İzahlı lüğət

MÜŞAYİƏT

is. [ər.] Yanınca getmə, ötürmə. □ Müşayiət etmək - 1) ötürmək, yola salmaq. [Mehriban] keçən gün [Səlimin] tövsiyələrini diqqətlə dinləmiş, onu vağzaladək müşayiət belə etmişdi. S.Hüseyn; 2) bir yerə qədər yanınca getmək, bərabər getmək. Nümayəndələri müşayiət etmək. - Fabrik müdiri də bizi müşayiət edirdi. M.İbrahimov; 3) qorumaq, yaxud da yol göstərmək, bələdçilik etmək üçün yanınca getmək. Generalı müşayiət etmək. - Vəliəhd döyüş səhnəsinə daxil olan kimi onu müşayiət edən iki yüz Gəncə atlıları geri çəkildilər. M.S.Ordubadi. ...müşayiəti ilə - 1) bərabər, bir yerdə, yanınca gedərək. Qətibə gözəl kənizlər və cariyələrin müşayiəti ilə daxil olub, böyük salonun ortasında dayandı. M.S.Ordubadi. Teymur şahidlərin müşayiəti ilə mağazanı gəzməyə başladı. Seyidbəyli; 2) mus. oxuyan və ya solo çalanla birgə çıxış edib öz çalğısını onların oxumasına və ya çalmasına uyğunlaşdıraraq. Nəhayət, Cimi tarın müşayiəti ilə oxumağa başladı. İ.Əfəndiyev. Bir salonda tar-kamança müşayiəti ilə oxunan xoş bir el mahnısının səsi gəlir. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed