.....i_l_by_id_with_comments
MIRILTIis. 1. İtlərin bir şeydən xoşlanmadıqları zaman çıxardıqları yavaş alçaq səs. [Dərviş:] Malların göyşəyi, atların nəriltisi, gah-gah da itlərin mırıltısı qulağıma gəlirdi.
Divanbəyoğlu. Gecələr töyləyə dolmuş sahibsiz kənd itlərinin mırıltısından başqa bir səs .. sükutu xələldar etmirdi. M.İbrahimov. 2. dan. Deyinmə, söylənmə, donquldanma. Onun mırıltısını kəssənə! Paylaşın - Hamı bilsin
|