MORUQKİMİLƏR (ID - 29549)cəm, bot. Moruq və bəzi başqa bitkilərin daxil olduğu cins.
|
MORUQLUQ (ID - 29550)is. Moruq bitən yer, çoxlu moruq kolları olan yer.
|
MORZE (ID - 29551)[ixtiraçısının adından]: Morze aparatı - Morze əlifbası vasitəsilə siqnallar vermək üçün sadə teleqraf aparatı. Morze əlifbası - hərf və rəqəmləri teleqram aparatı ilə vermək üçün şərti işarələr sistemi.
|
MORZEÇİ (ID - 29552)is. köhn. Morze aparatında işləyən teleqrafçı.
|
MOSİ (ID - 29553)is. Afrikada yaşayan xalqlardan birinin adı. Mosilərin bir hissəsi müsəlmandır.
|
MOTAL (ID - 29554)is. 1. Pendir, şor və s. saxlamaq üçün xüsusi surətdə hazırlanmış qoyun və ya keçi dərisi. Motaldan şor çıxarmaq. - Məs cidin alçaq qapısından hamballar dalında motal və qeyri baqqal şeyləri çıxardırdılar. Çəmənzəminli....
|
MOTALQARIN (ID - 29555)sif. dan. İri, şişman qarnı olan, qamı motala oxşayan. Motalqarın adam.
|
MOTALPAPAQ(LI) (ID - 29556)1. sif Motal papaq geyinmiş, başında motal papaq olan. Motalpapaqlı kəndli bir söz deməyib, vaqon biletçisinin göstərdiyi skamyada .. yer tutdu. T.Ş.Simurq. ..Motalpapaq iki kəndçi çiyinlərində xurcun, gəlib mənim yanımda dayandılar....
|
MOTEL (ID - 29557)is. [ing.] Avtoturistlər üçün hər cür xidmət göstərən mehmanxana.
|
MOTİV (ID - 29558)[fr. motif] Musiqi və ya başqa sənət əsəri mövzusunun əsas ünsürü. Povestin əsas motivi. - Intim lirika yenə qüvvətli vətənpərvərlik motivlərilə çarpazlaşır. M.Hüseyn. C.Məmmədquluzadənin istər jurnalistlik, istərsə ədəbi-dramaturji...
|
MOTMOTU (ID - 29559)is. bot. Turşaşirin meyvəsi olan kol-bitki və bu bitkinin meyvəsi.
|
MOTODROM (ID - 29560)[lat. motor və yun. dromos] Motosiklet yarışı və sınağı üçün yer - meydan.
|
MOTOR (ID - 29561)[lat. motor - hərəkətə gətirən] Hər hansı enerjini mexaniki enerjiyə çevirən maşın; mühərrik. Təyyarə motoru. Motora yağ tökmək. - [Murad] ömrünün bir qismini Xəzər dənizində mexanikliklə keçirdiyi üçün motor işlətməyi...
|
MOTORÇU (ID - 29562)is. Motor işlədən, motora baxan fəhlə. [Tayavuranı] bir nəfər motorçu idarə edir. (Qəzetlərdən).
|
MOTORÇULUQ (ID - 29563)is. Motorçu işi, motorçu sənəti. Motorçuluq kursu.
|
MOTORXANA (ID - 29564)is. [lat. motor və fars. ...xanə] Motorların yerləşdirildiyi yer, bina. Əli ani olaraq düşünür və motorxanaya doğru yollanır. M.İbrahimov. Operator otağının aşağı mərtəbəsi motorxana idi. H.Seyidbəyli.
|
MOTORİST (ID - 29565)[lat.] bax motorçu.
|
MOTORQAYIRAN (ID - 29566)sif Motor istehsal edən. Motorqayıran zavod.
|
MOTORLAŞDIRILMA (ID - 29567)“Motorlaşdırılmaq” dan f.is.
|
MOTORLAŞDIRILMAQ (ID - 29568)məch. Motorlarla təchiz edilmək, motor tətbiq olunmaq.
|
MOTORLAŞDIRILMIŞ (ID - 29569)f.sif Motorlarla təchiz edilmiş. Motorlaşdırılmış diviziya. Motorlaşdırılmış alay.
|
MOTORLAŞDIRMA (ID - 29570)“Motorlaşdırmaq” dan f.is. Xalq təsərrüfatında mühərriklərin geniş surətdə tətbiqi və istifadə olunması, heyvan qüvvəsinin mühərriklərlə - avtomobillərlə, traktorlarla və s. ilə əvəz edilməsi.
|
MOTORLAŞDIRMAQ (ID - 29571)f Motorlarla təchiz etmək, motor tətbiq etmək (b a x motorlaşdırma).
|
MOTORLU (ID - 29572)sif Motoru olan, motorla işləyən, motorla hərəkətə gətirilən. Motorlu balıqçı gəmiləri. Motorlu velosiped.
|
MOTOROLLER (ID - 29573)[ing.] Daha kiçik çarxlı motosiklet növü.
|
MOTORSUZ (ID - 29574)sif. Motoru olmayan, motorla deyil, başqa vasitələrlə hərəkətə gətirilən. Motorsuz qayıq.
|
MOTOSİKL, MOTOSİKLET (ID - 29575)[fr. motocycle] Daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən, velosipedə oxşayan, əksərən yanına qoşulan arabası olan ikiçarxlı maşın.
Çox çəkmədən motosikl .. bərkdən guruldayıb susdu. B.Bayramov. Uzaqdan sürətlə... |
MOTOSİKLETÇİ (ID - 29576)is. Motosiklet sürən, motosikletdə gedən, motosiklet idmanı ilə məşğul olan adam. Motosikletçilərin yarışı.
|
MOTOVOZ (ID - 29577)[lat. motor və rus. B03] Daxili yanacaq mühərriki ilə hərəkət edən kiçik lokomotiv. Gecələr maşınların, motovozların səsi; Uğuldayır körpülər üzərində sübhədək. Ə.Cəmil.
|
MOTOYÜRÜŞ (ID - 29578)is. Dərə-təpə yerlərdə motosikletlə qaçışmadan ibarət idman növü. Motoyürüşdə qalib gəlmək.
|
MOVULDAMA (ID - 29579)“Movuldamaq” dan f.is.
|
MOVULDAMAQ (ID - 29580)f Movultu səsi çıxarmaq (mal-qara haqqında). İnək movuldayır.
|
MOVULTU (ID - 29581)is. Mal-qaranın çıxardığı səs. Buğanın movultusu.
|
MOYVA (ID - 29582)is. [fincə] Uzunsov balıq cinsi.
|
MOZAİK (ID - 29583)sif Mozaikadan düzəldilmiş, mozaikası olan, mozaika ilə bəzədilmiş. Mozaik şəkil. Mozaik döşəmə.
|
MOZAİKA (ID - 29584)[fr. mosaique] 1. Sement və ya mastika təbəqəsi üzərinə yapışdırılmış əlvan şüşə, mərmər, mina, daş və s. parçalarından düzəldilmiş şəkil və ya naxış. // top. Belə şəkil və ya naxış üçün işlədilən şüşə,...
|
MOZAİKAÇI (ID - 29585)is. Mozaika ustası.
|
MOZALAN (ID - 29586)is. zool. Sürfələri heyvanların bədənlərində tüfeyli kimi yaşayan ikiqanadlı cücü, iri milçək.
□ Mozalan tutmuş dana kimi - birdən, durmadan, sıçrayaraq. [Hümmət:] ..Kürəyindən tər süzüləndə mozalan tutmuş dana kimi... |
MÖCÜZ (ID - 29587)b ax möcüzə. Möcüzi-ləli-ləbin həzrəti İsa nə bilir; Nazi-əndamını Şirinü Züleyxa nə bilir. Q.Zakir. Möcüzlər yaradır alnımdakı qan-tərim; Dünyanın hər yerində söylənməkdə hünərim. Ə.Cavad.
|
MÖCÜZƏ (ID - 29588)is. [ər. möcizə] 1. Dini xurafata və mifik təsəvvürlərə görə, xariqüladə, fövqəltəbii qüvvələrin təsiri ilə baş verən hadisə. [Bəy:] Avam kəndlinin içinə möcüzə xəbəri yayılsa, əkini buraxaraq qopub gələcək.. Çəmənzəminli....
|
MÖCÜZƏLİ (ID - 29589)sif Möcüzələr yaradan, xariqüladə, ecazkar. [Nəsir Muradəliyə:] Yeni nəslin bu möcüzəli işinə necə baxırsan? Bayramov.
|
MÖHKƏM (ID - 29590)sif. [ər.] 1. Davamlı, bərk. Möhkəm sədd. Möhkəm divar. Möhkəm ip. Möhkəm taxta. // Zərf mənasında. Bərk-bərk, kip. İpləri möhkəm bağlamaq.
Sağlam, davamlı, dözümlü, qüvvətli. ..Qaraş möhkəm və sağlam idi. M.Ibrahimov.... |
MÖHKƏMCƏ (ID - 29591)zərf Möhkəm surətdə, möhkəm-möhkəm, çox bərk. Möhkəmcə ilişdirmək. - Balaxanım yumruğunu düyünləyib irəliyə cumdu və düz Dadaşın burnunun qabağında möhkəmcə silkələdi. S.Rəhimov. // Sif mənasında. Möhkəm, bərk,...
|
MÖHKƏMLƏNDİRİLMƏ (ID - 29592)“Möhkəmləndirilmək” dən f.is.
|
MÖHKƏMLƏNDİRİLMƏK (ID - 29593)məch. Möhkəm hala gətirilmək, möhkəm edilmək, bərkidilmək.
|
MÖHKƏMLƏNDİRMƏ (ID - 29594)“Möhkəmləndirmək” dən f.is.
|
MÖHKƏMLƏNDİRMƏK (ID - 29595)bax möhkəmlətmək. Müəllim dostluğu möhkəmləndirmək üçün bir gün Qaçayın bütün ailəsini qonaq çağırdı. Ə.Vəliyev.
|
MÖHKƏMLƏNMƏ (ID - 29596)“Möhkəmlənmək” dən f.is.
|
MÖHKƏMLƏNMƏK (ID - 29597)f 1. Möhkəm hala gəlmək, möhkəm olmaq, möhkəmləşmək. // Bərkimək, sərtləşmək. Sümüyü möhkəmlənmək.
məc. Cismən və ruhən sağlamlaşmaq, qüvvətlənmək, bərkimək, möhkəmləşmək. Idman nəticəsində bədən möhkəmlənir. məc.... |
MÖHKƏMLƏŞDİRMƏ (ID - 29598)“Möhkəmləşdirmək” dən f.is.
|
Bu səhifə dəfə baxılıb