İzahlı lüğət

MÖVHUMATÇILIQ (ID - 29649)

is. Mövhumata inanma; fanatizm.

MÖVHUMATPƏRƏST (ID - 29650)

[ər. mövhumat və fars. ...pərəst] bax mövhumatçı. Şərqin çürük mövhumatpərəst və dedi-qodulu həyatı [Məhərrəmi] sıxdığından bu mühitdən uzaqlaşmaq üçün tədbirlər düşünməyə başladı. A.Şaiq.

MÖVQE (ID - 29651)

is. [ər.] 1. Yer, məhəl. // Bir şeyin baş verdiyi, olduğu yer.
Hər hansı bir adamın cəmiyyətdə, ictimai həyatda yeri, rolu, vəziyyəti. Ictimai mövqe. - Vaqifin də sol yanda əyləşdirilməsi, onun sarayda qazanmış olduğu mövqeyi...

MÖVQİF (ID - 29652)

is. [ər.] köhn. Duracaq yer, dayanacaq, stansiya. Çaparların vəzifəsi dəmiryol mövqifindən gəlib şəhərə və şəhərdən gəlib mövqiflə gedən poçtu müşayiət etmək idi. Ə.Haqverdiyev. Yevlax stansiyasında bir çox yolçu toplanmışdı,...

MÖVQUF (ID - 29653)

sif. [ər.] 1. din. Vəqf olunmuş, vəqf üçün ayrılmış (bax vəqf).
klas. Varlığı başqa bir şeyin varlığından asılı olan; asılı, bağlı, əlaqəli, əlaqədar. Səltənətin davamı və silsilənin bəqası mövqufldur elmə. M.F.Axundzadə....

MÖVQUFAT (ID - 29654)

is. [ər. “mövquf’ söz. cəmi] Vəqf edilmiş mal, mülk və s. Bunların qışda odunu mövqufatdan verilir. Ə.Haqverdiyev.

MÖVLA (ID - 29655)

is. [ər.] klas. Allah, yaradan, tanrı. Hər kimin ki mövla olur köməyi; Nə işi var sultan ilə, xan ilə. M.V.Vidadi. Xəstə könül gəzir bu təmənnada; Mərdlərin mövlası, sən yetiş dada! Aşıq Ələsgər.

MÖVLANA (ID - 29656)

is. [ər.] İslam şərqində bəzi görkəmli alim və şairlərə hörmət əlaməti olaraq verilən ad. [Əntiqfüruş:] Aha, indi anladım, ey müsafir, haqlısan! Mövlana Füzulinin divanıdır bu divan! B.Vahabzadə.

MÖVLƏVİ (ID - 29657)

sif. [ər.] XIII əsrdə Türkiyədə Mövlana Cəlaləddin Rumi tərəfindən əsası qoyulmuş həmin adlı təriqətə mənsub adam (dərviş).

MÖVLUD (ID - 29658)

is. [ər.] klas. Doğulmuş, anadan olmuş. □ Mövlud bayramı - Məhəmmədin anadan olma günü (müsəlmanların dini bayramı).

MÖVSÜM (ID - 29659)

is. [ər.] 1. İlin dörd fəslindən hər biri; fəsil. Payız mövsümü. - Qış mövsümü qayət soyuq, yağmurlu bir havada; Gördü ancaq arvad, uşaq qalmış kənddə, obada. A.Səhhət. Yaz mövsümü çəməndə; Yasəmənmi açılmış? M.Seyidzadə.
İlin,...

MÖVSÜMÇÜ (ID - 29660)

is. Mövsüm işlərində işləyən fəhlə, daimi deyil, mövsümlə işləyən işçi.

MÖVSÜMÇÜLÜK (ID - 29661)

is. Daimi, müntəzəm deyil, mövsümdən-mövsümə aparılan iş üsulu. Mövsümçülüklə mübarizə.

MÖVSÜMİ (ID - 29662)

sif. [ər.] 1. Müəyyən mövsümlə bağlı olan, mövsüm üçün olan. Mövsümi palto. - [Zahidoğlu] bu gün öz nazikyay paltarından heç birini geyməli olmadı, mövsümi libaslarına yanaşdı. S.Rəhimov. // Yalnız müəyyən mövsümə uyğun...

MÖVSÜMQABAGI (ID - 29663)

sif. Mövsümün (2-ci mənada) yaxınlaşması ilə əlaqədar, bağlı. Mövsümqabağı işlər.

MÖVSÜMLÜK (ID - 29664)

sif. Bir mövsüm üçün olan, mövsümlə əlaqədar olan. Mövsümlük yığım norması.

MÖVT (ID - 29665)

is. [ər.] klas. Ölüm, vəfat. Mövtünlə şad olurmu bu qəddar düşmənin; Ölsən də sən ürəklərimizdir nişimənin. M.S.Ordubadi.

MÖVÜC (ID - 29666)

is. Qurudulmuş üzüm. Yaqub mövücdən götürüb, dəmlənmiş tünd çayı ləzzətlə içməyə başladı. S.Vəliyev.

MÖVÜCALAN (ID - 29667)

is. Üzüm, əncir və s. qurudulan yer. Baba bağın bir guşəsində mövücalan qayırardı ki, külək şiddətli əsəndə sərgini külək aparmasın. H.Sarabski.

MÖVÜCÜ (ID - 29668)

is. Əsasən mövüc qurutmaq üçün işlədilən irigiləli üzüm növü. Baba isə xatını, .. əsgəri, mövücü üzümləri dərib gətirər, tapdalayar və şirə yığardı. H.Sarabski.

MU (ID - 29669)

is. [fars.] klas. Saç, tük, tel. Saçına uymuş xəyalım çünki ənbərbu kimi; Ol səbəbdən incəlib qəddim olubdur mu kimi. M.P.Vaqif. Yüz huri-qılman olaydı hazir; Mu qədri ülfiət etməzdi xatir. Q.Zakir.

MUAR (ID - 29670)

[fr.] 1. İşıq düşəndə müxtəlif rəngli çalarlar verən sıx toxunmuş ipək və ya yarımipək parça.
2. Səthində basma naxışları olan kağız.

MUAVR (ID - 29671)

is. [xüs. is.-dən] Triqonometrik şəkildə olan kompleks ədədi n-ci qüvvətə yüksəltmək üçün düstur.

MUCUL (ID - 29672)

MUCULLANMA (ID - 29673)

“Mucullanmaq” dan f.is.

MUCULLANMAQ (ID - 29674)

f Yanıb yığılmaq; büzüşmək, yığılmaq. Yun yanıb mucullandı.

MÜFEL (ID - 29675)

is. [alm.] Sənayedə işlədilən elektrik və ya alovlu qızdırıcı soba.

MUFLON (ID - 29676)

is. [fr] Qoyun növü; dağ qoyunu.

MUFTA (ID - 29677)

[alm.] 1. tex. Val, boru və s. kimi silindrik şeyləri bir-birinə rəbt etmək üçün metal halqa, bilərzik.
2. Əlləri soyuqdan qorumaq üçün xəzdən və s.-dən hər iki tərəfi açıq isti kisəcik. [Mariya] kürkünü çıxartmayıb,...

MUG (ID - 29678)

is. [fars.] tar. Zərdüşt dininə mənsub adam; atəşpərəst, məcusi.

MUGAM (ID - 29679)

is. [ər. məqam - mövqe] mus.
Bir neçə hissədən ibarət vokal-instrumental və ya instrumental Şərq musiqisi. Segah muğamı. Humayun muğamı. - XIX əsrin ikinci yarısında Hacı Hüsü, Məşədi İsi kimi məşhur xanəndələr segah muğamını...

MUGAMAT (ID - 29680)

[ər. “məqam” söz. cəmi] Muğam tərzində olan havalar. Muğamat çalmaq. - Xanəndə muğamat ilə bəyi təbrik edən əşarı oxuyur. R.Əfəndiyev. Məlumdur ki, tar müşayiəti ilə oxunan muğamat parçaları inqilabdan qabaq yazılmış...

MUGAMATÇI (ID - 29681)

1. is. Əsasən muğam oxuyan xanəndə.
2. Bax muğamatşünas.

MUĞAMATŞÜNAS (ID - 29682)

is. [ər. məqamat və fars. ...şünas] Muğamatları yaxşı bilən musiqişünas. O vaxt Şirvanda Mahmud ağa adında bir muğamatşünas var idi. Ə.Haqverdiyev.

MUĞAMVARİ (ID - 29683)

sif Muğama oxşayan, muğam tərzində olan. Muğamvari melodiya.

MUĞAYAT (ID - 29684)

[ər. müqəyyəd]: muğayat olmaq - qorumaq, gözü üstündə olmaq, zərər toxunmağa qoymamaq, göz olmaq. Uşaqdan muğayat ol. Özündən muğayat olmaq. - [Mirzə Fərəc:] Qafar, sən bunlardan muğayat ol. S.S.Axundov. [Rizvan:] Qapı-bacanı...

MUXRU (ID - 29685)

is. məh. Böyük uzun alaçıq. Comərd dəstəni lap kənardakı tək muxruya tərəf çəkdi. Ə.Abasov.

MUXTAR (ID - 29686)

sif [ər.] 1. Muxtariyyət hüququ olan. Muxtar vilayət. Muxtar respublika. Dağlıq Qarabağ Muxtar Vilayəti.
2. klas. Sərbəst, müstəqil, azad, asılı olmayan, ixtiyarı özündə. ..Bizlərdə övrəti boşamaq lazım olanda həmişə meydana...

MUXTARİYYƏT (ID - 29687)

is. [ər.] Daxili qanunvericilik və idarəetmə işlərində sərbəst olma hüququ; özünüidarə. Muxtariyyət tələb etmək.

MUXTARİYYƏTLİ (ID - 29688)

b ax muxtar 1-ci mənada.

MUXUL (ID - 29689)

sif məh. İşə can yandırmayan, səhlənkar.

MUJIK (ID - 29690)

[rus.] köhn. 1. Kəndli. [Heydər bəy:] Naçalnik, hər belə mujik sözünə etibar edib məni bədbəxt etməyin! M.F.Axundzadə.
2. Burjua-zadəgan dilində: savadsız, cahil, tərbiyəsiz, kobud adam haqqında.

MUKALTİN (ID - 29691)

is. [lat.] Bəlğəmgətirici dərman preparatı.

MUKOR (ID - 29692)

is. Ibtidai göbələklər sırası.

MULAT (ID - 29693)

[isp. mulato] Avropalılarla zəncilərin nikahından əmələ gələn.

MÜLDA (ID - 29694)

is. [alm.] 1. Tökmə maşında çuqun almaq üçün metal qəlib.
Xammal üçün metal qutu.

MULİNE (ID - 29695)

[fr. moulinet] Tikmədə işlədilən müxtəlif rəngli sap növü.

MULTİPLİKASİYA (ID - 29696)

[lat. multiplicatio çoxaltma] Hərəkətin ayrı-ayrı momentlərini təsvir edən şəkil və ya kuklaların kinoya çəkilməsi, habelə bu cür çəkilmiş şəkillərdən ibarət kinofılm. Multiplikasiya filmi.

MULTİPLİKASİYAÇI (ID - 29697)

bax multiplikator.

MULTİPLİKATOR (ID - 29698)

[lat.] Multiplikasiya mütəxəssisi; multiplikasiyaçı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed