İzahlı lüğət

MÖHKƏM

sif. [ər.] 1. Davamlı, bərk. Möhkəm sədd. Möhkəm divar. Möhkəm ip. Möhkəm taxta. // Zərf mənasında. Bərk-bərk, kip. İpləri möhkəm bağlamaq.
Sağlam, davamlı, dözümlü, qüvvətli. ..Qaraş möhkəm və sağlam idi. M.Ibrahimov. // Zərf mənasında. Bütün gücü ilə, bacardığı qədər; bərk. Möhkəm ilişdirmək. - Batalyon komissarı .. döyüşçünün əlini möhkəm sıxıb onu azad etdi. Ə.Vəliyev. [Qız] yastığının altında gizlətdiyi baltanı əlində möhkəm sıxaraq yerindən sıçradı. H.Seyidbəyli.
Səbatlı, mətin, dönməz, yenilməz. [Elçin:] Nə boran, nə qar, nə də şaxta [neftçilərin] möhkəm iradəsini qıra bilməz. Z.Xəlil. // Mətanətli, iradəli. Möhkəm adam. - ..Ağıllı, qonur gözləri onun möhkəm xasiyyətli olduğunu göstərirdi. S.Vəliyev. Hər şeydə möhkəm, sözünün üstündə duran, inadcıl, amansız olan Baxış bəyin bir zəif tərəfi vardı. Ə.Abasov. □ Möhkəm dayanmaq - səbat göstərmək, inad göstərmək, bərk dayanmaq. [Əmrulla:] Başınıza dönüm, möhkəm dayanın, yoxsa bütün şəhərdə biabır olarıq. Cabbarlı. Elçin sözünün üstündə möhkəm dayandı. M.Rzaquluzadə. // Sədaqətli, etibarlı, sadiq. İndi isə buralarda [Malikin] Sona kimi çoxlu sadiq və möhkəm dostları vardır. M.Ibrahimov.
Sarsılmaz, alınmaz, yenilməz. Möhkəm qala. Möhkəm yerdə məskən salmaq.
Güclü, şiddətli, bərk. Möhkəm qar yağır. Möhkəm soyuqdur. // Zərf mənasında. Çox, olduqca, hədsiz, həddindən artıq. Möhkəm acmışam. // Ümumiyyətlə, bir şeyin şiddətini, dərəcəsini bildirir. Möhkəm tapşırmaq. Möhkəm xəstələnmək. // Doyunca, kifayət qədər. Yox, yox, lazım deyil. Lap möhkəm yedim, - deyə Əlyarov boşqabın qırağından yapışıb buraxmadı. M.Hüseyn. Yas yerində qarnını möhkəm doyuran Hümmətlə Qarakişi öz həyətlərinə doğru gedirdilər. B.Bayramov.
zərf Əməlli-başlı, əsaslı, layiqli, lazımi. [Kəndli:] Qərəz, bir qədər yas saxladıqdan sonra, kiçik oğluna möhkəm bir toy elədi. (Nağıl). Qəbul olundu ki, inşaat institutunda rəhbər işçilərə möhkəm əl gəzdirilsin. Mir Cəlal.
möhkəm-möhkəm zərf Bütün gücü ilə, var qüvvəsi ilə, möhkəm, bərk-bərk. Möhkəm-möhkəm tutmaq. - Həbib isə körpə qızı möhkəm-möhkəm bağrına basıb danışıqlara ciddi qulaq asırdı. Ə.Vəliyev. [Rüstəm:] Mən inanıram, qoy uşaq da, böyük də bu işdən möhkəm-möhkəm yapışsın. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed