İzahlı lüğət

MƏRHUM

sif [ər.] Ölmüş, vəfat etmiş, rəhmətə getmiş. [Xudaverdi:] Xeyr, mən soruşuram ki, mərhum atanızın adı nədir? M.F.Axundzadə. [Süleyman:] Mərhum bəzzaz Mürsəli deyirəm ki, gözəl kişilərin birisi idi. Ü.Hacıbəyov. // Is. mənasında. Mərhum yaxşı adam idi. - Qoqolun xidməti rus millətinə o dərəcədə olub ki, mərhumun doğulmağının yüz illiyini Rusiyada kəndlərdə də mujiklər eşidiblər. C.Məmmədquluzadə. [Mahmud bəy:] O mərhum məni çox istəyirdi. N.Vəzirov. □ Mərhum olmaq - ölmək, vəfat etmək, rəhmətə getmək. [Soltan bəy:] Mənim də arvadım, budur, beş ildir ki, mərhum olubdur. Ü.Hacıbəyov. Dörd il Cəlil bu dükanda qulluq edəndən sonra bunun anası Zəhra mərhum oldu. I.Musabəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed