
MƏRKƏZİsif. [ər.] 1. Mərkəzdə, ortada olan. Şəhərin mərkəzi hissəsi. - Səfarətxananın maşınları bizi tozlu yollardan keçirərək mərkəzi küçələri daşla döşənmiş şəhərə gətirir. M.İbrahimov.
Əsas, ümdə sayılan, ən mühüm. Mərkəzi rollarda çıxış etmək. - “Molla Nəsrəddin” in din əleyhinə mübarizəsi bütün feodalpatriarxal və burjua-meşşan həyata qarşı hərtərəfli mübarizənin mərkəzi məsələsi idi. M.İbrahimov. Rəhbərlik edən; baş. Mərkəzi hakimiyyət orqanı. Həmkarlar ittifaqlarının mərkəzi komitəsi. // Əsas vəzifələri, fəaliyyəti əlaqələndirmə, birləşdirmə vəzifəsini özündə cəmləşdirən. Mərkəzi teleqraf. Mərkəzi seçki komissiyası. Paylaşın - Hamı bilsin
|