İzahlı lüğət

MƏZUR

sif. [ər.] Üzrü olan, üzürlü, səbəbli. Həm o babətdə də biz məzuruq; Çünkü biz tərbiyəyə məmuruq. A.Səhhət. [Şeyx Sənan:] Məni, şeyxim, bağışla, məzurəm. H.Cavid. □ Məzur görmək (saymaq, tutmaq) üzürlü hesab etmək, üzrünü qəbul etmək, səbəbli saymaq. [Student:] Sizi narahat etməyə məcbur qaldım, məni məzur görünüz. Çəmənzəminli. [Şeyda:] Atamın da səhvi orasındadır ki, bizi həmişə uşaq cərgəsində qoyur, məni məzur tutun. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed