İzahlı lüğət

MİSL

is. [ər.] 1. Bənzər, oxşar, tay. Bunun misli ola bilməz. - Hüsn içində görməmiş mislin fələk; Bunca dövranı ki, dövran eyləmiş. Nəsimi. [Hacı Murad:] Deyir ki, gərək elə toy eləyəm ki, misli bu şəhərimizdə olmamış ola. S.S.Axundov. □ Misli-bərabəri olmamaq (tapılmamaq, yoxdur) - tayı-bərabəri, oxşarı, bənzəri olmamaq (tapılmamaq, yoxdur). Hər kim Qoşabulağın o köpüyündə çimsə, elə qüvvətli bir igid olar ki, dünyada mislibərabəri tapılmaz. “Koroğlu” . [Bürcəliyev:] Ağbulaq turş suyunun bəlkə heç bütün dünyada əsla misli-bərabəriyoxdur. S.Rəhimov.
2. Dəfə, kərə. İki ilə üçün misli altıya bərabərdir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MAX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed