İzahlı lüğət

MUM

is. [fars.] 1. Bal arılarının hazırladığı və şan düzəltmək üçün istifadə etdikləri maddə, habelə ona oxşar bitki maddəsi. Arı mumu. Bitki mumu. - [Mirzə Heydər:] Heç bir az mum olarmı səndə? Ə.Haqverdiyev. Mum kimi - 1) qatı; bərk olmayan, yumşaq. Usta baxdı ki, doğrudan da bu daş mum kimi bir şeydir. “Koroğlu” . Uşağın bədəni mum kimi bir şeydir. N.Vəzirov; 2) məc. asan, tez başa gələn, az zəhmət tələb edən. Mədəd indi anlayırdı ki, mübarizə mum kimi yumşaq olmağı demir. S.Rəhimov.
2. köhn. Şam. Mum yandırmaq. - Gecənin üç payı keçmiş, mumlar, çıraqlar sönmüş, təbiəti matəməngiz bir zülmət bürümüşdü. A.Şaiq.
□ Mum gün üçün - dar gün üçün, ağır gün üçün. Mum gün üçün saxlamaq. Mum kimi ərimək (sönmək) - bax muma dönmək
2-ci mənada. Hər gecə mum tək əridim, yandım odlara. S.Ə.Şirvani. Layiqmi, o bir mum kimi sönsün; Heçdən silinən kölgəyə dönsün? H.Cavid. Cavan ömrüm bir mum kimi sönərkən; Çıxıb verdim şimşəklərə könlümü. M.Müşfıq. Mum olmaq - b a x muma dönmək 1 -ci mənada. Dərd əlindən solmuşam; Saç-birçəyim yolmuşam; Axır bu eşq yolunda; Əriyib mum olmuşam. (Bayatı). Muma dönmək - 1) bəzən “yumşalıb” feli ilə - ram olmaq, yumşalmaq. [Camal:] Çəkərəm [Yusifi] yuxarıya, yumşalıb muma dönər. S.Rəhman. [Zəmişan Səlimə:] Elə isə Əlikramın üç şirin kəlməsi ilə niyə belə muma döndün, andınıamanını unudub [Əlikrama] təzədən qardaş oldun? B.Bayramov; 2) çox vaxt “saralıb” feli ilə - saralmaq, zəifləmək, üzülmək, candan düşmək, çox arıqlamaq. Karvansaraçı gördü, balam, bu dostu günü-gündən saralıb muma dönür. (Nağıl). Fikir və xəyalatdan [Mahmud] saralıb muma dönmüşdü. B.Talıblı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed