İzahlı lüğət

MANİFEST

[lat. manifestare - aydın, aşkar etmək] 1. Müstəsna əhəmiyyəti olan bir hadisə münasibətilə ali hakimiyyət orqanının əhaliyə yazılı müraciəti. Kəndlilərin azad edilməsi haqqında manifest. - Qayda belədir: həmişə manifest çıxanda, ruznamələr onun məzmununu və mənasını camaata bildirirlər ki, hər bir kəs baxəbər olsun. C.Məmmədquluzadə.
Siyasi partiyanın, ictimai təşkilatın proqram səciyyəli müraciəti. Sülh haqqında manifest.
Hər hansı bir ədəbi və ya bədii yaradıcılıq qrupunun öz yaradıcılıq prinsipləri haqqında yazılı şərhi. Futuristlərin manifesti.
“Şair, 0eir pərisi və Şəhərli” poeması ilə Səhhət öz ədəbi manifestini elan etmişdi, dövrün kəskin, mürəkkəb ədəbi mübarizələrində öz mövqeyini bildirmişdi. K.Talıbzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed