MƏZKUR (ID - 29049)sif. [ər.] kit. Zikr olunmuş, adı çəkilmiş, haqqında danışılmış; yuxarıdakı. Məzkur şəxs. Məzkur əhvalat. - Şəxsi-məzkur Qəzvinin qəryələrindən Kərbəlayı Səlim adlı bir dehqanın oğlu idi. M.F.Axundzadə. Bahadır bir...
|
MƏZLUM (ID - 29050)sif və is. [ər.] 1. Zülm çəkmiş, zülm olunmuş, zülmə məruz qalmış, zülm altında olan (zalım əksi). Məzlum xalq. Məzlum adam. - Məzlumların göz yaşı dərya olacaqmış; Dəryaları, ümmanları neylərdin, ilahi?! M.Ə.Sabir. Ölümlərin...
|
MƏZLUMANƏ (ID - 29051) |
MƏZLUMCASINA (ID - 29052)bax məzlum-məzlum.
|
MƏZLUMLUQ (ID - 29053)is. Məzlum adamın halı; fağırlıq, yazıqlıq. Məzlumluq edib başlama fəryadə, əkinçi! Qoyma özünü tülkülüyə, adə əkinçi! M.Ə.Sabir. [Kor Seyid] məzlumluğu sevən, miskinlikdən ruhani bir zövq alan adam idi. S.Hüseyn.
|
MƏZMUN (ID - 29054)is. [ər.] 1. Əsərdə, kitabda, məqalədə, şəkildə və s.-də şərh olunan, haqqında danışılan, əks etdirilən şeyin mövzusu, əsas şərhi. Romanın məzmunu. Operanın məzmunu. // Kitabın və ya başqa bir əsərin fəsillərinin və...
|
MƏZMUNCA (ID - 29055)sif Məzmuna görə, məzmun etibarilə, mənaca. Məzmunca yaxşı poema.
|
MƏZMUNLU (ID - 29056)sif. və zərfi Məzmunu zəngin, dolğun olan, ciddi, dərin mənalı. Məzmunlu pyes. Məzmunlu (z.) danışmaq. - “Millətdən ötür ağlıyan axırda olur kor” ; Məzmunlu məsəldir bu ibarət, uçitellər! M.Ə.Sabir.
|
MƏZMUNLULUQ (ID - 29057)is. Məzmunca dolğunluq, zənginlik, dərinlik; mənalılıq, ciddilik. Əsərin məzmunluluğu.
|
MƏZMUNSUZ (ID - 29058)sif. və zərfi Məzmunca sönük, kasıb, çox maraqsız; boş, mənasız. Məzmunsuz əsər.
|
MƏZMUNSUZLAŞDIRMA (ID - 29059)“Məzmunsuzlaşdırmaq” dan f.is.
|
MƏZMUNSUZLAŞDIRMAQ (ID - 29060)f Məzmundan məhrum etmək; mənasızlaşdırmaq, bayağılaşdırmaq.
|
MƏZMUNSUZLUQ (ID - 29061)is. Məzmunca sönüklük, kasıblıq, boşluq, maraqsızlıq, mənasızlıq. Oçerkin məzmunsuzluğu.
|
MƏZUN (ID - 29062) |
MƏZUNİYYƏT (ID - 29063)is. [ər.] İşləyən adama istirahət, müalicə və s. üçün verilən müəyyən vaxt. [Muxtar] bir aylıq məzuniyyətini böyük şəhərdə keçirmək niyyətində idi. Çəmənzəminli. □ Məzuniyyətə çıxmaq - istirahət və b. məqsəd...
|
MƏZUNİYYƏTÇİ (ID - 29064)is. Məzuniyyətdə olan adam.
|
MƏZUR (ID - 29065)sif. [ər.] Üzrü olan, üzürlü, səbəbli. Həm o babətdə də biz məzuruq; Çünkü biz tərbiyəyə məmuruq. A.Səhhət. [Şeyx Sənan:] Məni, şeyxim, bağışla, məzurəm. H.Cavid. □ Məzur görmək (saymaq, tutmaq) üzürlü hesab etmək,...
|
MƏZYƏDİ (ID - 29066)is. [ər.] IX-X əsrlərdə Şirvanşahlar sülaləsi.
|
MICIR (ID - 29067)is. məh. Keçi balası, çəpiş, oğlaq.
|
MIĞILDAMAQ (ID - 29068)f. Öz-özünə gülümsəmək. Uşaq mığıldayır.
|
MIĞILTI (ID - 29069)is. Öz-özünə gülümsəmə. Uşağın mığıltısı eşidilirdi.
|
MIĞMIĞ, MIĞMIĞA, MIĞMIĞI (ID - 29070)is. Ağcaqanad. Palıdlı meşənin qaranlığında; Yay günü mığmığa olur əjdaha. H.K.Sanılı. Mığmığı sancır insanı; Dönüb zəhərlənir insanın qanı. S.Vurğun.
|
MIX (ID - 29071)is. [fars.] 1. Mismar. Iri mıx. Ayaqqabı mıxı. Divara mıx vurmaq.
Yerə, divara çalınan ucuşiş ağac parçası. Qatır mıxın qopardar, biri yerə dəyər, ikisi özünə. (Ata. sözü). [Dərviş:] Dana-buzovları mıxlarından açıb o... |
MIXABƏNZƏR, MIXVARİ (ID - 29072)sif Mıx kimi, mıx şəklində.
|
MIXÇA (ID - 29073)is. 1. Kiçik mıx, kiçik mismar. Ayaqqabı mıxçası. Paltar və s. asmaq üçün divara vurulmuş mıx. Paltarı mıxçadan asmaq. - [Nəriman] .. papağını mıxçadan götürdü. Mir Cəlal. [Niyaz] əynindəki köhnə pencəyini çıxarıb orta...
|
MIXÇALAMA (ID - 29074)“Mıxçalamaq” dan f.is.
|
MIXÇALAMAQ (ID - 29075)f. Mıxça çalmaq, mıxça vurmaq, mıxlamaq.
|
MIXÇALANMA (ID - 29076)"Mıxçalanmaq” dan f.is.
|
MIXÇALANMAQ (ID - 29077)məch. Mıxça vurulmaq, mıxça çalınmaq; mıxlanmaq.
|
MIXÇALI (ID - 29078)sif. Mıxçalanmış, mıxça vurulmuş, mıxçası olan. Sabah tezdən kərbəlayı başı mıxçalı çomağı götürüb, məşədinin həyətinə baxıb öskürür. Çəmənzəminli.
|
MIXLAMA1 (ID - 29079)məch. Xüsusi qaydada bişirilmiş qayğanaq.
|
MIXLAMA2 (ID - 29080)“Mıxlamaq” dan f.is.
|
MIXLAMAQ (ID - 29081)f 1. Mıx çalmaq, mismarlamaq, mıx vurmaq, mıx vurub bərkitmək. Qapını mıxlamaq. Taxtanı mıxlamaq. - İki nəflər uşaq əldə çəkic hazır yeşiklərin qapağını mıxlayırdı. Mir Cəlal.
2. məc. Möhkəm vurmaq, vurub bərkitmək.... |
MIXLANMA (ID - 29082)“Mıxlanmaq” dan f.is.
|
MIXLANMAQ (ID - 29083)məch. 1. Mıx vurulmaq, mıx vurulub bərkidilmək; mismarlanmaq. Limon yeşiyi pəncərəyə qoyulmuşdu, hələ ağzı mıxlanmamışdı. Mir Cəlal. Mıxdan asılmaq, mıxla bərkidilmək, mıxla vurulmaq. Nəcəf artırmanın dirəyinə mıxlanmış...
|
MIXLATMA (ID - 29084)“Mıxlatmaq” dan f.is.
|
MIXLATMAQ (ID - 29085)icb. Mıx vurdurmaq, mıxla bərkidilmək; mismarlatmaq. Qutunu mıxlatmaq.
|
MIXLI (ID - 29086)sif Mıx çalınmış, mıx vurulmuş, mıxla bərkidilmiş; mismarlı.
|
MIQQILDAMA (ID - 29087)“Mıqqıldamaq” dan f.is.
|
MIQQILDAMAQ (ID - 29088)bax nıqqıldamaq.
..Uşaq gözlərini bərəldir və mıqqıldayıb istəyir qaça. C.Məmmədquluzadə. Tapdıq yenə də mıqqıldadı. Ə.Vəliyev. |
MIQQILDANMA (ID - 29089)“Mıqqıldanmaq” dan f.is.
|
MIQQILDANMAQ (ID - 29090)b a x nıqqıldanmaq.
|
MIQQILTI (ID - 29091)is. İnilti, zarıltı. Tapdıq, elə bil, eşitmir, mıqqıltısını artırırdı. Ə.Vəliyev.
|
MIRIQ (ID - 29092)sif. 1. Qabaq dişləri çürümüş kötük halında olan, yaxud düşmüş. Tapdığın bütün dişləri gəmirik və mırıqdı. Ə.Vəliyev. Qarakişi.. qapı-pəncərəyə baxıb mırıq dişləri arasından pıçıldadı. B.Bayramov. // İs. mənasında....
|
MIRILDAMA (ID - 29093)“Mırıldamaq” dan f.is.
|
MIRILDAMAQ (ID - 29094)f 1. Mır-mır etmək, mırıltı səsi çıxarmaq. İt mırıldayır. - Piri kişi bir yeni şəxs ilə tanış olanda Qara köpək .. o adama dişlərini ağardıb mırıldasaydı, [Piri kişi] onu özünə düşmən bilərdi. S.S.Axundov.
2. dan.... |
MIRILDANMA (ID - 29095)“Mırıldanmaq” dan f.is.
|
MIRILDANMAQ (ID - 29096)qayıd. 1. Dodaqaltı söylənmək, deyinmək, donquldanmaq. Xan öz-özünə mırıldanıb başladı hirsindən saqqalının tüklərini yolmağa. Çəmənzəminli. Kəblə Novruzqulu səsdən təngə gəlib mırıldanırdı. H.Sarabski.
2. Mırıltı... |
MIRILTI (ID - 29097)is. 1. İtlərin bir şeydən xoşlanmadıqları zaman çıxardıqları yavaş alçaq səs. [Dərviş:] Malların göyşəyi, atların nəriltisi, gah-gah da itlərin mırıltısı qulağıma gəlirdi.
Divanbəyoğlu. Gecələr töyləyə dolmuş sahibsiz... |
MIR-MIR (ID - 29098)təql. Mırıltı səsi, mırıltı. Mır-mır səsi eşidilir. □ Mır-mır mırıldamaq dan. dodaqaltı deyinmək, donquldanmaq, söylənmək. Bundan yana dönüb isə mır-mır mırıldayır; Qoymur olam evimdə də rahət gavur qızı. M.Ə.Sabir....
|
Bu səhifə dəfə baxılıb