
MORUQis. bot. Giləmeyvəli kol-bitki və onun ətirli, şirin, ağ və ya qırmızı meyvəsi. Oğul-uşaq zoğal, fındıq, moruq dərməyə gedərkən, Kərim baba da sıradan qalmazdı. Şaiq. Mənə, qızıl söyüd çubuğundan hörülmüş səbətdə; Moruq gətirin! R.Rza. // Moruqdan hazırlanmış. Moruq mürəbbəsi. Moruq şirəsi.
Paylaşın - Hamı bilsin
|