İzahlı lüğət

MÖVQUF

sif. [ər.] 1. din. Vəqf olunmuş, vəqf üçün ayrılmış (bax vəqf).
klas. Varlığı başqa bir şeyin varlığından asılı olan; asılı, bağlı, əlaqəli, əlaqədar. Səltənətin davamı və silsilənin bəqası mövqufldur elmə. M.F.Axundzadə. Mövquflisə qəlbin fərəhi qətlimə, billah; Oldür məni, ey dilbəri-ziba, fərəh olsun! S.Ə.Şirvani. □ Mövquf olmaq - asılı olmaq, bağlı olmaq, əlaqədar olmaq. [Nuxulular:] Çox yaxşı, ağa, bu bir asan işdir, təki iksirin təkmili buna mövquflolsun. M.F.Axundzadə.
Tərk etmə, unutma. □ Mövquf etmək tərk etmək, unutmaq, bir işi daha etməmək. Ibrahim .. dükana getməyi mövqufledib oğlunun yanında qaldı. Ə.Haqverdiyev. Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib-gəlməyi bilmərrə mövquf eləmişdi. Çəmənzəminli. Mövquf olmaq - tərgidilmək, unudulmaq, daha edilməmək. Etsin onları şiə gərək ildə ziyarət; Mövqufl ola, heyhat, çətindir belə adət. Ə.Qəmküsar.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed