İzahlı lüğət

MÜHƏRRİRLİK (ID - 29949)

is. Mühərririn işi, peşəsi; jurnalistlik, jumalistika. Mühərrirlik sənəti Azərbaycanda Həsənbəy Zərdabi ilə başlanır.

MÜHƏVVƏL (ID - 29950)

[ər.]: mühəvvəl eləmək (etmək) - üzərinə qoymaq, tapşırmaq. Işi mühəvvəl etmək.

MÜHƏYYA (ID - 29951)

sif. [ər.] Mövcud olan, hazır olan; mövcud, hazır. Böyük şəhərdə .. dünyanın hər bir neməti, yeməli və içməli qəbilindən .. həməvaxt şəhər əhli üçün mühəyyadır. C.Məmmədquluzadə. □ Mühəyya etmək (qılmaq) - hazır...

MÜHİB (ID - 29952)

sif [ər.] köhn. 1. Qorxunc, qorxulu, təhlükəli. Nəinki uşaqlar ondan [Haqq Mövcuddan] qorxurdular, hətta böyük adamlar da onun mühib qiyafəsindən çəkinirdilər. Ə.Haqverdiyev. Təpəsi sankiparlayan almaz; Uca, tərpənməyən, mühib...

MÜHİT (ID - 29953)

is. [ər.] 1. Hər hansı boşluğu dolduran və müəyyən xassələrə malik olan maddə, cisimlər. Hava mühiti.
İçərisində hər hansı bir orqanizmin fəaliyyəti cərəyan edən təbii və ya ictimai şəraitin məcmusu. Coğrafi mühit.
məc....

MÜHÜM (ID - 29954)

sif. [ər.] 1. Vacib, lazımlı. Mühüm iş. - Həsəni yenə fikir götürdü: yataq pulunun tədarükü mühüm bir məsələ olaraq qarşısında durdu. Çəmənzəminli. Iki saat əvvəl başlanmış bu iclasda çox mühüm məsələlər müzakirə...

MÜHÜMLÜK (ID - 29955)

is. Xüsusi əhəmiyyəti olma; lazımlıq, vaciblik. Məsələnin mühümlüyü. Məlumatın mühümlüyü.

MÜXABİRƏ (ID - 29956)

is. [ər.] köhn. Xəbərləşmə, yazışma.

MÜXALİF1 (ID - 29957)

is. [ər.] Zidd, əks, qarşı, əleyhinə olan. [Mehriban] bu qəbahəti əxlaqa müxalifi bildiyi üçün Səlimə yaxın düşməkdən qorxur. S.Hüseyn. // Düşmən, əleyhdar, rəqib. Müxaliflərimizin həmlələrini dəfi etmək və ya onlara...

MÜXALİF2 (ID - 29958)

is. [ər.] mus. Klassik Azərbaycan muğamlarından birinin adı. Müxalif təsnifi. Müxalifi oxumaq.

MÜXALİFƏT (ID - 29959)

is. [ər.] 1.Zidd olma, əks olma, əksinə getmə, müqavimət göstərmə, qarşı durma. □ Müxalifət etmək - əks olmaq, ziddinə getmək, qarşı durmaq, müqavimət göstərmək. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır,...

MÜXALİFƏTÇİ (ID - 29960)

is. və sif 1. Müxalifət edən, qarşı duran, zidd çıxan, əks gedən. Mövhumat, mərsiyə və mədhiyyə ədəbiyyatına qarşı düzələn müxalifətçi qrupların fikrini nəşr edən şairlər öz şeirlərində mühiti tənqid etməyə başlayırlar....

MÜXALİFƏTÇİLİK (ID - 29961)

is. Hər hansı fikrə, siyasətə əks getmə, zidd olma, qarşı durma.

MÜXATƏB (ID - 29962)

is. [ər.] Söz söylənilən şəxs, sözlə müraciət olunan adam; dinləyən. Müxatəbinin sözünü yarımçıq qoymaq, münasibətli-münasibətsiz danışmaq bunun köhnə adətidir. Qantəmir. Xəlil acıqlananda həmişə müxatəbinin üzünə...

MÜXATİB (ID - 29963)

is. [ər.] Birinə sözlə müraciət edən, söz söyləyən şəxs; söyləyən. Cuma arxası üstə uzandığı halda əlləri başının altında dönüb müxatibinə baxmadan saymazyana dedi.. Ə.Əbülhəsən. Qorxmaz müxatibinin üzünə baxanda...

MÜXBİR (ID - 29964)

[ər.] 1. is. Yerlərdən xəbər yığıb göndərən qəzet, jurnal, radio, televiziya və başqa məlumat orqanı işçisi. Hərbi müxbir. Xüsusi müxbir. - Oxuculardan təvəqqə edirəm ki, müxbirimiz Mozalanbəyin Ordubad və Əylis barəsində...

MÜXBİRLİK (ID - 29965)

is. 1. Müxbirin işi, vəzifəsi. Müxbirlik həvəsi məni rahat qoymadı. B.Bayramov.
Xəbərdarlıq, məlumatı olma, xəbərdar olma.

MÜXƏLLƏFAT (ID - 29966)

is. [ər. “müxəlləf ’ söz. cəmi] Ev şeyləri, ev avadanlığı. [Oğlanın atasından qalma] .. mis qab-qacaqları və ev müxəlləfatı var imiş. S.Hüseyn.

MÜXƏMMƏS (ID - 29967)

is. [ər.] ədəb. Hər biri beş misradan ibarət klassik şeir forması; beşlik. Vaqifin “Görmədim” rədifli müxəmməsi.
Gəl danışma müxəmməsdən, qəzəldən; Şerihəqiqətdən, mədhi-gözəldən. M.V.Vidadi. Nə qədər söyləsəm...

MÜXƏNNƏS (ID - 29968)

sif və is. [ər.] Alçaq, namərd, qorxaq. İgid ölər, adı qalar, müxənnəsin nəyi qalar? (Ata. sözü). Müxənnəsdir qorxan bir qaşıq qandan. Q.Zakir. Ələsgər, mətləbin tanrıdan istə; Kərəm olmaz müxənnəsdən, xəsisdən. Aşıq...

MÜXƏNNƏSLİK (ID - 29969)

is. Alçaqlıq, namərdlik, qorxaqlıq.

MÜXƏNNƏT (ID - 29970)

[ər. “müxənnəs” dən] bax müxənnəs. Mərd igidlər müxənnətdən seçilsin; Qarı düşmən dərələrə tökülsün. “Koroğlu” .

MÜXTƏLİF (ID - 29971)

sif. [ər.] Bir cür olmayan, cürbəcür, növbənöv, növ-növ, dürlü-dürlü. Müxtəlif rənglər. Müxtəlif şeylər. - Müxtəlif səslər bir-birinə qarışır. S.Rəhimov. // Başqabaşqa, ayrı-ayrı, bir-birinə uymayan, bir-biri ilə düz...

MÜXTƏLİFCİNSLİ (ID - 29972)

sif. Bir cinsdən olmayan, cinsləri müxtəlif olan, başqa-başqa cinslərdən törəmiş. Müxtəlifcinsli heyvanlar. Müxtəlifcinsli metallar.

MÜXTƏLİFLİK (ID - 29973)

is. Bir cür, bir çeşiddə olmama; başqa-başqalıq, cürbəcürlük. Adamların görkəmində qəribə bir müxtəliflik vardı. B.Bayramov.

MÜXTƏLİFMƏNALI (ID - 29974)

sif. Mənaları müxtəlif olan, cürbəcür məna ifadə edən. Müxtəlif mənalı sözlər.

MÜXTƏLİFNÖVLÜ (ID - 29975)

sif. Müxtəlif növlərdən ibarət olan, cürbəcür olan.

MÜXTƏLİFÖLÇÜLÜ (ID - 29976)

sif. Ölçüsü müxtəlif olan, cürbəcür ölçüdə olan. Müxtəlifölçülü borular.

MÜXTƏLİFRƏNGLİ (ID - 29977)

sif Rəngi müxtəlif olan, cürbəcür rəngdə olan; rəngbərəng. Müxtəlifrəngli çit. Müxtəlifrəngli kart kağızı.

MÜXTƏLİFSƏSLİ (ID - 29978)

sif Səsləri müxtəlif olan, müxtəlif səslər ifadə edən. Müxtəlifsəsli samitlər.

MÜXTƏLİFTƏRƏFLİ (ID - 29979)

bax müxtəlifyanlı.

MÜXTƏLİFYANLI (ID - 29980)

sif riyaz. Müxtəlif yanları olan; müxtəliftərəfli. Müxtəlifyanlı üçbucaq.

MÜXTƏS (ID - 29981)

sif [ər.] köhn. Yalnız bir adama və ya bir şeyə mənsub olan.

MÜXTƏSƏR (ID - 29982)

sif [ər.] 1. Təfsilatsız, yığcam, qısa (müfəssəl ziddi). Müxtəsər məlumat. Müxtəsər məktub. // Zərf mənasında. Bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım. C.Məmmədquluzadə. Cavad öz döyüşçülərini...

MÜXTƏSƏRCƏ (ID - 29983)

zərfi Müxtəsər surətdə, yığcam halda; qısaca. Müxtəsərcə məlumat vermək. Vəziyyətlə müxtəsərcə tanış etmək. Rüstəm bəy müxtəsərcə olaraq babilik və bəhailik barəsində Əliyə məlumat verdi. Çəmənzəminli. // Sif....

MÜXTƏSƏRƏN (ID - 29984)

zərfi [ər.] Qısaca, yığcam, qısa şəkildə, qısaldılmış halda.

MÜXTƏSƏRİ (ID - 29985)

bax müxtəsər 4-cü mənada. Müxtəsəri, qoyurmusan mən də bu məktəbə gedim? Ə.Nəzmi. [Şofer:] Müxtəsəri, canımı dişimə tutub, birtəhər özümü qayığa saldım. M.Rzaquluzadə.

MÜXTƏSƏRLƏŞDİRMƏ (ID - 29986)

“Müxtəsərləşdirmək” dən f.is.

MÜXTƏSƏRLƏŞDİRMƏK (ID - 29987)

f Müxtəsər etmək, azaltmaq, ixtisar etmək, yığcamlaşdırmaq, qısaltmaq.

MÜXTƏSƏRLİK (ID - 29988)

is. Müxtəsər şeyin halı; yığcamlıq, qısalıq. Cavabın müxtəsərliyi.

MÜJDƏ (ID - 29989)

[fars.] bax muştuluq. Məni ol mahliqa yadına salmaz, bilirəm; Gündə bir müjdə ilə aldadır əğyar məni. S.Ə.Şirvani. [Zeynəb:] Ayıl, Leylim, ayıl, sənə müjdə gətirmişəm. Ə.Məmmədxanlı.

MÜJDƏÇİ (ID - 29990)

b ax muştuluqçu. Hər kəşfiyyatçı usta bilir ki, yerin təbəqələrinə ilkyolu o açır, ölkəyə veriləcək milyonlarla ton neftin ilk müjdəçisi olur. Ə.Sadıq.

MÜJDƏLƏMƏ (ID - 29991)

“Müjdələmək” dən f.is.

MÜJDƏLƏMƏK (ID - 29992)

b a x muştuluqlamaq. Cütçü tez gəlib padşahı müjdələdi. “Nağıl” . Dönə-dönə yoxlayaraq öz qərarını; Müjdələdi qız ustanı günün birində. Ə.Cəmil.

MÜJGAN (ID - 29993)

is. [fars. “müjə” söz. cəmi] klas. Kirpiklər. Qəmzə xəncərindən, müjgan oxundan; Cigər parə-parə, dil şanələnmiş. M.V.Vidadi. Yağıdır müjganın, cadudur gözün; Cəllad kimi qəmzən qəsd edir, ay qız! M.P.Vaqif.

MÜKAFAT (ID - 29994)

is. [ər.] 1. Birinin hər hansı bir sahədəki xidmətlərini, müvəffəqiyyətini qeyd etmək üçün ona verilən pul və ya başqa qiymətli bəxşiş. Ümumdünya sülh mükafatı. Respublika mükafatı laureatı. // İstehsalat normalarını artıqlamasilə...

MÜKAFATLANDIRILMA (ID - 29995)

“Mükafatlandırılmaq” dan f.is.

MÜKAFATLANDIRILMAQ (ID - 29996)

məch. Mükafat verilmək, mükafatla təltif edilmək. Işçilər mükafatlandırıldılar.

MÜKAFATLANDIRMA (ID - 29997)

“Mükafatlandırmaq” dan f.is.

MÜKAFATLANDIRMAQ (ID - 29998)

f Mükafat vermək, mükafatla təltif etmək. Xidmətlərinə görə mükafatlandırmaq. Ikinci dərəcəli diplomla mükafatlandırmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed