İzahlı lüğət

MEXANIZM

[yun. mechane - alət] 1. Maşını, aparatı, cihazı və s.-ni hərəkətə gətirən daxili hissəsi. Saatın mexanizmi. // Bir işi görmək üçün maşın, qurğu və s. Qaldırıcı mexanizm. - Cəmil buruqdakı mexanizmlərin adını deyə-deyə onlardan hər birisinin vəzifəsini qısaca izah etməyə başladı. M.Hüseyn. ..Teymurgilin köhnə məhəlləsinə cürbəcür mexanizmlər gətirilir. H.Seyidbəyli.
məc. Bir şeyin daxili quruluşu, sistemi. Dövlət mexanizmi.
Fiziki, kimyəvi, fızioloji və b. hadisələri törədən vəziyyət və proseslərin məcmusu. Təfəkkür mexanizmi. Kimyəvi reaksiya mexanizmi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed