İzahlı lüğət

MUM (ID - 29699)

is. [fars.] 1. Bal arılarının hazırladığı və şan düzəltmək üçün istifadə etdikləri maddə, habelə ona oxşar bitki maddəsi. Arı mumu. Bitki mumu. - [Mirzə Heydər:] Heç bir az mum olarmı səndə? Ə.Haqverdiyev. Mum kimi - 1) qatı;...

MUMGÜVƏSİ (ID - 29700)

is. zool. Əsasən arı pətəklərində yaşayan zərərverici.

MUMİYA1 (ID - 29701)

is. [ər.] 1. Balzamlanma vasitəsilə çürüməkdən qorunmuş insan cəsədi. Bir çox Misir mumiyası hal-hazıra qədər qalır və muzeylərdə saxlanılır. “Qədim dünya tarixi” .
məc. Dərman, dava, əlac. Bir sınmışa mumiya dilərdim;...

MUMİYA2 (ID - 29702)

is. [ər.] Müxtəlif qırmızı rəngləri olan toz halında mineral boya.

MUMİYALAMA (ID - 29703)

“Mumiyalamaq” dan f.is.

MUMİYALAMAQ (ID - 29704)

bax balzamlamaq.

MUMİYALANMA (ID - 29705)

“Mumiyalanmaq” dan f.is.

MUMİYALANMAQ (ID - 29706)

bax balzamlanmaq.

MUMLAMA (ID - 29707)

“Mumlamaq” dan f.is.

MUMLAMAQ (ID - 29708)

MUMLANMA (ID - 29709)

“Mumlanmaq” dan f.is.

MUMLANMAQ (ID - 29710)

məch. 1. Mum sürtülmək, mum çəkilmək. Viş mumlanıb.
2. Mumla bağlanmaq, qapanmaq. Bankanın ağzı mumlandı.

MUMLU (ID - 29711)

sif Mum sürtülmüş, mum çəkilmiş. Mumlu ip.

MUNCUQ (ID - 29712)

is. Müxtəlif rəngli, yuvarlaq və ya başqa formalı şüşələrdən, plastik kütlədən və s.-dən qayrılıb sapa düzülən və bəzək kimi boyuna taxılan dənələrdən hər biri, habelə bu bəzəyin özü. Muncuğu sapa düzmək. Boynuna...

MUNCUQGÖZ (ID - 29713)

sif. Gözü muncuğa oxşayan, muncuğa bənzəyən, muncuq kimi; muncuqvari gözü olan. [Hacı] sizin bildiyiniz qarğaburun, muncuqgöz, təkəsaqqal hacılara bənzəməz. Qantəmir.

MUNCUQLANMA (ID - 29714)

"Muncuqlanmaq” dan f.is.

MUNCUQLANMAQ (ID - 29715)

f Muncuq-muncuq olmaq, muncuq kimi düzülmək, muncuq şəklinə düşmək, yumrulanmaq. [Şiraslanın] ..həyəcandan alnında tər dənələri muncuqlanırdı. S.Rəhimov. Mahmud üzündə muncuqlanan utancaqlıq tərini yaylıqla silib sözə başladı....

MUNCUQLU (ID - 29716)

sif. Üzərinə muncuq tikilmiş, yaxud muncuq düzülmüş, muncuqla bəzədilmiş. Muncuqlu tikmə.

MUNCUQVARİ (ID - 29717)

sif Muncuğaoxşar, muncuq kimi, muncuq-muncuq.

MÜNDA (ID - 29718)

is. 1. Hindistanda ən qədim dil qruplarından biri.
Hindistan xalq qruplarından biri.

MUNDİR (ID - 29719)

[fr. monture] Hərbi və ya mülki rəsmi geyim. Mundir geymək. Zabit mundiri. Oğlan mundirinin düymələrini bağladı. İ.Əfəndiyev.

MUNDİRLİ (ID - 29720)

sif Mundir geyinmiş, əynində mundir olan. Mundirli general.

MUNİS (ID - 29721)

[ər.] 1. sif Hər kəslə mehriban olan; ünsiyyətli, mehriban; istiqanlı. Munis adam. - [Xədicə] olduqca xoşsöhbət, .. genişqəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. Könüllər yolçusu, o munis gözəl; Min ürəkfəth edir hər...

MUNİSLİK (ID - 29722)

is. Munis olma; istiqanlılıq, mehribanlıq, səmimilik.

MÜNQU (ID - 29723)

is. Monqolustanda nikel və bürünc xırda pul.

MURAD (ID - 29724)

is. [ər.] Arzu, məqsəd, niyyət, dilək, istək, kam. Sən muradım əksinə, ey çərx, rəftar eylədin. S.Ə.Şirvani. Aşıq Ələsgərəm, söylənir adım; Budur ürəyimdə mətləb, muradım. Aşıq Ələsgər. Ürək dəmir deyil, daş da...

MURADÇİÇƏKLİLƏR (ID - 29725)

cəm, bot. Sərbəstləçəkli tacı olan, çiçəklərinin hissələri dörd dairə üzrə düzülən bitki fəsiləsi.

MURDAR (ID - 29726)

sif. [fars.] 1. Müsəlman dini etiqadınca təmiz sayılmayan; napak (pak əksi). Murdar su. - [Pişik itə:] Bil nə səbəbdən belə murdarsan; Istəməzsən xeyr apara hiç kəs. S.Ə.Şirvani. □ Murdar etmək (eləmək) 1) müsəlman dini etiqadınca...

MURDARÇA (ID - 29727)

is. bot. Ağ rəngli çiçəkləri olan, meyvəsi yeyilməyən, qabığmda aşı maddəsi olan ağac və ya kol. Cır zoğal və ya qara murdarça 3-4 metr hündürlükdə, qışda yarpağı tökülən ağac və ya koldur. Ağ rəngli çiçəkləri mayda...

MURDARÇAÇİÇƏKLİLƏR (ID - 29728)

cəm, bot. Sərbəst ləçəkli tacı olan, çiçəklərinin hissələri dörd dairə üzrə düzülən bitki fəsiləsi.

MURDARÇILIQ (ID - 29729)

b a x murdarlıq.

MURDARLAMA (ID - 29730)

“Murdarlamaq” dan f.is.

MURDARLAMAQ (ID - 29731)

f 1. Murdar (1-ci mənada) etmək, napak etmək.
məc. dan. Gəbərtmək, öldürmək. Eyvaz kişi dərindən köksünü ötürüb dedi: - Uşaqlar! Canınız üçün, kafir az qala məni murdarlamışdı. Ə.Vəliyev.

MURDARLANMA (ID - 29732)

“Murdarlanmaq” dan f.is.

MURDARLANMAQ (ID - 29733)

məch. Murdar (1-ci mənada) olmaq, napak olmaq.

MURDARLIQ (ID - 29734)

MURQUZ (ID - 29735)

is. bot. Taxıllar fəsiləsindən qarğıyabənzər bitki.

MURMURDAR (ID - 29736)

bax murdar. Əl-ayağı murmurdardır. - Ölülərini niyə dəxi hər yerdən tabutlar içində atlara, eşşəklərə, qatırlara mindirib Kərbəlaya, Nəcəfə daşıyırsan, ölkəni və yolları və mənzilləri.. cəmdəklərin iyindən murmurdar...

MUROV (ID - 29737)

is. tar. Keçmiş zamanlarda kənd yerlərində polis vəzifəsini ifa edən hökumət məmuru. Murovlar olublar oğruya ortaq. Q.Zakir. Murovlar, pristavlar, naçalniklər, hətta qubernatorun özü [Əbdülkərimin] əlində aciz qalıb, öhdəsindən...

MUROVLUQ (ID - 29738)

is. tar. Murov vəzifəsi, murov rütbəsi. Murovluq eləmək. // Murovlar olduğu dövr. [Səlim bəy:] Hanı keçən günlər? Hanı murovluq zamanı? Ə.Haqverdiyev.

MUSİQAR (ID - 29739)

is. 1. Guya dimdiyində çoxlu deşiklər olub, külək əsdikcə müxtəlif səslər çıxaran əfsanəvi bir quş. köhn. Bir sıra düdüklərdən ibarət musiqi aləti. Nalə ilə sızlaram hərgah musiqartək. Qövsi. Doğma xalqın musiqisini və...

MUSİQİ (ID - 29740)

is. [ər. əsli yunancadan] 1. İnsanın təəssüratını, hiss və ideyalarını ritm və intonasiya cəhətdən mütəşəkkil səslərlə ifadə edən sənət. Xalq musiqisi. Şərq musiqisi. Klassik musiqi. - Bir qədər keçəndən sonra musiqiyə...

MUSİQİBAZ (ID - 29741)

is. [ər. musiqi və fars. ...baz] bax musiqipərəst. [Qulu:] [Sədr] yaman musiqibazdır. İ.Əfəndiyev.

MUSİQİÇİ (ID - 29742)

is. 1. Xüsusi olaraq musiqi ilə məşğul olan adam, musiqi mütəxəssisi.
2. Musiqi alətində çalan sənətkar; çalğıçı, çalan. Festivalda musiqiçilər də çıxış etdilər. Musiqiçilər gəldi, hərə bir dəstə çiçək hazırladı....

MUSİQİÇİLİK (ID - 29743)

is. 1. Xüsusi olaraq musiqi ilə məşğul olma; musiqi mütəxəssisinin sənəti.
2. Çalğıçılıq.

MUSİQİLİ (ID - 29744)

sif Musiqi ilə olan, musiqi ilə birlikdə icra olunan, musiqi ilə müşayiət edilən. Musiqili-ədəbi montaj. □ Musiqili komediya - musiqi ilə müşayiət olunan komediya; operetta. Üzeyir bəy Hacıbəyovun musiqili komediyaları.

MUSİQİLİK (ID - 29745)

MUSİQİPƏRƏST (ID - 29746)

sif [ər. musiqi və fars. ...pərəst] Musiqini çox sevən, musiqiyə məhəbbəti olan, musiqi həvəskarı, musiqi pərəstişkarı. Reyhan musiqipərəst olduğunu boynuna alır. Mir Cəlal.

MUSİQİPƏRƏSTLİK (ID - 29747)

is. Musiqi həvəskarı olma, musiqiyə məftunluq, musiqini sevmə, musiqi pərəstişkarlığı.

MUSİQİŞÜNAS (ID - 29748)

is. [ər. musiqi və fars. ...şünas] Musiqişünaslıq mütəxəssisi. Musiqişünasların dediyinə görə, xəstəlikdən qalxandan bəri Həsən öz sənətində irəliləyərək daha da böyük məharət göstərməyə başlamışdı. B.Talıblı....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed