MƏRHƏMƏTis. [ər.] Rəhm, şəfqət, acıma, insaf hissi. [Bəxtiyar:] Sən boş yerə çəkmə zəhmət; Saraydan umma mərhəmət! Şaiq. [Bənövşə:] Məndən heç bir mərhəmət gözləmə, Camal! S.Rəhman. □ Mərhəmət etmək (eləmək) - rəhm etmək, rəhmi gəlmək, acımaq, yazığı gəlmək, insaf etmək. Danışdıq, barışdıq, mərhəmət eylə; İnciklik araya qatma, hayıfsan! Aşıq Ələsgər. Yabançı əllərdə qalan Mil düzü! Bir kimsə etməmiş sənə mərhəmət. M.Müşfiq. Mərhəmət qılmaq - bax mərhəmət etmək (eləmək). Tez mərhəmət qılıb bir ehsan eylə; Sevdiyim, üzündən at indi niqab. Aşıq Abbas.
□ Mərhəmətin(iz) artıq (olsun)! - yaxşılıq müqabilində təşəkkür ifadəsi. [Pərviz xan:] Mərhəmətiniz artıq (olsun)!.. Sayəniz kəm olmasın. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|