İzahlı lüğət

METALLI (ID - 28249)

sif. Metalı olan, tərkibində metal olan.

METALLİK (ID - 28250)

sif. [yun.] Metaldan düzəldilmiş, metaldan olan; metal. Metallik cisimlər.

METALLÜRGİYA (ID - 28251)

[yun. metallurgeo]
Ağır sənayenin, filizdən metal almaq və onun ilk emalı ilə məşğul olan sahəsi.
2. Metalların sənaye miqyasında istehsalı və onların ilkin emalı üsullarını öyrənən elm.

METALLURJİ (ID - 28252)

sif. [yun.] Metallurgiyaya aid olan, metallurgiyaya məxsus.

METALLURQ (ID - 28253)

[yun.] Metallurgiya mütəxəssisi.

METALŞÜNAS (ID - 28254)

[yun. metallom və fars. ...şünas] Metalşünaslıq mütəxəssisi.

METALŞÜNASLIQ (ID - 28255)

is. Metalların quruluşunu, xassələrini və onların dəyişmə qanunlarını öyrənən elm.

METALYAYAN (ID - 28256)

sif. Metalı istilik və ya təzyiq altında yayan, yastıladan. Metalyayan dəzgah.

METAMORFOZ (ID - 28257)

is. [yun.] Şəklini dəyişmə, başqa şəklə salma, çevirmə.

METAN (ID - 28258)

[fr. methane] Karbonla hidrogenin birləşməsindən ibarət rəngsiz qaz.

METASTAZ (ID - 28259)

[yun. metastasis - yerdəyişmə] tib. Xəstəlik törədicisinin, xəstəlik mənbəyinin törəmiş olduğu yerdən bədənin başqa yerlərinə yayılması, keçməsi, habelə xəstəliyin belə bir yerdəyişmə nəticəsində əmələ gələn ikinci...

METATEZA (ID - 28260)

[yun. metathesis - yerdəyişmə] dilç. bax yerdəyişmə 2-ci mənada.

METEOR (ID - 28261)

[yun.] Yer atmosferində sürətlə hərəkət edən kosmik mənşəli qızmar cisim. [Nuriyyə:] Nə üçün bizim taleyimizdə səadət bəzən bir meteor kimi parlayıb qeyb olur? İ.Əfəndiyev. [frəngiz] .. aydın yollu kəhkəşana, hərdən axıb...

METEORİT (ID - 28262)

[yun. meteoros] Planetlərarası boşluqlardan Yer səthinə düşən kosmik mənşəli cisim. Meteoritlər kosmikfəzadan Yerin səthinə düşən yeganə cisimlərdir.

METEOROLOGİYA (ID - 28263)

[yun. meteora - atmosfer hadisəsi və logos - elm] 1. Yer atmosferi, onun quruluşu, xüsusiyyətləri və onda baş verən fiziki proseslər haqqında elm.
2. Hava və onun necə olacağı haqqında qabaqcadan xəbər verilməsi üsulları haqqında...

METEOROLOJİ (ID - 28264)

sif. Meteorologiyaya aid olan. Meteoroloji tədqiqat. - [Rəis:] Bu gün meteoroloji stansiya xəbər verdi ki, bərkyağıntı gözlənilir. İ.Əfəndiyev.

METEOROLOQ (ID - 28265)

[yun.] Meteorologiya mütəxəssisi. Meteoroloqlar çoxdan bilirlər ki, yağışın əmələ gəlməsi üçün heç də təkcə su lazım deyildir.

METİL (ID - 28266)

[fr. methule] kim. Bir sıra üzvi birləşmələrin tərkibinə daxil olan bir karbon atomundan və üç hidrogen atomundan ibarət qrup.

METİS (ID - 28267)

[fr.] 1. Cütləşdirmə nəticəsində alınan heyvan və ya bitki.
2. Müxtəlif insan irqləri nümayəndələrinin biri-birilə evlənməsindən törəyən nəsil.

METOD (ID - 28268)

[yun.] Təbiət və ictimai həyat hadisələrini dərk və tədqiq etmə üsulu. Dialektik metod. Müqayisəli metod. // Ümumiyyətlə üsul, üsullar sistemi.

METODİK (ID - 28269)

sif 1. Metodikaya aid olan, metodikaya müvafiq olan; bir şeyi yerinə yetirmə üsul və yollarını göstərən. Metodik vəsait. Metodik təlimat.
2. Müəyyən plana tam uyğun; ardıcıl, müntəzəm.

METODİKA (ID - 28270)

[yun. methodike] 1. Bir şeyin əməli surətdə icrası üçün metodlar, üsullar məcmusu. Elmi tədqiqlərin metodikası. Müəyyən elmin tədris üsulları haqqında nəzəriyyə. Dil metodikası.

METODİKİ (ID - 28271)

bax metodik 1-ci mənada. Metodiki kömək.

METODİST (ID - 28272)

[yun.] Hər hansı bir fənnin tədrisi metodikası mütəxəssisi.

METODOLOGİYA (ID - 28273)

[yun. methodos və logos] Ümumiyyətlə, elmi metod və ayrı-ayrı elmlərin metodları haqqında təlim.

METODOLOJI (ID - 28274)

sif Metodologiyaya aid olan, metodologiya ilə əlaqədar olan. Metodoloji səhv.

METODOLOQ (ID - 28275)

[yun.] Metodologiya mütəxəssisi.

METOL (ID - 28276)

is. [yun.] Rəngsiz üzvi kristal maddə.

METON (ID - 28277)

is. [xüs. is.-dən] Günəş-Ay təqvimində zaman intervalı.

METONİMİYA (ID - 28278)

[yun. metonymia - adını dəyişmə] ədəb. Bir sözün, iki məfhumun bir-birinə yaxınlığına əsasən başqa sözlə əvəz edilməsindən ibarət ifadə üsulu; məcaz (məs.: “ağıl” əvəzinə “baş” , “Sabirin əsərlərini oxumaq”...

METR (ID - 28279)

[yun. metron - ölçü] 1. Metr ölçü sistemində yüz santimetrə bərabər uzunluq.
2. Santimetrlərə bölünmüş bu uzunluqda ölçü aləti.
...metr [yun. metron - ölçü] Xarici mürəkkəb sözlərin ikinci tərkib hissəsi olub, aşağıdakı...

METRAJ (ID - 28280)

[fr. metrage] 1. Bir şeyin metrlə uzunluğu. Kinolentinin metrajı.
2. Otağın və s.-nin kvadrat metrlə sahəsi. Otağın metrajı.

METRANPAJ (ID - 28281)

[fr. metteur en pages] Yığılmış mətnləri səhifələyən mətbəə işçisi.

METRİK (ID - 28282)

sif.: metrik ölçü sistemi - əsası metr olan beynəlxalq ölçü vahidi sistemi.

METRİKA (ID - 28283)

[lat.] Doğum şəhadətnaməsi.

METRO (ID - 28284)

[fr.] “Metropoliten” sözünün qısaldılmış forması. Bakı metrosu. - Metro vaqonunda oturanlardan biri, qabağında ayaq üstündə durmuş qocadan soruşur. M.Hüseyn.

METROPOLİTEN (ID - 28285)

[fr. metropolitain] Yeraltı şəhər elektrik dəmir yolu. Bakı metropoliteni.

MEY (ID - 28286)

is. [fars.] Şərab. Hər nə etsən, et və lakin etmə meydən ictinab; Hər nə tutsan, tut və lakin tutma bir kari-səvab. M.Ə.Sabir. Dostlar içib gözləri süzülü qaldı; Turş meydən dodaqları büzülü qaldı. M.Müşfiq.

MEYDAN (ID - 28287)

is. [fars.] 1. Şəhər və ya kənd, qəsəbə və s. içərisində tikilisiz açıq və geniş düz yer, sahə. Bakıda Azneft meydanı.
Yavaş-yavaş gəlib bir böyük meydana yetişdik. Ə.Haqverdiyev. Çatıb kəndin meydanına düşdük atlardan;...

MEYDANÇA (ID - 28288)

[fars.] 1. Balaca meydan, kiçik meydan. Meydançaya kölgə salır; Çadır kimi göy buludlar. N.Rəfıbəyli. Bulvarın Bayıla tərəf uzadılmış təzə hissəsi ürəkaçan, səfalı bir meydançaya çevrilmişdi. H.Seyidbəyli. // Bir iş görmək...

MEYDANLIQ (ID - 28289)

is. Açıq yer, açıqlıq, düzənlik, meydan.

MEYGƏDƏ (ID - 28290)

is. [fars.] klas. bax meyxana1. Zinhar girmə məscidə, bihürmət olma, leyk; Var, payitəxti-meygədədə ehtiram bul. Q.Zakir.

MEYXANA1 (ID - 28291)

is. [fars.] köhn. Şərab satılan və içilən dükan, şərabçı dükanı. ..Konsulxana fərraşı meyxananın qapısında kefli və əlində çaxırla dolu stəkan mənim qabağımı kəsib məndən dörd manat istədi. C.Məmmədquluzadə.

MEYXANA2 (ID - 28292)

is. [fars.] Fikirləşmədən, qabaqcadan hazırlaşmadan deyilən, adətən məzhəkəli şeir növü. Adamlar dağılandan sonra toy sahibinin yaxın adamları qalıb meyxana deyərdilər. H.Sarabski. [Dursun:] İlyasgili qapıları bağlayıb meyxana...

MEYXANAÇI1 (ID - 28293)

is. köhn. Meyxana sahibi, meyxana saxlayan adam.

MEYXANAÇI2 (ID - 28294)

is. Məclislərdə meyxana deyən, meyxana deyişmələrində iştirak edən adam. [Şəki toylarında] xan oyunu çıxar, meyxanaçılar meyxana deyişərlər, bəzən də aşıq gətirdib nağıl danışdırarlar. R.Əfəndiyev.

MEYXANAÇILIQ1 (ID - 28295)

is. köhn. Meyxana saxlama işi.

MEYXANAÇILIQ2 (ID - 28296)

is. Meyxana demə işi. Meyxanaçılıq eləmək.

MEYXOŞ (ID - 28297)

sif [fars.] 1. Turş ilə şirin arasında orta dad; turşaşirin. Meyxoş nar.
2. məc. Xoşagələn, xoş. Muğandan keçirəm, meyxoşdur bahar; Ömrü az olsa da burdakı yazın. S.Vurğun.

MEYXOŞLUQ (ID - 28298)

is. Meyxoş şeyin xassəsi, keyfiyyəti; turşaşirinlik.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed