İzahlı lüğət

MÜSƏNNİF (ID - 30199)

is. [ər.] köhn. Müəllif, avtor. [Axund:] Müsəlmanlar arasında belə bir abdar əşar müsənnifləri nadi-rülvücuddur. Mir Cəlal.

MÜSƏVVƏR (ID - 30200)

sif. [ər.] köhn. 1. Şəkillərlə bəzədilmiş; rəsmli. Rəsm edilmiş, çəkilmiş.
Təsəvvür olunan, təsəvvürə gətirilən. Müəyyən bir şəkli, forması olan.

MÜSİBƏT (ID - 30201)

is. [ər.] 1. Bəla, fəlakət, afət. Müsibətə düşmək. Müsibətdən qurtarmamaq.
Birisinin başına bir müsibət gələndə yenə bir yandan bir qəlb təskinliyi olur. C.Məmmədquluzadə. [Musa:] Kişi gərək hər müsibətə mərdanəlik...

MÜSİBƏTLİ (ID - 30202)

sif Müsibət içində olan; ağır, fəlakətli, faciəli. Müsibətli günlər. - İskəndərin kənddən baş alıb getməyinə müsibətli bir qəzavü-qədər bais olmuşdu. E.Sultanov. Çox heyf olsun ki, bizimkilər bu cür müsibətli bir gündə...

MÜSİBƏTZƏDƏ (ID - 30203)

sif [ər. müsibət və fars. ...zədə] Müsibətə düşmüş, fəlakətə düçar olmuş, müsibət çəkmiş. Tutalım ki, digər millətlərə nisbətən sən daha artıq müsibətzədəsən. M.İbrahimov.

MÜSİNN (ID - 30204)

sif [ər.] klas. Sinli, yaşlı, yaşı ötmüş, qoca. Müsinn qadın. - [Qazı Xudayar bəyə:] Mən indi müsinn adamam, mənim olar səksən və bəlkə dəxi də artıq yaşım. C.Məmmədquluzadə. [Xortdan:] Bir nəfər müsinn kişi əl eləyib...

MÜSLİM (ID - 30205)

[ər.] bax müsəlman 1-ci mənada.

MÜSTƏBİD (ID - 30206)

sif və is. [ər.] 1. İstibdadçı, zalım hökmdar, hakimi-mütləq. Müstəbidlər yaşamaqçın rahət; 0airi əldə ediblər alət. A.Səhhət.
2. Zalım, zülmkar, qaniçən. [Atabala] çox məzlumları zalımların pəncəsindən qurtarmış,...

MÜSTƏBİDLİK (ID - 30207)

is. Zalımlıq, zülmkarlıq, qaniçicilik, istibdad.

MÜSTƏCAB (ID - 30208)

sif [ər.] din. Arzusu, istəyi qəbul olunan. □ Müstəcab olmaq - arzusu, istədiyi qəbula keçmək, xahişi yerinə yetmək, arzusuna çatmaq. [Həmzə bəy:] Belə ki, duan müstəcab olur, elə dua elə, Nəcəfin pulunu ud. Ə.Haqverdiyev. Şırım...

MÜSTƏHƏQ (ID - 30209)

sif [ər.] köhn. Haqlı olan, haqq qazanmış, layiq, haqlı. Elm və bilik sahiblərinin yolunda çəkilən zəhmətlər həmişə vacib və müstəhəqdir. C.Məmmədquluzadə. [Molla:] Əgər əhvalat belədirsə, onlar hər cəzaya müstəhəqdirlər....

MÜSTƏİD (ID - 30210)

sif [ər.] İstedadlı, qabiliyyətli, fəhmli, tez görüb-götürən. Şübhəsiz, bu çox müstəid bir gənc idi. A.Şaiq.

MÜSTƏİDLİK (ID - 30211)

is. İstedadlılıq, qabiliyyətlilik.

MÜSTƏQİL (ID - 30212)

sif [ər.] 1. Başqasından asılı olmayan, başqasına tabe olmayan; sərbəst. Müstəqil respublika. Müstəqil hökumət. Özü-özlüyündə əhəmiyyəti olan, başqaları ilə bağlı olmayan, başqalarmdan ayrılan; ayrıca, xüsusi. Müstəqil...

MÜSTƏQİLLƏN (ID - 30213)

zərf [ər.] Müstəqil olaraq, özbaşına, başqasının göstərişi, köməyi, müdaxiləsi olmadan. Müstəqillən çalışmaq. Məsələni müstəqillən həll etmək.

MÜSTƏQİLLİK (ID - 30214)

is. Müstəqil olma halı.

MÜSTƏQİM (ID - 30215)

sif [ər.] 1. Düz, rast. Müstəqim yol. Müstəqim xətt.
2. Birbaşa, bilavasitə, düzünə. Deputat seçkiləri müstəqimdir.

MÜSTƏQİMLİK (ID - 30216)

is. Müstəqim olma, birbaşa olma. Seçkilərin müstəqimliyi.

MÜSTƏMLƏKƏ (ID - 30217)

is. [ər.] İmperialist dövləti tərəfindən zorla tutulub istismar edilmiş, siyasi və iqtisadi istiqlaliyyətini itirmiş ölkə.

MÜSTƏMLƏKƏÇİ (ID - 30218)

is. Müstəmləkəçilik siyasəti yeridən, müstəmləkə xalqlarını istismar edən (b ax müstəmləkə). Müstəmləkəçilərin zülmü. Müstəmləkəçilərə qarşı mübarizə. // Müstəmləkəsi olan. Müstəmləkəçi dövlətlər.

MÜSTƏMLƏKƏÇİLİK (ID - 30219)

is. İmperialist dövlətlərinin zəif inkişaf etmiş ölkələri iqtisadi və siyasi cəhətdən özlərinə tabe etmə, müstəmləkəyə çevirmə siyasəti. Imperializmin əsas xüsusiyyətlərindən biri müstəmləkəçilikdir! A.Şaiq.

MÜSTƏMLƏKƏLƏŞDİRİLMƏ (ID - 30220)

“Müstəmləkələşdirilmək” dən f.is.

MÜSTƏMLƏKƏLƏŞDİRİLMƏK (ID - 30221)

məch. Müstəmləkə halına salınmaq, müstəmləkə edilmək.

MÜSTƏMLƏKƏLƏŞDİRMƏ (ID - 30222)

“Müstəmləkələşdirmək” dən fis.

MÜSTƏMLƏKƏLƏŞDİRMƏK (ID - 30223)

f Müstəmləkə halına salmaq, müstəmləkə etmək.

MÜSTƏNTİQ (ID - 30224)

is. [ər.] İlk məhkəmə istintaqı aparan vəzifəli şəxs; silistçi. Həmin gündən sonra Cavahir müstəntiqin tələbi üzrə həbs edildi. T.Ş.Simurq. Prokuror müstəntiqlə söhbətinə ara verdi. M.Hüseyn.

MÜSTƏNTİQLİK (ID - 30225)

is. Müstəntiqin vəzifəsi, işi; silistçilik.

MÜSTƏSNA (ID - 30226)

sif. [ər.] 1. Ümumi qaydalardan, adi normalardan xaric, istisnalıq təşkil edən. Müstəsna hal. Müstəsna qanunlar. // is. Ümumi qaydadan, adi haldan, normadan kənara çıxma. Bəzi kəlmələr bu qrammatik qaydadan müstəsnadır.
2. Başqaları...

MÜSTƏSNALIQ (ID - 30227)

is. İstisna təşkil etmə, yalnız müəyyən şəxsə, müəyyən şeyə, yaxud hadisəyə xas olma. Şəraitin müstəsnalığı.

MÜSTƏVİ (ID - 30228)

[ər.] 1. sif Üstü düz, hamar, hər tərəfi bir cür olan. Müstəvi səth.
2. is. riyaz. İki ölçüsü olan səth.

MÜSYÖ (ID - 30229)

[fr.] Cənab, ağa (hörmət əlaməti olaraq fransıza müraciət etdikdə və ya onun haqqında danışıldıqda işlədilirdi). M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası. - Birinci qəhrəmanımız .. müsyö Qameldir....

MÜŞAHİDƏ (ID - 30230)

is. [ər.] 1. Diqqətlə baxma, nəzər yetirmə, seyr etmə. □ Müşahidə etmək (eləmək) - 1) diqqətlə baxmaq, göz qoymaq, seyr etmək. Səidə xanım otağının açıqpəncərəsindən bizi müşahidə eləyirmiş. M.Hüseyn; 2) görmək,...

MÜŞAHİDƏÇİ (ID - 30231)

is. 1. Müşahidə edən, müşahidə aparan, baxan, göz qoyan adam. // Vəzifəsi, ixtisası müşahidə aparmaqdan, nəzarət etməkdən ibarət olan (adam). Rəsədxana müşahidəçisi. Hərbi müşahidəçi. // Sif. mənasında. Müşahidəçi əsgər.
2....

MÜŞAHİDƏÇİLİK (ID - 30232)

is. Müşahidə etmə, müşahidə aparma. Cəfər Cabbarlıda hələ uşaqlıqdan müşahidəçilik qabiliyyəti inkişaf etmişdi. M.Arif.

MÜŞAVİR (ID - 30233)

is. [ər.] Müxtəlif vəzifə sahiblərinin adı. Hərbi müşavir. Ədliyyə müşaviri. // Məşvərətçi, məsləhətçi. Bu, xanın vəziri və dövlətin müşaviri Molla Pənah Vaqif idi. Çəmənzəminli. Müşavir doğrudan da [Ağarzaya] bir...

MÜŞAVİRƏ (ID - 30234)

is. [ər.] 1. Hər hansı bir məsələnin birlikdə müzakirəsi; iclas. İstehsalat müşavirəsi. Ümumittifaq müşavirəsi. Dilçilik müşavirəsi. - Söhbət qısa və konkret olduğundan müşavirə tez qurtardı. H.Seyidbəyli.
2. Bir məsələni...

MÜŞAVİRƏBAZ (ID - 30235)

is. [ər. müşavirə və fars. ...baz] Tez-tez müşavirə (iclas) çağırmağı sevən adam; iclasbaz (mənfi mənada işlənir).

MÜŞAVİRƏBAZLIQ (ID - 30236)

is. Tez-tez müşavirə çağırmaqla məşğul olma; iclasbazlıq (mənfi mənada işlənir). Get-gedə kolxozçular Xanpərinin müşavirəbazlığını lağa qoymağa başladılar. Ə.Vəliyev.

MÜŞAVİRLİK (ID - 30237)

is. Müşavirin vəzifəsi, işi. [Qoca] özü din xadimi, müfti, vaiz olmaqla qazı yanında müşavirlik də edərdi. “Qabusnamə” .

MÜŞAYİƏT (ID - 30238)

is. [ər.] Yanınca getmə, ötürmə. □ Müşayiət etmək - 1) ötürmək, yola salmaq. [Mehriban] keçən gün [Səlimin] tövsiyələrini diqqətlə dinləmiş, onu vağzaladək müşayiət belə etmişdi. S.Hüseyn; 2) bir yerə qədər yanınca...

MÜŞAYİƏTEDİCİ, MÜŞAYİƏTÇİ (ID - 30239)

is. Müşayiət edən, yanınca gedən, ötürən. Osman ağa da, onun müşayiətçisi də bir-birinə baxdılar. P.Makulu.

MÜŞƏBBƏK (ID - 30240)

sif [ər.] köhn. Şəbəkəli, şəbəkəsi olan.

MÜŞƏMBƏ (ID - 30241)

is. [əsli ər. müşəmbə] Su keçirməmək üçün bir və ya hər iki üzünə xüsusi maddə sürtülmüş parça. Ortada, üstünə müşəmbə salınmış stolun üzərində yanan çıraq ətrafa solğun bir işıq salırdı. S.Rəhman. Musa kişi...

MÜŞƏMBƏLƏMƏ (ID - 30242)

“Müşəmbələmək” dən f.is.

MÜŞƏMBƏLƏMƏK (ID - 30243)

f Müşəmbə ilə örtmək, üzünə müşəmbə çəkmək. Qapını müşəmbələmək. - [Uşaq:] Ata, məni ki suya atırsan, bir müşəmbə götür, sandığın ağzını müşəmbələ ki, su dolmasın. (Nağıl).

MÜŞƏMBƏLİ (ID - 30244)

sif. Üstünə müşəmbə çəkilmiş. Müşəmbəli stol.

MÜŞƏRRƏF (ID - 30245)

sif [ər.] köhn. Şərəflənmiş, şərəfə nail, şərəfli. □ Müşərrəf etmək öz gəlişi ilə şərəfləndirmək. Müşərrəf olmaq - özü üçün şan və şərəf bilmək (böyük bir şəxs tərəfindən qəbul edilməsini). [Xacə...

MÜŞFİQ (ID - 30246)

sif [ər.] Şəfqətli, mərhəmətli, mehriban, ürəyiyumşaq. Həsrət qalıb doğma yurdun nazlı, müşfiq qucağına; Gözlər yaşlı, boyun bükük vətənsizmi öləcəyəm? A.İldırım.

MÜŞK (ID - 30247)

is. [fars.] 1. Bir cins ceyranın göbəyindən çıxarılan xoş iyli maddə. Müşk qara rəngli maddədir. - [Şeyx Nəsrulla:] Ətirlərinizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. C.Məmmədquluzadə.
Gözəl iy, ətir....

MÜŞKBAR (ID - 30248)

sif [fars.] klas. Müşk saçan, ətir saçan.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed