İzahlı lüğət

MÜKAFAT

is. [ər.] 1. Birinin hər hansı bir sahədəki xidmətlərini, müvəffəqiyyətini qeyd etmək üçün ona verilən pul və ya başqa qiymətli bəxşiş. Ümumdünya sülh mükafatı. Respublika mükafatı laureatı. // İstehsalat normalarını artıqlamasilə yerinə yetirmək, maya dəyərini aşağı salmaq və s. müqabilində işçiyə əmək haqqından əlavə verilən pul. [Bəhlul:] Fabrikdə mükafat almayan az qalırdı. B.Bayramov. Yoldaş Calalov, bu ay düz beş yüz yetmiş altı manat mükafat almışam. H.Seyidbəyli.
2. Bir xidmət və ya yaxşılığa qarşı edilən yaxşılıq; əvəz, qarşılıq. Eylərdi bu suz ilə münacat; Möhnətlərə istəyib mükafat. Füzuli. Sən mükafatını insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. A.Səhhət. Səba xanım durub Qətibənin əlinə baxırdı. O bu xidmətinə görə Qətibədən mükafat gözləyirdi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MAZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed