İzahlı lüğət

MƏHƏCCƏR

is. [ər.] Balkonun, eyvanın, pilləkənin, körpünün kənarına çəkilən şəbəkə; barmaqlıq, sürahi. Dəmir məhəccər. Taxta məhəccər. - Məşədibəy göyərtədə dəmir məhəccərə söykənib nəhayətsiz boşluqlara baxırdı. M.Hüseyn. Hətəm .. balkonun məhəccərinə söykəndi. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......