
MIRIQsif. 1. Qabaq dişləri çürümüş kötük halında olan, yaxud düşmüş. Tapdığın bütün dişləri gəmirik və mırıqdı. Ə.Vəliyev. Qarakişi.. qapı-pəncərəyə baxıb mırıq dişləri arasından pıçıldadı. B.Bayramov. // İs. mənasında. Çürük diş. ..Bədirli yenə yaltaq bir təbəssümlə irişdi və onun alt çənəsindəki mırığı göründü. M.Hüseyn.
2. Dovşandodaq. Paylaşın - Hamı bilsin
|