İzahlı lüğət

MƏZLUM

sif və is. [ər.] 1. Zülm çəkmiş, zülm olunmuş, zülmə məruz qalmış, zülm altında olan (zalım əksi). Məzlum xalq. Məzlum adam. - Məzlumların göz yaşı dərya olacaqmış; Dəryaları, ümmanları neylərdin, ilahi?! M.Ə.Sabir. Ölümlərin pəncəsində hıçqıran; Məzlumların nəvasından yarandım. M.Müşfiq.
2. Fağır, yazıq, zavallı, dilsiz-ağızsız. Məzlum uşaq. - Onu qaçırsa Səfər ilə Ballı qaçıracaq, yoxsa Allahın məzlumudur. A.Şaiq. ..[Qədir] təcrübəsiz, aciz, məzlum bir insan idi. Mir Cəlal.
məzlum-məzlum zərf Yazıq-yazıq, fağırfağır, zavallı-zavallı, məzlumcasına. Göyçək gözləri ilə Məmmədin üzünə məzlum-məzlum baxırdı. E.Sultanov. [Səlim] pərtliyi aradan qaldırmaq üçün məzlum-məzlum gülümsündü. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MAH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed