İzahlı lüğət

MUNİS

[ər.] 1. sif Hər kəslə mehriban olan; ünsiyyətli, mehriban; istiqanlı. Munis adam. - [Xədicə] olduqca xoşsöhbət, .. genişqəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. Könüllər yolçusu, o munis gözəl; Min ürəkfəth edir hər keçən anda. S.Vurğun.
is. Yaxın adam, mehriban dost, sirdaş, ürək dostu. Dilbərim, yarım, əzizim, qəmküsarım, munisim; Can şikarım, sevgili yarım canımın cananıdır. Xətayi. [Pəri xanım:] Kimə dərdimi söyləyim? Yoldaş yox, munis yox, həmdəm yox. Ə.Haqverdiyev. □ Munis olmaq - ürək dostu olmaq, ən yaxın yoldaş, sirdaş yerini tutmaq, mehriban olmaq. Qalmışam vadiyi-qəm içrə, kimim var, Zakir; Didələr oldu həmin munisü qəmxar mənə. Q.Zakir. Bu gün gülən yarın ağlar, saqın, öyünmə, düşün! Düşün də, munis ol! Incitmə, qırma kimsəni sən!.. H.Cavid. // Sevgili, istəkli, məhbubə. [Rəhim:] ..Ağa, Allah xatirinə mənim munisimi əlimdən alma. N.Vəzirov.
Deyəsən, Vahid [Rübabənin] həmişəlik və əvəzsiz munisi olmuşdur. Mir Cəlal.
sif məc. Xoş, fərəhverici, ürəyəyatan, ruhu oxşayan. Munis gecə. Munis mənzərə.
..Baharın həyatverici munisgünəşi dağların arxasında gizləndiyindən ətrafa həzin bir axşam qaranlığı sinməkdə idi. S.Hüseyn. [Nuriyyə:] Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də var. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed