
MƏZUNİYYƏTis. [ər.] İşləyən adama istirahət, müalicə və s. üçün verilən müəyyən vaxt. [Muxtar] bir aylıq məzuniyyətini böyük şəhərdə keçirmək niyyətində idi. Çəmənzəminli. □ Məzuniyyətə çıxmaq - istirahət və b. məqsəd üçün müəyyən edilmiş müddətə işindən azad olmaq. Zeynal on gün əvvəl məzuniyyətə çıxmış, .. mədən sularına getmişdi. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|