
MƏRDİMAZARLIQis. Başqasına ziyan vurma, zərər yetirmə, pislik eləmə; pislik, yamanlıq. Mərdimazarlıq yaman işdir; Belə qalmaqdan ölməyin xoşdur. S.Ə.Şirvani. Söz yox ki, qonşuluqda bir belə mərdimazarlıq əmioğluna yaraşan şey deyildir. C.Məmmədquluzadə. □ Mərdimazarlıq etmək (eləmək) - pislik etmək, ziyan yetirmək, zərər vurmaq. [Zeynal:] Dövlətlilərdən mərdimazarlıq eləyəni-zadı olar birdən! Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|