İzahlı lüğət

MƏRDİMAZARLIQ (ID - 28799)

is. Başqasına ziyan vurma, zərər yetirmə, pislik eləmə; pislik, yamanlıq. Mərdimazarlıq yaman işdir; Belə qalmaqdan ölməyin xoşdur. S.Ə.Şirvani. Söz yox ki, qonşuluqda bir belə mərdimazarlıq əmioğluna yaraşan şey deyildir. C.Məmmədquluzadə....

MƏRDİMGİRİZ (ID - 28800)

sif. [fars.] Adama yovuşmayan, adamdan qaçan, adam sevməyən. Mərdimgiriz adam. - [Rüstəm bəy:] [Həsən] bir qədər mərdimgirizdir, çox oxuyub, deyən, bir qədər başı xarab olubdur. Ü.Hacıbəyov. [Şeyx Sənan:] Nə var mərdimgiriz olmaqda,...

MƏRDİMGİRİZLİK (ID - 28801)

is. Adamdan qaçma, adama yovuşmamazlıq, adam sevməməzlik.

MƏRDLİK (ID - 28802)

is. 1. Sözündə, işində etibarlı, vəfalı olma; sədaqət, vəfa, etibarlılıq, kişilik, alicənablıq. [frəngiz Muxtara:] ..Mərdlik, qeyrət və sədaqət sıldırımlardan da atılsa, ölməzdir, əbədidir! B.Bayramov.
2. İgidlik, qəhrəmanlıq,...

MƏRD-MƏRDANƏ, MƏRDÜ MƏRDANƏ (ID - 28803)

bax mərdanə 1 və 2-ci mənalarda. Mərdmərdanə vuruşmaq. Mərd-mərdanə döyüş meydanına atılmaq. - Başlar kəsdi, qollar qırdı, mərd-mərdanə dava elədi. “Koroğlu” . Kərəm çəkər cəfa mərdü mərdanə; Bivəfa əlindən gəlmişəm...

MƏRƏ (ID - 28804)

is. Mərə-mərə oyunu üçün qazılan çuxur, oyuq. Qozu mərəyə atmaq. Daş mərəyə düşdü. // Ümumiyyətlə, çuxur yer, dərə. Birinci mərədən sağ-salamat çıxıb gəlir. Ə.Əbülhəsən.

MƏRƏK (ID - 28805)

is. 1. Saman, alaf və başqa heyvan yemlərini yığmaq üçün örtülü yer; anbar, samanlıq. Mərəkdən yonca götürmək. -. .Itələnən saman çox asanlıqla mərəyin üst bacalarından içəriyə tökülürdü. S.Rəhimov. Atın arpası çuvallardadır,...

MƏRƏKƏ (ID - 28806)

is. [ər.] 1. Səs-küy, qışqırıqbağırıq, qalmaqal, hay-küy, qovğa, qiyamət. Mərəkə qopmaq. - Otağa böyük mərəkə düşür, qızlar başlayırlar ağlamağa. C.Məmmədquluzadə. Vay o gündən ki, bir arvad iş görəndə döşlük...

MƏRƏKÖÇDÜM (ID - 28807)

bax mərə-mərə. [Gülüqız:] Gəl oturaq, sənə iki təzə oyun öyrədim. Birinin adı mərəköçdümdür. Ə.Vəliyev.

MƏRƏ-MƏRƏ (ID - 28808)

is. Qoz, fındıq, daş və s.-ni mərəyə salmaqdan ibarət uşaq oyunu. Mərəmərə oynamaq.

MƏRƏNDİ (ID - 28809)

is. Azərbaycanda qiymətli süfrə üzümü.

MƏRƏZ (ID - 28810)

is. [ər.] 1. Xəstəlik, naxoşluq, azar. Hər mərəz çarəsini eyləmək asandır, təbib! Mərəzi-eşqə nə tədbir, nə dərmanın var? M.Ə.Sabir. [Gülbadamın] uşaqlıqdan çiçək mərəzinə mübtəla olmağı üzündən məlum edirdi. N.Nərimanov.
məc....

MƏRƏZLİ (ID - 28811)

sif Mərəzi, xəstəliyi, azarı olan.

MƏRGMÜŞ (ID - 28812)

is. [fars.] Bir çox mineralların tərkibində olan zəhərli bərk maddə - kimyəvi element. // Həmin maddədən alınan preparat (tibb və texnikada işlənir).

MƏRGMÜŞLÜ (ID - 28813)

sif. Tərkibində mərgmüş olan. Mərgmüşlü kolçedan. - ..Culfa şəhərində çıxan mərgmüşlü Darıdağ suyunun .. müalicə əhəmiyyəti vardır.

MƏRHƏBA (ID - 28814)

nida [ər.] Bəyənmə, tərif bildirir - afərin! barakallah! eşq olsun! əhsən! Eşidənlər kəlamın olsun şad; Söyləsinlər ki, mərhəba, ustad! S.Ə.Şirvani. Dərəcək dadlı meyvələr, yeyəcək; Mənə min dəfə mərhəba deyəcək....

MƏRHƏLƏ (ID - 28815)

is. [ər.] 1. Bir şeyin inkişafında keyfiyyətcə öz xüsusiyyətləri olan dövr, moment. Inkişafın yüksək mərhələsi. Müəyyən mərhələ. - Azərbaycan dramaturgiyasının inkişafında C.Məmmədquluzadənin komediyaları xüsusi bir mərhələ...

MƏRHƏM (ID - 28816)

bax məlhəm. Onunla edin bu dərdə mərhəm. Füzuli. Mərhəm olurdu, sağalırdı yara; Əldə qalırdı yenə can sağbasağ. M.Ə.Sabir. Səqfə dəyən yağışın güclü, ahəngdar və boğuq səsi Salamın əsəblərinə mərhəm kimi xoş idi....

MƏRHƏMƏT (ID - 28817)

is. [ər.] Rəhm, şəfqət, acıma, insaf hissi. [Bəxtiyar:] Sən boş yerə çəkmə zəhmət; Saraydan umma mərhəmət! Şaiq. [Bənövşə:] Məndən heç bir mərhəmət gözləmə, Camal! S.Rəhman. □ Mərhəmət etmək (eləmək) - rəhm etmək,...

MƏRHƏMƏTLİ (ID - 28818)

sif Ürəyi nazik, rəhmli, şəfqətli, acıyan, rəhm və şəfqəti çox. Mərhəmətli adam. - [Rüxsarə] axşamdan sübhə qədər.. mərhəmətli əlini xəstənin başına qoymuşdu. S.Rəhimov.

MƏRHƏMƏTLİLİK (ID - 28819)

is. Mərhəmətli olma; rəhmlilik, şəfqətlilik.

MƏRHƏMƏTSİZ (ID - 28820)

sif Mərhəmət etməyən, rəhmi gəlməyən; insafsız, daşürəkli, rəhmsiz. Mərhəmətsiz adam.

MƏRHƏMƏTSİZLİK (ID - 28821)

is. Mərhəmətsiz olma; rəhmsizlik, şəfqətsizlik, daşürəklilik, insafsızlıq.

MƏRHUM (ID - 28822)

sif [ər.] Ölmüş, vəfat etmiş, rəhmətə getmiş. [Xudaverdi:] Xeyr, mən soruşuram ki, mərhum atanızın adı nədir? M.F.Axundzadə. [Süleyman:] Mərhum bəzzaz Mürsəli deyirəm ki, gözəl kişilərin birisi idi. Ü.Hacıbəyov. // Is. mənasında....

MƏRİFƏT (ID - 28823)

is. [ər.] 1. Ədəb, tərbiyə, qanacaq, kamal. Qızın mərifəti. - Qabiliyyətdə, mərifətdə, kamalda; Bu cahanda sənin kimi can olmaz. Aşıq Ələsgər. Paşa bəy pristavı ağıldan kəm, qorxaq saydığı kimi, onun qanacaq və mərifətinə...

MƏRİFƏTLİ (ID - 28824)

sif 1. Mərifəti olan; qanacaqlı, tərbiyəli, kamallı, ləyaqətli. Mərifətli qız. Mərifətli uşaq. - Mənim gözəl və mərifətli mələkəm, sizin bu qədər acıqlanmağınızın səbəbi nədir? M.S.Ordubadi. Usta Pirəli, oğlunun mərifətli...

MƏRİFƏTLİLİK (ID - 28825)

is. Mərifət sahibi olma; qanacaqlılıq, ədəblilik, tərbiyəlilik.

MƏRİFƏTSİZ (ID - 28826)

sif 1. Mərifəti olmayan; qanacaqsız, tərbiyəsiz, ədəbsiz, nəzakətsiz, ləyaqətsiz.
Cahil, elmsiz, mədəniyyətsiz. O bir neçə kərə o tərəf-bu tərəfə getdikdən sonra salondakıları gözdən keçirib dedi: - Alçaqlar! İdraksızlar,...

MƏRİFƏTSİZLİK (ID - 28827)

is. Mərifəti olmama; qanacaqsızlıq, ədəbsizlik, nəzakətsizlik, tərbiyəsizlik. [Usta Ağabala] camadarın mərifətsizliyinə etina etməyib, qapının müqabilində olan isti su hovuzuna tərəf rəvan oldu. Çəmənzəminli.

MƏRİZ (ID - 28828)

MƏRİZXANA (ID - 28829)

is. [ər. məriz və fars. ...xanə] köhn. Xəstəxana. Kəndlərimizdə .. nə əczaxana, nə mərizxana və nə elmli həkim və cərrah gözə dəymir. F.Köçərli. ..Xərclərə bir az qənaət edib və bir qədər də üstə qoyub bəlkə bir mərizxana,...

MƏRİZLİK (ID - 28830)

is. Xəstəlik, naxoşluq.

MƏRKƏZ (ID - 28831)

is. [ər.] 1. fiz. riyaz. Fiqurda hər hansı oxların, xətlərin kəsişdiyi nöqtə, bir cisimdə hər hansı nisbətlərin toplaşdığı nöqtə. Təzyiq mərkəzi. Dairənin mərkəzi. Simmetriya mərkəzi. Ellipsin mərkəzi.
Hər hansı bir...

MƏRKƏZÇİ (ID - 28832)

is. Mərkəzçilik tərəfdarı.

MƏRKƏZÇİLİK (ID - 28833)

is. tar. II İnternasional partiyalarında opportunizmin ən maskalanmış və örtülü forması.

MƏRKƏZDƏNQAÇAN (ID - 28834)

sif. xüs. Hərəkət zamanı mərkəzdən kənarlara yönələn, qaçan (mərkəzəqaçan əksi). Mərkəzdənqaçan qüvvə. // Hərəkəti mərkəzdən kənara yönəldən qüvvə əsasında qurulmuş. Mərkəzdənqaçan nasos.

MƏRKƏZƏQAÇAN (ID - 28835)

sif. xüs. Hərəkət zamanı mərkəzə doğru yönələn, qaçan (mərkəzdənqaçan əksi). Mərkəzəqaçan qüvvə.

MƏRKƏZİ (ID - 28836)

sif. [ər.] 1. Mərkəzdə, ortada olan. Şəhərin mərkəzi hissəsi. - Səfarətxananın maşınları bizi tozlu yollardan keçirərək mərkəzi küçələri daşla döşənmiş şəhərə gətirir. M.İbrahimov.
Əsas, ümdə sayılan, ən mühüm....

MƏRKƏZİYYƏT (ID - 28837)

is. [ər.] Yerli təşkilatların (orqanların) mərkəzi hakimiyyət orqanına, mərkəzə tabeliyindən ibarət idarə və ya təşkilat sistemi.

MƏRKƏZİYYƏTÇİ (ID - 28838)

is. Mərkəziyyət tərəfdarı.

MƏRKƏZLƏNMƏ (ID - 28839)

"Mərkəzləmək” dən f.is.

MƏRKƏZLƏMƏK (ID - 28840)

f. Bir ümumi ox ətrafında hər hansı cismin mərkəzi müəyyənləşmək, mərkəzə uyğunlaşmaq.

MƏRKƏZLƏMƏ (ID - 28841)

“Mərkəzlənmək” dən f.is.

MƏRKƏZLƏNMƏK (ID - 28842)

f. Bir mərkəz ətrafında toplanmaq, bir mərkəzə yığılmaq, cəmlənmək, cəmləşmək.

MƏRKƏZLƏŞDİRİLMƏ (ID - 28843)

“Mərkəzləşdirilmək” dən f.is.

MƏRKƏZLƏŞDİRİLMƏK (ID - 28844)

məch. Bir mərkəz ətrafında toplaşdırılmaq, bir mərkəzdə cəmləşdirilmək. Şagirdlərin diqqətləriproqram materialları üzrə aldıqları biliklər ətrafında mərkəzləşdirilməlidir. (Qəzetlərdən).

MƏRKƏZLƏŞDİRMƏ (ID - 28845)

“Mərkəzləşdirmək” dən f.is.

MƏRKƏZLƏŞDİRMƏK (ID - 28846)

f Bir mərkəzə bağlamaq; bir mərkəzə tabe etmək, bir mərkəzdə cəmləşdirmək, birləşdirmək, toplamaq.

MƏRKƏZLƏŞMƏ (ID - 28847)

“Mərkəzləşmək” dən f.is.

MƏRKƏZLƏŞMƏK (ID - 28848)

f Bir mərkəzə yığılmaq, bir mərkəzdə cəmləşmək, birləşmək, toplanmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed