MANCANAQ (ID - 27799)is. [yun.] 1. Quyudan su çəkmək üçün ling rolunu oynayan uzun ağac. Mancanaqla su çəkmək. // tex. Quyudan nefti və ya suyu çıxartmaq üçün qurğu. Mancanaq dəzgahı. - Mancanaqlar enib-qalxır, .. kompressor stansiyasından gələn yeknəsəq...
|
MANCANAQÇI (ID - 27800)is. Qədimdə mancanağı (2-ci mənada) idarə edən döyüşçü. [Xan:] Bir dəstə oxatan, bir dəstə mancanaqçı göndərsinlər. “M.N.Lətif.”
|
MANDAL (ID - 27801)is. məh. Cəftə, siyirtmə. Dəmir qapıların sanballı qıfilları zırınqıltı ilə açıldı, ağır mandallar cəftələrdən çıxarıldı. Çəmənzəminli.
|
MANDALLI (ID - 27802)sif məh. Cəftəli, siyirtməli. Mandallı qapı. // Dalına kilid (2-ci mənada) vurulmuş.
|
MANDARİN1 (ID - 27803)[isp.] bax naringi.
|
MANDARİN2 (ID - 27804)[port.] Köhnə feodal Çində dövlət məmurları.
|
MANDAT (ID - 27805)[lat. mandatum - tapşırıq]
Təqdim edənin bu və ya digər vəkalətini təsdiq edən sənəd. Deputat mandatı. 1914-1918-ci illərdəki dünya müharibəsində qalib ölkələrə, Almaniyanın keçmiş müstəmləkələrini və Osmanlı imperiyasının... |
MANDATLI (ID - 27806)sif. Mandatı olan. Mandatlı nümayəndə.
|
MANDOLİNA (ID - 27807)[ital.] Çanağı əsasən oval şəkilli mizrabla çalınan, dörd cüt simi olan musiqi aləti.
|
MANDOLİNAÇI (ID - 27808)is. Mandolina çalan çalğıçı.
|
MANE (ID - 27809)[ər.]: mane olmaq - əngəl olmaq, qarşısını almaq, bir işin icra olunmamasına səbəb olmaq. Şaban arvadını, uşağını görən tək qollarını açıb istədi balasını bağrına bassın, amma soldat mane olub daldan bir tüfəng dürtməsi...
|
MANEÇİLİK (ID - 27810)b ax maneə. Rüstəm öz ağlı ilə bilirdi ki, başqa bir maneçilik olmasa, Qəhrəman öz beynilə bu zəmanədə özünə düz yol seçə bilər.. S.Rəhimov. □ Maneçilik törətmək - mane olmaq, əngəl olmaq. Həsrət Yusifə söz verdi ki,...
|
MANEƏ (ID - 27811)is. [ər.] Bir işin görülməsinə, başa gəlməsinə yol verməyən, imkan verməyən şey, səbəb, əngəl; çətinlik. Maneələri aradan qaldırmaq. - [Mələk Şeydaya:] Bundan sonra heç bir maneə, heç bir qüvvət sizi bir-birinizdən ayırmaz....
|
MANEƏLİ (ID - 27812)sif Maneəsi olan; əngəlli, çətin.
|
MANEƏSİZ (ID - 27813)sif və zərf Maneəsi olmayan, əngəlsiz, çətin olmayan, asan(lıqla). Maneəsiz qapıdan içəri keçdi.
|
MANEJ (ID - 27814)[fr.] 1. At sürmək və at təlimi üçün xüsusi böyük bina və ya meydança. Manejdə at təlimi.
Sirk səhnəsi. Maneji çıxış üçün hazırlamaq. |
MANEKEN (ID - 27815)is. [fr.] Mağaza və atelyelərdə paltar nümayiş etdirmək üçün insan formasında düzəldilən fıqur; müqəvva.
|
MANEVR (ID - 27816)[fr.] 1. hərb. Düşmənə zərbə endirmək məqsədilə qoşunların və ya donanmanın bir yerdən başqa yerə hərəkəti və bir yerə toplanması. Toplar öz atəşləri və çarxlarilə durmadan manevr edirdilər. Ə.Məmmədxanlı. // Ordu və...
|
MANİ (ID - 27817)is. Türk xalq şeri və nəğmə janrı.
|
MANİFEST (ID - 27818)[lat. manifestare - aydın, aşkar etmək] 1. Müstəsna əhəmiyyəti olan bir hadisə münasibətilə ali hakimiyyət orqanının əhaliyə yazılı müraciəti. Kəndlilərin azad edilməsi haqqında manifest. - Qayda belədir: həmişə manifest çıxanda,...
|
MANİKÜR (ID - 27819)[fr.] Əl dımaqlarının təmizlənməsi və parıldadılması. Dırnaqlarını manikür etdirmək.
|
MANİKÜRÇÜ (ID - 27820)is. Manikür mütəxəssisi olan qadın.
|
MANİKÜRLÜ (ID - 27821)sif Manikür edilmiş, manikürü olan. Dırnaqları manikürlü, dodaqları qırmızı; Kəlməbaşı deyir ki, “mən el qızıyam, el qızı” . S.Rüstəm.
|
MANİPULYASİYA (ID - 27822)is. [fr.] 1. Əlin və ya hər iki əlin müəyyən bir işlə bağlı hərəkəti; əl işində dəqiqlik tələb olunan əməliyyat.
2. Fırıldaq, kələk, hiylə. |
MANİVELA (ID - 27823)[ital.] 1. xüs. İstinad nöqtəsi ətrafında fırlana bilən və kiçik qüvvə vasitəsilə böyük qüvvəni tarazlaşdırmaq üçün istifadə edilən mil, qol. // Bu prinsip əsasında düzəldilmiş tənzimedici mexanizm cihaz.
2. məc. Fəaliyyət... |
MANJET (ID - 27824)[fr.] 1. Paltarın qoluna qoyulan və ya onun özündən qatlanmış hissə; qolağzı. [Musanın nəvəsi] qolunu bir az yuxarı sıyırdı ki, manjetinin düymələri parıldasın və qolundakı saat görünsün. Qantəmir.
2. tex. Porşenli nasoslarda... |
MANJETLİ (ID - 27825)sif 1. Manjeti olan, manjet qoyulmuş, manjet tikilmiş. Manjetli köynək.
2. tex. Manjeti olan, manjet keçirilmiş, manjet salınmış. Manjetli nasos. Manjetli boru. |
MANQA (ID - 27826)is. Hər hansı bir birləşmədə ən kiçik təşkilat vahidi. Manqa komandaları baş komandanların tövsiyələrinə görə bütün nəfərlərə istiqamət göstərirlər. H.Nəzərli. Mürsəlov, Bəstiyə qoçaq qızlardan bir manqa düzəltməyi...
|
MANQABAŞÇI (ID - 27827)bax manqabaşçısı.
|
MANQABAŞÇILIQ (ID - 27828)is. Manqabaşçısının vəzifəsi, işi; manqaya başçılıq etmə. [Məmməd kişi] qocalara Abbasın qohumbazlıq edərək öz gəlinlərini manqabaşçılığa irəli sürməsindən danışır və gileylənirdi. Ə.Sadıq.
|
MANQABAŞÇISI (ID - 27829)is. Manqaya rəhbərlik edən adam; manqabaşı, manqabaşçı. Səkinə istehsalat qabaqcılı kimi ad qazanaraq manqabaşçısı olmuşdu. M.İbrahimov. [fruzə] hər işdə, hətta geyim və rəftarında belə öz manqabaşçısına oxşamağa çalışırdı....
|
MANQABAŞI (ID - 27830)bax manqabaşçısı.
|
MANQABAŞILIQ (ID - 27831)bax manqabaşçılıq.
|
MANQAL (ID - 27832)is. [ər.] İçində od qalamaq üçün dəmirdən, misdən və ya gildən düzəldilmiş müxtəlif biçimli qab. Manqalda kömür qızartmaq. - Yetər üzünü bürüyüb oturmuşdu və evin dalında Şaqqulu manqalın üstə kabab bişirirdi. Çəmənzəminli....
|
MANQAN (ID - 27833)[alm.] kim. Çətin əriyən, kövrək, gümüşü-ağ rəngli kimyəvi maddə.
|
MANQIR (ID - 27834)is. Xırda pul.
|
MANQO (ID - 27835)[malay.] Sarı-yaşıl rəngli ətirli şirin meyvəsi olan tropik ağac və bu ağacın meyvəsi.
|
MANQURT (ID - 27836)[xüs. is. -dən] 1. Düşünmək qabiliyyətini itirmiş adam.
2. sif. Əsil-nəslini unutmuş. Manqurtların buz kibi gözlərində qan, hədə; Toqquşuruq nə vaxtdır; O, dəmirdi, mən almaz. X.Rza. |
MANOMETR (ID - 27837)[yun. monos metreo] fiz. Qapalı mühitdə qaz və mayelərin təzyiqini ölçən cihaz. Civə manometri. - Zəki.. quyudakı sıxılmış havanın təzyiqini göstərən manometrə baxdı. M.Süleymanov.
|
MANSARDA (ID - 27838)is. [fr.] Binaların üstündə çatı tavanlı otaq.
|
MANSIRA (ID - 27839)is. [ər.] dan. Əhatə, mühasirə.
|
MANŞIRLAMAQ (ID - 27840)f məh. Bir şeyin yerini, səmtini və başqa cəhətlərini bələdləmək, nişanlamaq. Bahadır bir ağacın dalına qısılıb məzkur qızı yaxşı manşırladı. N.Nərimanov. [Xəlil:] Indidən yerini manşırlasan yaxşıdır. M.Hüseyn.
|
MANTAR (ID - 27841)bax probka 1-ci mənada. 0üşənin mantarını açmaq. - Sözlər [Səməndərin] boğazında mantartək tıxanıb qalmışdı. B.Bayramov.
|
MANTİLYA (ID - 27842)is. [isp.] 1. İspan qadınlarının ağ və ya qara tor örpəyi.
2. Qolsuz qısa qadın bürüncəyi. |
MANTİYA (ID - 27843)[yun.] Ayağın üzünə qədər olan gen, uzun, plaşaoxşar geyim.
|
MANTO (ID - 27844)[fr.] Adətən xəzdən tikilən gen qadın paltosu. Nazik ipək mantosunu çıxardıqda xidmətçi qız alıb paltar şkafından asdı. M.S.Ordubadi.
|
MANUFAKTÜRA (ID - 27845)[lat.] 1. Tarixən iri maşın sənayesindən əvvəl olmuş kapitalist istehsal forması (manufakturanın səciyyəvi xüsusiyyətləri fəhlələrin əməyinin kapitalistin rəhbərliyi altında emalatxanada birləşdirilməsindən, istehsalatda əl...
|
MANUFAKTURAÇI (ID - 27846)is. köhn. Manufaktura mağazası sahibi; bəzzaz.
|
MANÜL (ID - 27847)is. zool. Çöl pişiyi.
|
MARAFON (ID - 27848)[xüs. is. -dən]: Marafon qaçışı idm. - 42 km 195 m məsafəyə qaçmaqdan ibarət yarış.
|
Bu səhifə dəfə baxılıb