MIRMIRI (ID - 29099)is. zool. Ağbalıq.
|
MIRT (ID - 29100)mırt vurmaq dan. - baş-başa verib söhbət etmək (adətən boş və əhəmiyyətsiz şeylər haqqında). [Xəlil mirzə ilə] üzbəüzdə isə iki nəfər maxorka tüstülədə-tüstülədə mırt vururdu. Q.İlkin.
|
MIRTILDAMA (ID - 29101)“Mırtıldamaq” dan f.is.
|
MIRTILDAMAQ (ID - 29102)f Anlaşılmaz halda danışmaq; donquldanmaq, deyinmək, söylənmək.
|
MIRTILDANMA (ID - 29103)“Mırtıldanmaq” dan f.is.
|
MIRTILDANMAQ (ID - 29104)qayıd. Öz-özünə anlaşılmaz danışmaq; deyinmək, söylənmək, donquldanmaq. Mən heç bilmirəm ki, bu nə bişməmiş sözdür? - deyə [Dadaş Lələşov] mırtıldandı. S.Rəhimov.
|
MIRTLAMA (ID - 29105)“Mırtlamaq” dan f.is.
|
MIRTLAMAQ (ID - 29106)f Dodaq altında danışmaq; deyinmək, söylənmək, donquldamaq. [Hafizə xanım:] Nə mırtlayırsan, a gədə? Ə.Haqverdiyev.
|
MIRTLANMA (ID - 29107)“Mırtlanmaq” dan f.is.
|
MIRTLANMAQ (ID - 29108)bax mırtıldanmaq. Gecənin, bilmirəm nə vaxtı idi, gördüm uşaqların anası öz-özünə mırtlanır. C.Məmmədquluzadə.
|
MIRT-MIRT (ID - 29109)zərf Boş-boş, havayı. Mırtmırt söylənmək. - A kişi, bu kitabları və kağızları tulla cəhənnəmə, az bu cinlərnən və şəyatinlərnən mırt-mırt danış.. C.Məmmədquluzadə. Mırt-mırt oxuyub mırıldayırsan; Qarğa kimi hey qırıldayırsan....
|
MISMIRIQ (ID - 29110)is. Acıqlı, hirsli, narazı adamın üzündə əmələ gələn hal; qaşqabaq. □ Mısmırığı(nı) sallamaq - sifətinə acıqlı, hirsli, yaxud narazı bir ifadə vermək, qaşqabağını sallamaq. Xanpəri mısmırığını sallamış, qaşqabağını...
|
MIŞHAMIŞ (ID - 29111)zərf Sakit və şirin (uşağın yatmağı haqqında). Uşaq mışhamış yatır.
|
MIŞILDAMA (ID - 29112)“Mışıldamaq” dan f.is.
|
MIŞILDAMAQ (ID - 29113)f Sakit-sakit, şirin-şirin, rahat-rahat yatmaq (uşaq haqqında). Uşaq mışıldayırdı. - Firəngiz yuxulu-yuxulu Sabiri döşünə salır, bir azdan körpə mışıldayır, anasının qoynunda tamamilə sakitləşirdi. S.Rəhimov. Məryəm xala...
|
MIŞIL-MIŞIL (ID - 29114)b ax mışhamış. Körpə mışıl-mışıl yatırdı. - Mədinə arvad lap yaxınlaşdıqda yorğanın ucunu qaldırdı, mışıl-mışıl yatan çağanın üzünə baxdı. S.Rəhimov. [Cavad] Zöhrənin böyründə mışıl-mışıl yatan Aslana həsrətlə...
|
MIŞILTI (ID - 29115)is. Rahat-rahat, dərin-dərin, şirin-şirin, mışhamış. [Şirmayı] əlinin birini böyrünə, birini də başının altına qoyub mışıltı ilə yatırdı. M.Hüseyn. Salman .. mışıltı ilə yatmış Elxanın beşiyinin yanını kəsdirdi....
|
MIŞOVUL (ID - 29116)is. zool. Dələ ailəsindən zərif bədənli, çevik, kiçik yırtıcı.
|
MIZ (ID - 29117)is. zool. Sirkə və başqa turş şeylərin üzərinə yığılan xırda milçək.
|
MIZI (ID - 29118)sif Azdanışan, həmişə qaşqabaqlı, üzügülməz, yaxud danışığmdan bir şey başa düşülməyən. [Şahbəy:] O günü Bülənd bura gəlmişdi, heç deyinən, kəlmə kəsdinmi? Yanı o özü də elə mızı adamdır! Ə.Əbülhəsən.
|
MIZILDAMA (ID - 29119)“Mızıldamaq” dan f.is.
|
MIZILDAMAQ (ID - 29120)f. Dodaqaltı danışmaq, anlaşılmaz danışmaq və ya oxumaq. Yarməmməd nə isə dodaqarası anlaşılmaz bir şey mızıldadı. M.İbrahimov. Falçı içəri girən kimi mızıldamağa başladı. P.Makulu. Çarpayıya uzanıb rahatlandım, mızıldayıb...
|
MIZILDANMA (ID - 29121)“Mızıldanmaq” dan f.is.
|
MIZILDANMAQ (ID - 29122) |
MIZILTI (ID - 29123)is. Mızıldama səsi. Bir mızıltı eşitdim. - [Yarməmmədin] mızıltısından bir şey başa düşməyən Qara Kərəm soruşdu. M.İbrahimov. Ədhəm sağ əlini sol sinəsində gəzdirə-gəzdirə xeyli dayandı, gözünü döydü, dolandı, axırda...
|
MIZMIZ(I) (ID - 29124)sif dan. Aydın danışmayan, bumunda danışan, danışığı başa düşülməyən. Mızmız adam.
|
Mİ (ID - 29125)[lat.] Musiqi qammasının üçüncü səsi, habelə bu səsi göstərən not.
|
MİÇƏTKƏN (ID - 29126) |
MİÇMAN (ID - 29127)[ing.] 1. Rus hərbi dəniz donanmasında starşina heyətində ən böyük ad, habelə bu cür adı olan şəxs.
2. Çar Rusiyasının hərbi dəniz donanmasında ilk zabit rütbəsi, habelə bu cür rütbəsi olan şəxs. |
MİÇURİNÇİ (ID - 29128)is. Biologiyada və kənd təsərrüfatında əsası rus alimi İ.V.Miçurin tərəfindən qoyulmuş elmi üsulların davamçısı.
|
MİDBƏR (ID - 29129)is. Heyvan boynuna bağlanan ipə keçirilən halqa. Midbəri ipə bənd etmək.
|
MİDİYALI (ID - 29130)is. tar. Qədim Midiya əhlindən olan. Burada qəbilə düzəldən, buranı abad edən midiyalı Cəməsb olmuşdur. Çəmənzəminli.
|
MİF (ID - 29131)[yun. mythos] 1. Allahlar, əfsanəvi qəhrəmanlar, dünyanın və həyatın əmələ gəlməsi haqqında qədim xalq rəvayətləri; əsatir.
2. məc. Fantastik, əfsanəvi, xəyali, əsli olmayan şey haqqında. Həqiqət deyil, mifdir. |
MİFİK (ID - 29132)“Mif’dən sif Əsatiri, əfsanəvi, mifoloji. Mifik təsəvvürlər.
|
MİFOLOGİYA (ID - 29133)[yun.] 1. Miflər, mifik rəvayətlər toplusu; əsatir. Yunan mifiologiyası.
2. Mifləri tədqiq edən elm. |
MİFOLOJİ (ID - 29134)sif. Mifologiyaya aid olan. Mifoloji mövzu. Mifoloji qəhrəman.
|
MİFOLOQ (ID - 29135)[yun.] Mifologiya mütəxəssisi.
|
MİXBƏR (ID - 29136)is. [ərəbcədən] Laboratoriya təcrübələrində işlədilən bir başı qapalı nazik şüşə boru; sınaq borusu. Texnik süxur parçasını çini həvəngdə əzişdirib mixbər borusunu yarısına qədər doldurdu. M.Süleymanov.
|
MİXƏK (ID - 29137)is. [fars.] Həmin adlı ağacın qurumuş qönçələrindən hazırlanan ətirli, tünd dadlı quru toz şəklində ədviyyə. Xəmirə mixək qatmaq. □ Mixək, mixək ağacı bot. mərsin fəsiləsindən qönçələrindən mixək hazırlanan həmişəyaşıl...
|
MİXƏKGÜLÜ (ID - 29138)is. bot. Xaççiçəklilər fəsiləsindən çox ətirli əlvan çiçəkli gül; maygülü, sədbər, şəbbu. [Balkonlarda] ikinci cərgədə .. mixəkgülü, qərənfil, sabahgülü, qurdağzı əkilir.
|
MİXƏKKİMİLƏR (ID - 29139)cəm, bot. Mixək ağacı, evkalipt və bəzi başqa bitkilərin daxil olduğu fəsilə. Mixəkkimilər fəsiləsinin başlıca cinslərindən biri evkaliptdir. M.Qasımov.
|
MİXƏKLİ (ID - 29140)sif. Mixək qatılmış, mixək tökülmüş, tərkibində mixək olan. Mixəkli fətir.
Katibin Sübhanverdizadəyə ötən günü hilli, mixəkli çay verməyi indi onun başına böyük bir bəla açmış oldu. S.Rəhimov. |
MİXƏYİ (ID - 29141)sif. Mixək rəngində olan, mixək rənginə çalan; qəhvəyi. Mixəyiparça. Mixəyi şal. - Dildar arvadın mixəyi sətin tumanı kürsüdən aşağı tökülüb çətir kimi qabarmışdı. Ə.Vəliyev. Qaratel sadə mixəyi don geyib, ala-bula ləçək...
|
MİXİ (ID - 29142)sif [fars. ]: mixi xətt (yazı) - Qabaq Asiyanın qədim xalqlarında (Assuriyada, Babilistanda, qədim İranda) gil və ya daş üzərində mıxşəkilli cızıqlardan ibarət yazı üsulu. Mixi əlifba. Bisutun mixi yazıları.
Ceyniz ən yaxşı... |
MİKADO (ID - 29143)Yaponiya imperatorunun titulu və bu titulu daşıyan şəxs.
|
MİKNƏT (ID - 29144)is. [ər.] klas. Güc, qüvvət, iqtidar, qüdrət. Istərsən əgər oğlun edə kəsb fəvaid; Həm sərvəti zaid ola, həm miknəti zaid. M.Ə.Sabir.
|
MİKOZ (ID - 29145)is. [yun.] İnsanda və başqa canlılarda çeşidli xəstəliklər yaradan parazit göbələklərin ümumi adı.
mikro... [yun. mikros - kiçik] Mürəkkəb sözlərin birinci tərkib hissəsi olub aşağıdakı mənaları ifadə edir: a) çox balaca,... |
MİKROB (ID - 29146)[yun. mikros - kiçik və bios həyat] Ancaq mikroskopla görünə bilən birhüceyrəli orqanizm; bakteriya.
|
MİKROBİOLOGİYA (ID - 29147)[yun. mikros, bios və logos] Biologiyanm mikroorqanizmləri öyrənən bölməsi.
|
MİKROBİOLOJİ (ID - 29148)sif. [yun.] Mikrobiologiyaya aid. Mikrobioloji tədqiqat.
|
Bu səhifə dəfə baxılıb