İzahlı lüğət

MANEVR

[fr.] 1. hərb. Düşmənə zərbə endirmək məqsədilə qoşunların və ya donanmanın bir yerdən başqa yerə hərəkəti və bir yerə toplanması. Toplar öz atəşləri və çarxlarilə durmadan manevr edirdilər. Ə.Məmmədxanlı. // Ordu və ya donanmanın döyüş şəraitinə yaxın bir şəraitdə keçirilən taktiki təlimi. Hələ Tbilisidə ikən Mədətov manevrdə qıçı burxulduğu üçün bir hospitalda on gün yatmışdı. Ə.Əbülhəsən.
d.y. Qatar tərtib etmək üçün lokomotiv və vaqonların stansiya yollarında o tərəf-bu tərəfə hərəkəti. Limanda duran paroxodların, manevr edən parovozların arabirfit səsi gəlirdi. M.S.Ordubadi. Qarşıdakı küçədə manevr edən parovoz arabir kəsik-kəsikfit verir. H.Seyidbəyli.
İstiqaməti dəyişmə (gəmi, təyyarə haqqında). Müstəqil naviqasiya ölçülərinin məlumatına görə gəmilərin komandirləri əl ilə idarədən istifadə etməklə qarşılıqlı surətdə manevri davam etdirirlər.
məc. Biclik, hiylə, fırıldaq, fənd. [Knyaz:] Sanırım bir manevr olmalı bu. H.Cavid. Ancaq bütün bunlar bir manevr idi. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed