İzahlı lüğət

MÜHƏYYA

sif. [ər.] Mövcud olan, hazır olan; mövcud, hazır. Böyük şəhərdə .. dünyanın hər bir neməti, yeməli və içməli qəbilindən .. həməvaxt şəhər əhli üçün mühəyyadır. C.Məmmədquluzadə. □ Mühəyya etmək (qılmaq) - hazır etmək, hazırlamaq. [Rəiyyət] bizə .. lazım olan mayehtacı mühəyya qıldıqları kimi biz də əvəzində borcluyuq ki, bunlara .. qulluq edək. F.Köçərli. [Pəri:] Anam .. lazımi şeylərin hamısını mühəyya edib, toy bu günlərdə başlanasıdır. Cabbarlı. Mühəyya olmaq - hazır olmaq, hazırlanmaq. [Turxan bəy Marala:] Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələkim! H.Cavid. Mühəyya olunmaq - hazır edilmək, hazırlanmaq. [Nəçərnik] dilcavabı hökm eləmişdi ki, .. məktəbdən ötrü səmtli dam mühəyya olunsun. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed