
MÜSTƏQİLsif [ər.] 1. Başqasından asılı olmayan, başqasına tabe olmayan; sərbəst. Müstəqil respublika. Müstəqil hökumət. Özü-özlüyündə əhəmiyyəti olan, başqaları ilə bağlı olmayan, başqalarmdan ayrılan; ayrıca, xüsusi. Müstəqil məsələ. Elmin müstəqil sahəsi.
Zərf mənasında. Başqasının köməyi və ya rəhbərliyi olmadan, öz bacarığı, təşəbbüsü ilə icra edilən. Müstəqil iş. Müstəqil fəaliyyət göstərmək. - Biz qarşıdakı məsələni həll etmək üçün az-çox müstəqil hərəkət etməli idik. H.Nəzərli. Şamama birinci dəfə idi ki, müstəqil olaraq pambıq becərirdi. İ.Əfəndiyev. Aslan onlara ixtisas üzrə bilik verir, müstəqil işləməyə öyrədirdi. M.Rzaquluzadə. // Kənar təsirlərdən azad; orijinal. Müstəqil mühakimə. - [frəngiz Şahinə:] Öz müstəqil fikri olan və axıra qədər onu müdafiə eləyən adamlardan xoşum gəlir. B.Bayramov. Paylaşın - Hamı bilsin
|