olduğu kimi həddindən artıq həssaslıqla və qeyri-təbii təsvir edilməsi.

MEMAR (ID - 28171)

is. [ər.] Memarlıq mütəxəssisi; arxitektor. [Sənubər Pərşana:] Bu çox ciddi işdir, inanılmış, nə bilim, sınanmış, təcrübəli memara vermək lazımdır. B.Bayramov.

MEMARLIQ (ID - 28172)

is. Binaları layihələndirmə, tikmə və bədii cəhətdən tərtib etmə sənəti; arxitektura. // Tikintinin bədii üslubu, xarakteri. Şərq memarlığı.

MEMBRAN (ID - 28173)

[lat.] tex. Səs dalğalarını tutmaq və təkrarlamaq üçün lazım olan titrəyişlər əmələ gətirən elastik materialdan nazik lövhəcik və ya pərdə. Telefonun membranı.
Veys [Ağasəfərin] sözünü kəsdi və membranı valın üstündən...

MEMORANDUM (ID - 28174)

[lat.] Hər hansı bir məsələ haqqında hökumətin fikirləri izah edilmiş diplomatik sənəd.

MENECMENT (ID - 28175)

is. [ing.] Gəliri artırmaq üçün idarəetmə üsulları və prinsipləri.

MENİNGİT (ID - 28176)

[yun.] tib. Beyin qişalarının iltihabı.

MENNO (ID - 28177)

is. din. Protestant təriqəti.

MENŞEVİK (ID - 28178)

[rus.] Menşevizm tərəfdarı, antimarksist opportunist partiyanın üzvü.

MENŞEVİKLİK (ID - 28179)

is. Menşevizmə mənsubiyyət, menşevizm.

MENŞEVİZM (ID - 28180)

[rus.] tar. Rusiya SosialDemokrat Fəhlə Partiyasında əksinqilabi xırda burjua opportunist cərəyanı; reformizmin bir növü.

MENTALİTET (ID - 28181)

is. [ing.] Xalqın ruhunun və vərdişlərinin təzahürü; xilqət.

MENTOL (ID - 28182)

[lat. mentha - nanə və oleum yağ] Kəskin nanə qoxusu verən şəffaf kristal maddə (təbabətdə, şirniyyat istehsalında və s.-də işlədilir). Nanə .. növünün yağında 38-65% mentol olduğundan mentol almaq üçün əsas xammal sayılır....

MENUET (ID - 28183)

is. [fr.] Fransız rəqsi.

MENYU (ID - 28184)

[fr.] Restoran, aşxana və kafedə yeməklərin adları olan siyahı. Menyuya baxmaq.

MENZULA (ID - 28185)

[lat. mensula - kiçik stol] Bir yerin topoqrafik planını çəkmək üçün geodezik alət.

MENZÜRA (ID - 28186)

is. [lat.] Musiqi alətlərində səs mənbəyi ölçülərini hesablamaq üçün məlumat.

MENZÜRKA (ID - 28187)

[rus. əsli lat. mensura - ölçü] Mayelərin həcmini dəqiq ölçmək üçün bölgülü şüşə və ya stəkan. [Aydın] iynənin menzurkasında əvvəl bir qədər qan gördü. H.Seyidbəyli.

MER (ID - 28188)

is. [fr.] İcra hakimiyyəti başçısı.

MERAC (ID - 28189)

is. [ər.] İslamda Məhəmməd peyğəmbərin Allahla danışmaq üçün göyə qalxması. Namaz möminin meracıdır.

MEREJKA (ID - 28190)

[rus.] Parçadan çıxarılan sapların yerində seyrək deşiklərlə tikilən naxışlı tikmə. Süfrənin kənarını merejka etmək.

MEREJKALI (ID - 28191)

sif Merejka edilmiş, merejka salmmış, merejkası olan. Merejkalı dəsmal.

MERİDİAN (ID - 28192)

[lat. meridianus - günorta] coğr. Yer kürəsinin hər iki qütbündən keçib ekvatoru düzbucaq şəklində kəsən xəyali qapalı əyri xətt. □ Göy meridianı astr. - Yer kürəsinin qütblərindən keçən və müşahidə yerinin zeniti olan...

MERİNOS (ID - 28193)

[isp. merino] 1. Nazik ağyunlu qoyun cinsi, habelə bu cinsdən olan qoyunun özü. Qafqaz merinosu.
Həmin qoyunun yunu, habelə bu yundan toxunan parça. Merinos yunundan hazırlanmış. Merinos parça. Merinos şərf

MERİYA (ID - 28194)

is. [fr.] İcra hakimiyyəti, bələdiyyə şurası.

MERKANTİLİST (ID - 28195)

[fr. əsli ital.] Merkantilizm tərəfdarı.

MERKANTİLIZM (ID - 28196)

[fr. merkantilis, ital. merkante - ticarətdən] 1. XVI-XVIII əsrlərdə Avropada ticarət burjuaziyasının iqtisadi nəzəriyyə və siyasəti (bu nəzəriyyə ölkənin rifah halının istehsalın inkişafmdan deyil, əmtəə idxalının əmtəə...

MESAJ (ID - 28197)

is. [fr.] Məktub, iltimas, xəbərdarlıq.

MESENAT (ID - 28198)

is. [lat.] Himayədarlıq edən, yardım göstərən.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed