
MÜXALİF1is. [ər.] Zidd, əks, qarşı, əleyhinə olan. [Mehriban] bu qəbahəti əxlaqa müxalifi bildiyi üçün Səlimə yaxın düşməkdən qorxur. S.Hüseyn. // Düşmən, əleyhdar, rəqib. Müxaliflərimizin həmlələrini dəfi etmək və ya onlara həmləvər olmaq üçün sədaqət və doğruluqdan başqa bir silahımız yoxdur. M.İbrahimov. □ Müxalif olmaq - zidd olmaq, əleyhinə olmaq, əksinə olmaq.
Paylaşın - Hamı bilsin
|