İzahlı lüğət

MƏHARƏTLİ (ID - 28449)

sif Məharəti olan; bacarıqlı, qabiliyyətli, mahir. Məharətli usta. - ..Onun qonşuluğunda usta Cəfər adlı məharətli bənna və səliqəli gəc çəkən var. C.Məmmədquluzadə. [Qəhrəman] məharətli və peşəkar bir natiq kimi sözə...

MƏHARƏTLİLİK (ID - 28450)

is. Bacarıqlılıq, qabillik, qabiliyyətlilik, mahirlik.

MƏHARƏTSİZ (ID - 28451)

sif Məharəti olmayan, bacarıqsız, qabiliyyətsiz.

MƏHARƏTSİZLİK (ID - 28452)

is. Məharətsiz olma; qabiliyyətsizlik, bacarıqsızlıq.

MƏHBƏS (ID - 28453)

is. [ər.] Həbsxana. Məhbəsə salmaq. - [Aydəmir:] ..Mənim üçün ən qaranlıq bir məhbəsin yaşıl, azad bir çəməndən fərqi yoxdur.. C.Cabbarlı. Diqqətlə saxlanılır Əjdər məhbəsdə; Sağalmış yarası, deyildir xəstə. H.K.Sanılı....

MƏHBƏSXANA (ID - 28454)

[ər. məhbəs və fars. ...xanə] bax məhbəs.

MƏHBUB (ID - 28455)

is. [ər.] klas. Sevgili, məşuq, istəkli (kişi). Zatında çü var idi məhəbbət; Məhbubu görüncə tutdu ülfiət. Füzuli. Könlümün sevgili məhbubu mənim; Vətənimdir, vətənimdir, vətənim. A.Səhhət.

MƏHBUBƏ (ID - 28456)

is. [ər.] Sevgili, məşuqə, istəkli (qadın - qız). Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlmi xatunla oturub söhbətə məşğul idi. M.F.Axundzadə. Işi bəhanə edib, həyətdə o yan-bu yana getdi, məhbubəsini...

MƏHBUS (ID - 28457)

is. [ər.] Həbs olunmuş; dustaq. Bu halda məhbuslar yerə yıxılıb şahın ayağına sürünürlər. Ü.Hacıbəyov. Sanki küçədən böyük bir məhbus dəstəsini Sibirə aparırlar. S.Rəhman.

MƏHBUSLUQ (ID - 28458)

is. Həbsdə olma, dustaqda olma; dustaqlıq.

MƏHCUB (ID - 28459)

sif. [ər.] klas. Utanmış, utanan, utancaq. [Günəş] məhcub və tutqun bir halda yatağına çəkildi. A.Şaiq. Səhərlər üfüqlər məhcub qız yanaqları kimi qızarırdı. Ə.Məmmədxanlı. □ Məhcub etmək - utandırmaq. [Qızın] yanaqları...

MƏHCUBLUQ (ID - 28460)

is. klas. Utanma, utancaqlıq, həya. Ən gözəl və sevimli xüsusiyyətlərindən birisi, zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlığı idi. M.S.Ordubadi.

MƏHDUD (ID - 28461)

sif [ər.] 1. Əhatə olunmuş, dövrələnmiş, hüdudlanmış. Hasarla məhdud bir ev. □ Məhdud etmək - hədd qoymaq, hüdud qoymaq, məhdudlaşdırmaq.
Kiçik, əhəmiyyətsiz, az, cüzi. Imkanlarımız məhduddur. Məhdud miqdarda. Vəsait...

MƏHDUDİYYƏT (ID - 28462)

[ər.] bax məhdudluq.

MƏHDUDLANDIRILMA (ID - 28463)

“Məhdudlandırılmaq” dan f.is.

MƏHDUDLANDIRILMAQ (ID - 28464)

bax məhdudlaşdırılmaq.

MƏHDUDLANDIRMA (ID - 28465)

“Məhdudlandırmaq” dan f.is.

MƏHDUDLANDIRMAQ (ID - 28466)

bax məhdudlaşdırmaq. Imkanı məhdudlandırmaq.

MƏHDUDLANMA (ID - 28467)

“Məhdudlanmaq” dan f.is.

MƏHDUDLANMAQ (ID - 28468)

f. Öz işi və hərəkətində müəyyən bir hədlə kifayətlənmək, ondan kənara çıxmamaq.

MƏHDUDLAŞDIRILMA (ID - 28469)

“Məhdudlaşdırılmaq” dan f.is.

MƏHDUDLAŞDIRILMAQ (ID - 28470)

məch. Müəyyən bir hüdud, çərçivə içinə alınmaq, müəyyən bir dairədə saxlanılmaq.

MƏHDUDLAŞDIRICI (ID - 28471)

bax məhdudlayıcı.

MƏHDUDLAŞDIRMA (ID - 28472)

“Məhdudlaşdırmaq” dan f.is.

MƏHDUDLAŞDIRMAQ (ID - 28473)

f Müəyyən bir hüdud içinə almaq, məhdud etmək, hədd qoymaq, müəyyən həddə, çərçivədə saxlamaq. İmkanı məhdudlaşdırmaq. - Bizim dövrümüz sənətkarı heç bir cəhətdən məhdudlaşdırmır. M.Hüseyn.

MƏHDUDLAŞMA (ID - 28474)

“Məhdudlaşmaq” dan f.is.

MƏHDUDLAŞMAQ (ID - 28475)

f Məhdud olmaq, müəyyən hədd-hüdud içərisində olmaq, kifayətlənmək. [Müəllimlərin] ikiilliklə əlaqədar olaraq gördükləri işlər yalnız bununla məhdudlaşmır. (Qəzetlərdən).

MƏHDUDLAYICI (ID - 28476)

sif. Məhdud edən, məhdudlaşdıran, müəyyən ölçüdən, hüduddan kənara çıxmağa qoymayan; məhdudedici.

MƏHDUDLUQ (ID - 28477)

is. Məhdud olma, müəyyən hədd-hüdud içərisində olma; məhdudiyyət. // Azlıq, kifayətsizlik, darlıq. İmkanların məhdudluğu. Dünyagörüşünün məhdudluğu.

MƏHƏBBƏT (ID - 28478)

is. [ər.] 1. Eşq, sevgi, sevmə, sevişmə. Aralarında məhəbbət var. □ Məhəbbət bağlamaq (salmaq) - sevmək, vurulmaq, eşq yetirmək. İlk zamanlar körpə ilə
o qədər də maraqlanmayan ata yavaş-yavaş balasına məhəbbət saldı....

MƏHƏBBƏTANƏ (ID - 28479)

zərf [ər. məhəbbət və fars. ...anə] Dərin məhəbbətlə, sevgi hissi ilə. Məhəbbətanə süzmək. - [Molla Fərəc:] Məhəbbətanə qızlara baxır. M.Əliyev.

MƏHƏBBƏTLİ (ID - 28480)

sif. Məhəbbət bəsləyən, məhəbbəti olan, məhəbbət ifadə edən. Bu qədər adamın içində Məryəm Nadirin gözünə görünər-görünməz yenə də Zeynəbin məhəbbətli çöhrəsiniyaradırdı. B.Talıblı. // İs. mənasında. Bir çox...

MƏHƏBBƏTNAMƏ (ID - 28481)

is. [ər. məhəbbət və fars. ...namə] 1. Dostyana məktub. [Vaqif:] Mirzə Camal, Rum soltanına yazılmış məhəbbətnaməni ver görüm. Çəmənzəminli.
2. Məhəbbət ifadə edən məktub, sevgi məktubu, eşqnamə. Ümidim var məhəbbətnamədən...

MƏHƏBBƏTSİZ (ID - 28482)

sif. Məhəbbəti, sevgisi olmayan. // zərf Məhəbbət olmadan; sevgisiz, istəksiz. Məhəbbətsiz evlənmək.

MƏHƏCCƏR (ID - 28483)

is. [ər.] Balkonun, eyvanın, pilləkənin, körpünün kənarına çəkilən şəbəkə; barmaqlıq, sürahi. Dəmir məhəccər. Taxta məhəccər. - Məşədibəy göyərtədə dəmir məhəccərə söykənib nəhayətsiz boşluqlara baxırdı. M.Hüseyn....

MƏHƏCCƏRLİ (ID - 28484)

sif. Məhəccəri olan; sürahili, barmaqlıqlı. Məhəccərli balkon. - Yaşıl məhəccərli dördkünc bağçada .. Nizaminin tuncdan tökülmüş miniatür heykəli qoyulmuşdu. M.Hüseyn. Səkilərin birində, bir tərəfdə taxtadan hamamçı üçün...

MƏHƏK (ID - 28485)

is. [ər.] Qızıl və gümüşün əyarını təyin edən bir cins daş. □ Məhək daşı 1) məhək; 2) məc. bir şeyin keyfiyyəti, dəyərini göstərən şey. Dil eyni zamanda şəxsiyyətin qabiliyyət və qanacaq dərəcəsini bildirən bir...

MƏHƏL1 (ID - 28486)

[ər.]: məhəl qoymamaq - etina etməmək, maraqlanmamaq; saymamaq. Mən xotkar qızıyam, Nigardır adım; Şahlara, xanlara məhəl qoymadım. “Koroğlu” . [Birisi:] Bəy, qonşunun qızına gözüm düşüb, hərçi çalışıram, zalım qızı...

MƏHƏL2 (ID - 28487)

is. [ər.] Yer. Necə surət bağlasın könlüm xilasi-eşqdən; Eşqdir bir hal kim,
ol halə könlümdür məhəl. Füzuli.

MƏHƏLÇİLİK (ID - 28488)

is. 1. Bax yerliçilik.
2. Öz yazılarında, əsərlərində yerli sözlər işlətmə meyli. Bədii əsərlərdə məhəlçiliyə yol verməməli.

MƏHƏLLƏ (ID - 28489)

is. [ər.] 1. Bir şəhər və ya qəsəbənin bölündüyü hissələrdən hər biri. Hər məhəllədən iki-üç nəfər adam uşaqları ilə bir yerdə arabaya, faytona, ata, eşşəyə minib, [pirə] gedəcək idilər. N.Nərimanov. Şeyx Şəbanın...

MƏHƏLLİ (ID - 28490)

sif Yalnız bir məhəllə, bir yerə məxsus və aid olan, ümumxalq mahiyyəti daşımayan; yerli. Məhəlli sözlər. Məhəlli idarələr. - Belə zamanda məhəlli əsərlər yazmaqla kifayətlənmək olmaz. M.İbrahimov. Məhəlli komitə köhn....

MƏHƏRRƏM (ID - 28491)

is. [ər. mühərrəm] 1. Ərəb qəməri təqviminin birinci ayı (şiələrin imamları bu ayda qətl edildiyi üçün yas ayı hesab olunur). [Məşədi Səttar] hər il məhərrəm ayında yeddi gün imam ehsanı verirdi. Ə.Haqverdiyev. [Qızxanım]...

MƏHƏRRƏMLİK (ID - 28492)

is. din. Məhərrəm ayında imamların qətli münasibətilə şiələrin tutduqları yas, saxladıqları matəm; təziyə, əza. Məhərrəmlikdə kərbəlayı altıaylıq uşaqların başını çərtirdi. Çəmənzəminli. [Qərib:] Məhərrəmlikdə...

MƏHFƏL (ID - 28493)

is. [ər.] köhn. 1. Yığıncaq yeri.
2. Toplantı, dərnək.

MƏHFƏZƏ (ID - 28494)

is. [ər.] köhn. 1. Qab, mücrü, sandıqça.
Qılaf.

MƏHKƏMƏ (ID - 28495)

is. [ər.] 1. Cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı. Xalq məhkəməsi. Ali məhkəmə. // Bu orqanların heyəti. Qalxın, məhkəmə gəlir! Məhkəmə işə baxdı.
Bu orqan tərəfindən işə baxılma. Məhkəmə...

MƏHKƏMƏBAZ (ID - 28496)

is. [ər. məhkəmə və fars. ...baz] Vaxtını məhkəmələrdə keçirməyi, hər bir iş üçün məhkəməyə müraciət etməyi sevən adam.

MƏHKƏMƏBAZLIQ (ID - 28497)

is. Məhkəməbaz adamın xasiyyəti.

MƏHKƏMƏLİK (ID - 28498)

sif. Məhkəməyə aid olan, məhkəmə vasitəsilə həll edilməli olan.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed