İzahlı lüğət

MÖVQE

is. [ər.] 1. Yer, məhəl. // Bir şeyin baş verdiyi, olduğu yer.
Hər hansı bir adamın cəmiyyətdə, ictimai həyatda yeri, rolu, vəziyyəti. Ictimai mövqe. - Vaqifin də sol yanda əyləşdirilməsi, onun sarayda qazanmış olduğu mövqeyi və hörməti göstərirdi. Çəmənzəminli. □ Mövqe tutmaq - yer tutmaq, əhəmiyyəti olmaq, nüfuz qazanmaq. // Vəzifə, rütbə, dərəcə. [Zeynal] arxadaşlarına nisbətən daha yüksək bir mövqedə olduğunu göstərmək üçün deyirdi. S.Hüseyn. Arada nə vəzifə, nə də mövqe fərqi görünürdü. B.Bayramov.
Hərbi əməliyyat sahəsi, döyüş meydanı; cəbhə. O gündən bir saat da olsun Nəriman mövqeyindən yayınmamışdı. Mir Cəlal. Mövqe tutmaq - döyüş üçün müəyyən yerdə hazır durmaq. [İdrisin] batalyonu azad etməyə can atdığı bir şəhərin qarşısındakı atəş xəttində mövqe tutmuşdu. Ə.Məmmədxanlı. Ismayıl kişi qocaman bir qoz ağacının altında, qaya dalında mövqe tutmuşdu. P.Makulu.
Vəziyyət, hal. [Səlma:] Aman, nə müşkül mövqedə qaldım, ah! H.Cavid. [Molla Xəlil] çıxılmaz bir mövqedə bulunurdu. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed