MİSQALI1 (ID - 29349): misqalı tirmə - keçmişdə qiymətli, zərif tirmə növü. Bəyin anası əyninə misqalı tirmədən don geyərdi. H.Sarabski.
|
MİSQALI2 (ID - 29350)is. bot. Qalınqabıqlı üzüm növü.
|
MİSQALLIQ (ID - 29351)sif Saylarla işlənərək, bir şeyin neçə misqal ağırlıqda olduğunu göstərir. 4 misqallıq üzük.
|
MİSQAL-TƏRƏZİ (ID - 29352)is. [ər. misqal və fars. tərazu] Qızıl, qaş-daş və başqa qiymətli şeyləri çəkmək üçün kiçik dəqiq tərəzi. [Dərviş:] Bu var ki, əfəndim, Bakıda olan cəmi zərgərlər misqal-tərəzini düzəldib noxud əhvalatına. N.Vəzirov....
|
MİSL (ID - 29353)is. [ər.] 1. Bənzər, oxşar, tay. Bunun misli ola bilməz. - Hüsn içində görməmiş mislin fələk; Bunca dövranı ki, dövran eyləmiş. Nəsimi. [Hacı Murad:] Deyir ki, gərək elə toy eləyəm ki, misli bu şəhərimizdə olmamış ola. S.S.Axundov....
|
MİSLƏMƏ (ID - 29354)“Misləmək” dən f.is.
|
MİSLƏMƏK (ID - 29355)f Metal şeylərin üzünü mislə örtmək; mis çəkmək. Borunun üzünü misləmək.
|
MİSMAR (ID - 29356)is. [ər.] Mıx. ..Mən eləpis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir. C.Məmmədquluzadə. Qulam müəllim .. [çantanı] yuxarıdan divara vurulmuş mismardan asdı. S.Rəhimov.
|
MİSMARLAMA (ID - 29357)"Mismarlamaq” dan f.is.
|
MİSMARLAMAQ (ID - 29358)f Mismar vurmaq, mismar vurub bərkitmək; mıxlamaq. [Camal] yeşiyin qapağını qoyub bərk-bərk mismarladı. Ə.Vəliyev.
|
MİSMARLANMA (ID - 29359)"Mismarlanmaq” dan f.is.
|
MİSMARLANMAQ (ID - 29360)məch. 1. Mismar vurulmaq; mismarla vurulub bərkidilmək; mıxlanmaq.
2. məc. Bağlanmaq. O gündən etibarən hamamın qapısı mismarlandı, önünə zibil tökülməyə başlandı. Çəmənzəminli. |
MİSRA (ID - 29361)is. [ər.] Şerin ayrılıqda götürülmüş bir sətri. Qəzəldən iki misra demək. Şerin misrası. - Xanqızı.. Vaqifin hər misrasından doğan atəşi göz yaşları ilə söndürməyə çalışırdı. Çəmənzəminli. Aldığım mövzuya candan...
|
MİSRALIQ (ID - 29362) |
MİSRİ1 (ID - 29363)sif Misirə məxsus. Misirə mənsub. // Misirli.
□ Misri qılınc - Koroğlunun qılıncına verilən ad. Misri qılınc hamayıldı belində; Geyər hər vaxt al-qumaşı Koroğlu. “Koroğlu” . |
MİSRİ2 (ID - 29364)sif [ər.] köhn. Yoluxucu, keçici, sirayətedici. Misri xəstəliklər. - Yazırsan bu naxoşluq misri naxoşluq kimi bir şeydir və ilaax.. C.Məmmədquluzadə.
|
MİSS (ID - 29365)[ing. miss] İngiltərə və Amerikada ərə getməmiş qadın (adətən ad və ya familiyanın əvvəlində işlədilir). Miss Hannanın bütün ümidləri kəsilirsə də, təslim olmamağı qərara alır. M.S.Ordubadi.
|
MİSSİONER (ID - 29366)[fr. missionnaire, əsli lat.] Xristian olmayan əhali arasında xristianlığı yaymaq üçün xristian kilsəsi tərəfindən göndərilən şəxs. Şeyxin Afrikada.. ingilis missioneri olduğu meydana çıxdı. M.S.Ordubadi.
|
MİSSİONERLİK (ID - 29367)is. Missionerin gördüyü iş, fəaliyyəti.
|
MİSSİYA (ID - 29368)is. [lat.] Vəzifə, borc.
|
MİSTER (ID - 29369)is. [ing.] Kişilərə müraciət məqamında işlənən söz; cənab.
|
MİSTİK (ID - 29370)sif 1. Mistikaya, mistisizmə aid olan, mistikadan ibarət olan, mistika mahiyyəti daşıyan. Mistik etiqadlar.
məc. Sirli, müəmmalı, anlaşılmaz, fövqəltəbii. |
MİSTİKA (ID - 29371)[yun. mystika] 1. Fövqəltəbii, ilahi, gizli bir qüvvəyə inanış; insanın bilavasitə “fövqəltəbii qüvvələrlə” əlaqəyə girə bilməsinə inanan batil, elmə zidd etiqad. Orta əsr mistikası.
məc. Sirli, müəmmalı, anlaşılmaz,... |
MİSTİSİZM (ID - 29372)[lat.] Mistikaya əsaslanan dini-idealist dünyagörüşü; mistikaya meyil.
|
MİSYAYAN (ID - 29373)sif. tex. Mis tökmələrini yastılayıb təbəqə şəklinə salan. Misyayan maşın.
|
MİŞAR (ID - 29374)is. Ağac, taxta, habelə dəmir, daş kəsmək üçün zolaq və ya dairə şəklində polad təbəqəsindən düzəldilmiş diş-diş alət; bıçqı. Taxtanı mişarla kəsmək. Iti mişar.
|
MİŞARAĞZI (ID - 29375)is. Mişarla ağacı kəsdikdə tökülən xırda ovuntu; taxtakəpəyi, mişarkəpəyi. Sürüşkən yerə mişarağzı səpirlər.
|
MİŞARAOXŞAR (ID - 29376)sif Dişli, diş-diş. Mişaraoxşar dəmir parçası.
|
MİŞARBALIĞI (ID - 29377)is. zool. Üstündə mişar dişinə oxşayan çıxıntıları olan uzunburun, yırtıcı iri dəniz balığı.
|
MİŞARÇI (ID - 29378)is. Mişarla ağac kəsən, mişarla taxta kəsən adam. Mişarçılar taxta kəsirlər.
..Cəfərin əmisiMəsədiIbrahim misarçı idi. M.Arif. |
MİŞARÇILIQ (ID - 29379)is. Mişarçı sənəti, peşəsi, işi. Mişarçılıq etmək.
|
MİŞARDAŞI (ID - 29380)is. Mexaniki mişarla eyni ölçüdə kəsilmiş daş; kubik daşı.
|
MİŞARDİŞLİ (ID - 29381)sif Mişar kimi dişləri olan. Gavalımeyvəlilər.. ağaclar cinsi və bəzi kollardır. Yarpaqları ellipsşəkilli olub ucu sivridir, kənarları mişardişlidir. M.Qasımov.
|
MİŞARXANA (ID - 29382)is. Şalbandan taxta kəsilən emalatxana; dülgərxana.
|
MİŞARKƏPƏLİ (ID - 29383)b a x mişarağzı.
|
MİŞARLAMA (ID - 29384)“Mişarlamaq” dan f.is.
|
MİŞARLAMAQ (ID - 29385)f Mişarla kəsmək. Kiçik Fərman saatlarla atasının yanında durub ona tamaşa edər, mişarlayıb atdığı taxta parçaları və talaşalarla oynardı. Ə.Sadıq.
|
MİŞARLANMA (ID - 29386)"Mişarlanmaq” dan f.is.
|
MİŞARLANMAQ (ID - 29387)məch. Mişarla kəsilmək.
|
MİŞARLATMA (ID - 29388)“Mişarlatmaq” dan f.is.
|
MİŞARLATMAQ (ID - 29389)icb. Mişarla kəsdirmək. Taxtanı mişarlatmaq.
|
MİŞARLI (ID - 29390)sif. Mişarı olan. Mişarlı daşkəsən maşın.
|
MİŞARVARİ (ID - 29391)sif Mişarabənzər, mişar kimi; mişaraoxşar, diş-diş.
|
MİTİL (ID - 29392)is. 1. Yorğanın, döşəyin, balışın alt üzü. Balışa mitil almaq. Mitili təzələmək. Mitili yumaq. - Yorğanın mitili dağılmış, balışüzünün tükləri üzə çıxmışdı. S.Vəliyev.
Üzü olmayan, üz çəkilməmiş yorğan,... |
MİTİLLƏŞMƏ (ID - 29393)"Mitilləşmək” dən fis.
|
MİTİLLƏŞMƏK (ID - 29394)f dan. zar. bax mitili çıxmaq (“mitil” də). Mitilləşib, daha işləyə bilmir.
|
MİTİLLİK (ID - 29395)1. sif. Mitilə yarar, mitil üçün olan. Mitillik bez. Mitillik çit.
is. Mitilliyə yarar parça. Mağazadan mitillik almaq. sif. dan. zar. Ruhən və cismən düşkünlük. |
MİTİL-ŞİTİL (ID - 29396)top. dan. Üzü tökülmüş, dağılmış, yıpranmış, köhnə, cındır yorğandöşək, palaz və s. Əsgər addımlayıb Kosanın mitil-şitilini tərpətdi, ağac çarpayısını yırğaladı. S.Rəhimov. Arada bir dönüb evin içinə döşənən...
|
MİTİNQ (ID - 29397)[ing.] Hər hansı mühüm gündəlik məsələyə (ən çox siyasi məsələyə) həsr olunmuş kütləvi yığıncaq. Mitinqi açıq elan etmək. Matəm mitinqi. - [Səfərəli:] Bugünkü mitinqin siyasi əhəmiyyəti vardır. H.Nəzərli. Yığıncaqlarda,...
|
MİTQAL (ID - 29398)is. [ər.] Sərt nazik pambıq parça. // Bu parçadan tikilmiş. Mitqal köynək.
|
Bu səhifə dəfə baxılıb