
MƏRDİMGİRİZsif. [fars.] Adama yovuşmayan, adamdan qaçan, adam sevməyən. Mərdimgiriz adam. - [Rüstəm bəy:] [Həsən] bir qədər mərdimgirizdir, çox oxuyub, deyən, bir qədər başı xarab olubdur. Ü.Hacıbəyov. [Şeyx Sənan:] Nə var mərdimgiriz olmaqda, bilməm; Nolur olsan bizə həmrah, həmdəm? H.Cavid.
Paylaşın - Hamı bilsin
|