İzahlı lüğət

MÜHÜM

sif. [ər.] 1. Vacib, lazımlı. Mühüm iş. - Həsəni yenə fikir götürdü: yataq pulunun tədarükü mühüm bir məsələ olaraq qarşısında durdu. Çəmənzəminli. Iki saat əvvəl başlanmış bu iclasda çox mühüm məsələlər müzakirə olunmuş(du). Ə.Vəliyev.
2. Xüsusi əhəmiyyəti olan, xüsusi diqqət verilməli olan; əhəmiyyətli. Mühüm sənəd. Mühüm məsələ. Mühüm kəşfi. - Biz də bu gecə mühüm bir hadisənin zəminəsini qoymalıyıq. M.S.Ordubadi. Sabahkı vuruşma qəti və mühümdür. H.Nəzərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed