
MÜSTƏCABsif [ər.] din. Arzusu, istəyi qəbul olunan. □ Müstəcab olmaq - arzusu, istədiyi qəbula keçmək, xahişi yerinə yetmək, arzusuna çatmaq. [Həmzə bəy:] Belə ki, duan müstəcab olur, elə dua elə, Nəcəfin pulunu ud. Ə.Haqverdiyev. Şırım Ballının duası müstəcab oldu. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|