İzahlı lüğət

MONİSTİK (ID - 29499)

sif [yun.] Monizmə aid olan, monizmlə əlaqədar olan. Monistik fəlsəfə.

MONİTOR1 (ID - 29500)

is. [ing.] Orta və ali məktəblərdə sinif başçısı, sinif nümayəndəsi, qrup başçısı.

MONİTOR2 (ID - 29501)

is. [ing.] Zirehli döyüş gəmilərinin ilk tiplərindən biri.

MONİTOR3 (ID - 29502)

is. [ing.] Video nəzarət qurğusu.

MONİTORİNQ (ID - 29503)

is. [ing.] Nəzarət, nəzarət etmək.

MONİZM (ID - 29504)

[yun. monos - bir] Bütün varlığın əsasını yalnız bir şey - ya materiya və yaxud da ruh təşkil etdiyini qəbul edən fəlsəfi nəzəriyyə (dualizm ziddi).

MONQOLLAR (ID - 29505)

is. Monqolustan Xalq Respublikasının və Çin Xalq Respublikasında
Daxili Monqoliya Muxtar Vilayətinin əsas əhalisini təşkil edən xalq və həmin xalqa mənsub adam. Köhnə monqol əlifbası. XVI əsr - XVII əsrin əvvəllərində monqollar...

MONQOLCA (ID - 29506)

sif. və zərf Monqol dilində. Monqolca-rusca lüğət. Monqolca yazmaq.

MONQOLŞÜNAS (ID - 29507)

is. Monqolşünaslıq mütəxəssisi.

MONQOLŞÜNASLIQ (ID - 29508)

is. Monqolların dil, yazı, mədəniyyət və tarixini öyrənən elmlərin məcmusu.

MONOKL (ID - 29509)

[fr. əsli yun. monos - tək və lat. oculus - göz] Eynək və ya pensne əvəzinə göz çuxuruna qoyulan bir göz üçün dairəvi optik şüşə - tək gözlük.

MONOQRAM (ID - 29510)

[yun. monos - tək və gramma - hərf] Bir neçə hərfin bir-birinə keçirilməsindən ibarət hərf hörgüsü. Portfel üzərində monoqram.

MONOQRAFİK (ID - 29511)

sif [yun.] Monoqrafıya mahiyyəti daşıyan, monoqrafıya şəklində yazılmış. Monoqrafik tədqiqat.

MONOQRAFİYA (ID - 29512)

[yun. monos - tək və grapho - yazı] Bir mövzunun, bir məsələnin öyrənilməsinə həsr olunmuş tədqiqat əsəri. M.F.Axundzadə haqqında monoqrafiya.

MONOLİT (ID - 29513)

[yun. monos - tək və lithos daş] 1. Bütöv və böyük daş qaya, bütöv daş. // Bütün daşdan yonulmuş hər hansı bir şey.
2. Sif mənasında. məc. Sarsılmaz, bütöv, möhkəm, yekparə. Xalqın monolit birliyi.

MONOLİTLİK (ID - 29514)

is. Sarsılmazlıq, möhkəmlik, bütövlük, yekparəlik.

MONOLOQ (ID - 29515)

[yun. monos - tək və logos nitq] Başlıca olaraq dramada aktyorun özünə, yaxud tamaşaçılara xitabən söylədiyi sözlər nitq. “Olülər” əsərində İskəndərin monoloqu.
Salon səssiz bir hal aldı, hərəkətdən əsər yox; Səhnədəki...

MONOPLAN (ID - 29516)

[fr. əsli yun. monos - tək və lat. planum - səth] Bir cüt qanadı olan təyyarə.

MONOTEİST (ID - 29517)

[yun.] Monoteizm tərəfdarı.

MONOTEİZM (ID - 29518)

[yun. monos - bir və theos Allah] Dünyanın bir Allah tərəfindən yarandığını qəbul edən din; təkallahlılıq.

MONOTİP (ID - 29519)

[yun. monos - bir və typos çap] köhn. Naboru ayrı-ayrı literlərdən ibarət sətirlər şəklində töküb yığan mətbəə maşını.

MONOTİPÇİ (ID - 29520)

is. köhn. Monotipdə işləyən mürəttib.

MONPASI (ID - 29521)

[fr.] Müxtəlif rəngli və formalı xırda, bərk konfet (nabat) növü. Bir qutu monpası.

MONTAJ (ID - 29522)

[fr.] 1. Maşınların, binaların, sənaye müəssisələrinin və s.-nin müəyyən plan və çertyojlar əsasında quraşdırılıb qurulması. Mingəçevirlilər illik montaj və inşaat işləri planlarını qurtarmaq üzrə idilər. Ə.Sadıq.
2....

MONTAJÇI (ID - 29523)

is. Montaj mütəxəssisi; quraşdırıcı. Montajçılar briqadası. - ..Atalar deyib ki, ehtiyat igidin yaraşığıdır. Bu söz, bizə, biz montajçılara daha çox aiddir. Mir Cəlal.

MONTYOR (ID - 29524)

[fr. monteur] Elektrik avadanlığı işləri mütəxəssisi; montajçı. Elektrik montyoru. Maşın montyoru. - [Oğlanın] sənətinə həvəsi var idi. O, montyor idi. Mir Cəlal. Qız Astarada montyor işləyirdi. Ə.Sadıq.

MONTYORLUQ (ID - 29525)

is. Montyorun sənəti, peşəsi. ..Dursun montyorluğa da qızlardan şagird qoydu. Ə.Əbülhəsən.

MONUMENT (ID - 29526)

[lat.] bax abidə 1-ci mənada.

MONUMENTAL (ID - 29527)

sif [lat.] 1. Əzəmətli, möhtəşəm. Monumental bina. Monumental abidə.
2. məc. Məzmunca dərin, əsaslı, sanballı. Monumental əsər. Monumental opera. - Oratoriya - simfonik orkestr, xor və solistlər üçün bəstələnən çoxhissəli...

MONUMENTALLIQ (ID - 29528)

is. Əzəmətlilik, möhtəşəmlik. Binanın monumentallığı.

MOPED (ID - 29529)

is. Motorlu velosiped.

MOR1 (ID - 29530)

sif. Bənövşəyi rəng. Mor parça.
Aşiqəm bu mor dağların; Baharına, yazına mən. S.Rüstəm. Onun mor rəngli gözəl gözlərinin gülüşündə nə isə sirayətedici dərin və xoş bir ifadə var idi. İ.Əfəndiyev. Gündoğan tərəfdəki...

MOR2 (ID - 29531)

is. köhn. Xışın bir hissəsi.

MOR3 (ID - 29532)

sif Kül ilə kömürün qarışığından alınan tünd boz rəng.

MORATORİUM (ID - 29533)

[lat. moratorius - yubadan] iqt. Hər hansı fövqəladə vəziyyət (müharibə, böhran, təbii fəlakət və s.) ilə əlaqədar olaraq hökumətin göstərişi ilə borcları ödənilməsinin təxirə salınması.

MORDVA (ID - 29534)

Mordoviya Respublikasının əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub olan adam. Mordvaların adları ilk dəfə VI əsr mənbəyində çəkilir.

MORDVACA (ID - 29535)

sif və zərf Mordva dili, mordva dilində. Mordvaca kitab. Mordvaca danışmaq.

MORFEM (ID - 29536)

[yun. morphe - forma] dilç. Sözün leksik və ya qrammatik mənası olan hissəsi (kök, şəkilçi, yaxud önşəkilçi).

MORFİ (ID - 29537)

[yunan əsatirində yuxu allahı Morpheios-un adından] Xaşxaş şirəsindən hazırlanan ağrıkəsən və yuxugətirən narkotik maddə (dozadan artıq qəbul etdikdə zəhər kimi təsir edir). Xan xüsusi otağından çıxdı, .. xəstə olduğunu,...

MORFİNİST (ID - 29538)

[yun.] Morfi düşkünü, morfinizmə mübtəla olmuş adam.

MORFİNIZM (ID - 29539)

[yun.[ Morfi düşkünlüyü, morfi mübtəlalılığı (narkomaniya növlərindən biri).

MORFOLOGİYA (ID - 29540)

[yun. morphe - forma və logos - təlim] 1. Orqanizmlərin, mineral maddələrin, torpaqların quruluşu haqqında elm.
2. dilç. Hər hansı bir dildə söz formalarının dəyişməsi sistemi, habelə qrammatikanın sözlərin formalarını öyrənən...

MORFOLOJİ (ID - 29541)

sif [yun.] Morfologiyaya aid olan. Morfoloji təhlil. Sözün morfoloji quruluşu.

MORFOLOQ (ID - 29542)

[yun.] Morfologiya mütəxəssisi.

MORFONOLOGİYA (ID - 29543)

[yun. morphe - forma, phone - səs və logos - təlim] dilç. Dilçiliyin fonologiya ilə morfologiyanın əlaqəsini, morfemlərin fonem tərkibini, onların sıralanma qanunlarını öyrənən bəhsi. Morfonologiyanın obyekti və təhlil metodu. Türk...

MORFONOLOJİ (ID - 29544)

sif [yun.] dilç. Morfonologiyaya aid olan. Sözün morfonologiya tərkibi. Morfonologiya prinsipə görə yazılan sözlər. - Azərbaycan dilinin morfonologiya ölçüləri çox güclüdür və bu güc qarşısında qondarma qaydalar tab gətirə bilmir....

MOROJNA (ID - 29545)

[rus. мороженное] bax dondurma.

MORS (ID - 29546)

[rus.] Meyvə və giləmeyvə şirəsindən hazırlanan sərinlədici içki. Alma morsu.

MORTIRA (ID - 29547)

[holl.] Gödəklüləli top. Sahil mortirası.

MORUQ (ID - 29548)

is. bot. Giləmeyvəli kol-bitki və onun ətirli, şirin, ağ və ya qırmızı meyvəsi. Oğul-uşaq zoğal, fındıq, moruq dərməyə gedərkən, Kərim baba da sıradan qalmazdı. Şaiq. Mənə, qızıl söyüd çubuğundan hörülmüş səbətdə;...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed