İzahlı lüğət

MEYİL (ID - 28299)

is. [ər.] 1. Bir tərəfə əyilmə. Divarın meyli bayıradır. □ Meyil etmək (eləmək) - 1) əyilmək; 2) istiqamət almaq, yönəlmək. Məşədibəy isə adamları yarıb arvadını görməyə meyil etdiyi halda birdən dayandı. M.Hüseyn. Səfər...

MEYİLLƏNMƏ (ID - 28300)

“Meyillənmək” dən f.is. Temperatur əqrəbinin meyillənməsi.

MEYİLLƏNMƏK (ID - 28301)

f 1. Bir tərəfə meyil etmək, yana doğru əyilmək. Sütun getdikcə sol tərəfə meyillənir. - Qoşqar bir uşaq səmimiyyətilə irəli meyilləndi. İ.Hüseynov.
2. Meyil göstərmək, həvəs göstərmək.

MEYİLLİ (ID - 28302)

sif 1. Bir tərəfə, bir yana meyil edən, əyilən.
2. Bir şeyə meyli, həvəsi olan, meyil göstərən; mayil.

MEYİLSİZ (ID - 28303)

sif və zərf Meyli, həvəsi olmayan; meyil, həvəs göstərməyən; meyilsiz, həvəssiz, istəksiz. Işə meyilsiz yanaşmaq.

MEYİLSİZCƏ (ID - 28304)

zərf Meyli olmadan, istəməyərək; həvəssiz. Uzun dağ yolunu meyilsizcə addımlayan acmış at sanki bir cənazə sürüyürdü. Mir Cəlal.

MEYİLSİZLİK (ID - 28305)

is. Meyil, həvəs olmama; həvəssizlik.

MEYİT (ID - 28306)

is. [ər.] Ölmüş adam; cənazə, nəş. Meyiti basdırmaq. - Bir azdan sonra [Hacı Nəsirin] meyitini evə gətirdilər. S.S.Axundov.

MEYİTXANA (ID - 28307)

is. [ər. meyyit və fars. ...xanə] Xəstəxanada meyit saxlanılan yer.

MEYİTSİFƏT (ID - 28308)

sif [ər.] Sifətinin rəngi solğun, saralmış olan. Ata tərəfdən qohumu olan bu meyitsifət, solğun adamdan Qadirin zəhləsi gedirdi. Ə.Əbülhəsən.

MEYMUN (ID - 28309)

is. 1. zool. Bədən quruluşuna görə insana yaxın olan məməli heyvan.
məc. Çox çirkin adam haqqında. Lap meymundur.
məc. Başqalarını yamsılayan, təqlidini çıxardan adam haqqında.

MEYMUNABƏNZƏR, MEYMUNAOXŞAR (ID - 28310)

sif. Zahiri görünüş və bədən quruluşu cəhətdən meymuna bənzəyən.

MEYMUNLUQ (ID - 28311)

is. dan. Təqlidçilik, yamsılama, başqalarının təqlidini çıxarma. □ Meymunluq etmək - təqlid etmək, yamsılamaq, oyun çıxarmaq. Nə meymunluq edirsən?

MEYMUNOYNADAN (ID - 28312)

is. 1. Keçmişdə meymun gəzdirib tamaşa göstərən adam. Səhnənin sağ tərəfindən meymunoynadanın səsi eşidilir. Ə.Haqverdiyev.
2. məc. Masqaraçı, adamdolayan, adamoynadan.

MEYNƏ (ID - 28313)

is. məc. Üzüm tənəyi. Meynə əkmək. Meynələrin başını vurmaq. - Meynələrində qora; Ilişdim, düşdüm tora. (Bayatı). Illər keçər, bu meynə qumların üzərində; Günəşdən qüvvət alıb artar, qol-budaq atar. S.Rüstəm.

MEYNƏQURDU (ID - 28314)

is. zool. Meynələrə ziyan verən cücü, qurd.

MEYNƏLİK (ID - 28315)

is. Meynə əkilmiş sahə, üzüm bağı; üzümlük. Meynəliyi becərmək. - [Xədicə] üzüm dərmək üçün meynəliyə doğru getdi. S.Hüseyn.

MEYOZ (ID - 28316)

is. [yun.] Reduksion bölünmə, yetişkənlik bölünməsi.

MEYRULU (ID - 28317)

is. bot. Salxımı normal tozlanmamış, xırda, toxumsuz üzüm giləsi və salxımın özü. Ağ şanının meyrulusu. - Bir çox hallarda üzüm salxımlarında normal inkişaf etmiş və içərisində çəyirdəyi olan iri meyvələrdən başqa, xırda...

MEYVƏ (ID - 28318)

is. [fars.] 1. Bəzi ağacların, kolların yeməli, şirəli məhsulu. Cır meyvə. Kol meyvəsi.
2. məc. Məhsul, bəhər, nəticə. Əməyinin meyvəsini görmək. - Eşqin meyvəsidir hər yeni dastan. S.Vurğun. Elə bil oynayan adi bir Azərbaycan...

MEYVƏCAT (ID - 28319)

top. [fars. meyvə və ər. ...at] Müxtəlif meyvələr. Meyvəcat dükanı. - [Murad] hər axşam evə qayıdarkən [Nigarı] küçədə, səki üstündə yaş meyvəcat satmaqla məşğul olan atası Ağabalanın yanında görərdi. S.Hüseyn. ..Tərəvəz,...

MEYVƏÇİ (ID - 28320)

is. Meyvə ağacları əkibbecərməklə məşğul olan adam; meyvəçilik mütəxəssisi; bağban.

MEYVƏÇİLİK (ID - 28321)

is. Meyvə ağacları, meyvə bitkiləri əkib becərmə işi; bağçılıq. Meyvəçilik briqadası. - [Almaz:] Mən deyirəm: bağ meyvəçilik üçün alınsın. C.Cabbarlı.

MEYVƏQURUDAN (ID - 28322)

is. xüs. Meyvə qurutmağa məxsus maşın və s. // Sif. mənasında. Meyvəqurudan sex.

MEYVƏLƏNMƏ (ID - 28323)

"Meyvələnmək” dən f.is.

MEYVƏLƏNMƏK (ID - 28324)

f. Bar gətirmək, barlanmaq, məhsul gətirmək. Ağaclar meyvələndi.

MEYVƏLİ (ID - 28325)

MEYVƏLİK (ID - 28326)

is. Meyvə ağacları olan yer, meyvə bağı. Meyvəliyi becərmək. - ..Çiçəyini təzə tökmüş yaşıl ipəkyarpaqlı meyvəliklərdə dizinəcən çirməkli dirrikçilər lək düzəldirdilər. Mir Cəlal.

MEYVƏSİZ (ID - 28327)

sif. Meyvəsi olmayan, meyvə gətirməyən; məhsulsuz, bəhrəsiz, meyvə verməyən, bar verməyən. Meyvəsiz ağac.
Bir meyvəsiz cır ağaca! Bar gətirən calaq vurur. N.Rəfibəyli.

MEYVƏSİZLİK (ID - 28328)

is. Meyvə verməyən ağacın, kolun halı; barsızlıq.

MEYVƏYETİRİCİ (ID - 28329)

sif. Münbit, bərəkətli, məhsuldar. ..Bu sayaq barverici və meyvəyetirici torpağın əhalisi əgər elmli və bilikli olsa idi, əlbəttə, ehtiyacdan xəbərləri olmazdı. F.Köçərli.

MEZON (ID - 28330)

is. [yun.] Sükunət kütləsi.

MƏAL (ID - 28331)

is. [ər.] klas. Bir yazı və ya söz ilə anladılmaq istənilən fikir, məna. Beytin məalı.

MƏBADA (ID - 28332)

əd. [fars.] Birini bir işdən, hərəkətdən saqındırmaq, çəkindirmək üçün işlədilən söz (bəzən qoşa işlənir); olmaya, olmaya-olmaya, etmə, saqın. Məbada onunla yoldaşlıq edəsən! Məbada gedəsən. - Fəqanə gəlmə, könül,...

MƏBƏD (ID - 28333)

is. [ər.] 1. İbadətgah, ibadət yeri (hansı dində olursa olsun). Misir məbədləri. Məbəddə ibadət etmək.
2. məc. Dərin hörmət bəslənilən yer. Elm məbədi. Incəsənət məbədi. - [Oqtay:] Teatra bir məktəb bəlkə də demək...

MƏBƏDGAH (ID - 28334)

[ər. məbəd və fars. ...gah] bax məbəd. Bizdən yuxarı dağın şəhərə enən tərəfində müqəddəs Davudun məbədgahı da vardır. C.Məmmədquluzadə.

MƏBHUT (ID - 28335)

zərf [ər.] Heyran-heyran, çaşmış halda, heyrət içində. ..Qataryola düşdü və mən də məbhut onun gözdən itənədək dalınca baxdım. Ə.Haqverdiyev. □ Məbhut qalmaq - heyran qalmaq, təəccüblənmək, çaşıb qalmaq. [Dərviş:]...

MƏBLƏĞ (ID - 28336)

is. [ər.] Miqdar (pul haqqında). Pulun məbləği. - [Allahqulu:] Bu gündən həmin məbləğə on iki saat işləyəcəksiniz. S.S.Axundov. // Pul. [Hakimi-şər:] Onu xəbərdar elə ki, iki saatdan sonra Hacı Qafurdan qalan məbləği mən özüm...

MƏBUD (ID - 28337)

is. [ər.] İbadət, sitayiş edilən şey (Allah, büt, ay, gün, ulduz və s.). Məbudinə ərz qıldı razın; Bildirdi könüldəki niyazın. Füzuli. Düşüb səcdəyə qıldı əvvəl namaz;
O, məbudinə etdi razü niyaz. M.Ə.Sabir.

MƏCAZ (ID - 28338)

is. [ər.] ədəb. Həqiqi mənasında işlənməyib, oxşarlığı və münasibəti olan başqa bir mənaya oxşadılaraq işlənən söz və ya ifadə; metafora. Şeirdə işlədilən məcazlar. Yazıçı məcazları çox işlədir.

MƏCAZİ (ID - 28339)

sif. [ər.] ədəb. Həqiqi, hərfi mənada deyil, metaforik mənada işlənən; metaforik. Məcazi məna.

MƏCAZİLİK (ID - 28340)

is. Məcazi mənada işlənmə, məcazi olma. Mənanın məcaziliyi.

MƏCBUR (ID - 28341)

sif. [ər.] Zorla bir işə sövq olunan, zorla bir işi görməli olan; naçar. [Yusif Sərrac:] ..Mən məcburəm ki, səltənətdən əl çəkib təxtü tacı bir kimsənəyə vagüzar edim. M.F.Axundzadə. Tərk etməyə amalını aləm hamı məcbur....

MƏCBURƏN (ID - 28342)

MƏCBURİ (ID - 28343)

sif [ər.] Şərtsiz olaraq yerinə yetirilməli, qanunən tələb olunan. Məcburi şərtlər. Qərar hamı üçün məcburidir. Məcburi surətdə.

MƏCBURİYYƏT (ID - 28344)

is. [ər.] Məcburluq, məcbur olma, zor, güc. Evlənmək istəyən bir qədərpeşkəş özü ilə gətirib, bəyin qulluğuna gedib ondan izin almaq məcburiyyətində idi. Ə.Haqverdiyev. Camalı tanıya bilmədiklərini etiraf etmək məcburiyyətində...

MƏCBURLUQ (ID - 28345)

bax məcburiyyət.

MƏCCANƏN (ID - 28346)

zərf Məccani olaraq; pulsuz, müftə (olaraq).

MƏCCANİ (ID - 28347)

sif. və zərf [ər.] Müftə, pulsuz, havayı. Məccani bilet. Məccani tamaşa.
..Füqəraları məccani müalicə edir. N.Vəzirov. Uşaqlarının məccani oxuduğunu da Hüseynə Mirmahmudxəbər vermişdi. S.Rəhman.

MƏCƏLLƏ (ID - 28348)

is. [ər.] 1. Hüququn hər hansı bir sahəsinə aid sistemə salınmış qanunlar toplusu. Mülki məcəllə. Cinayət məcəlləsi. Səhiyyə qanunları məcəlləsi.
2. köhn. Məcmuə, kitab, risalə. [Səttarxan:] Mən bir ruznamə və ya məcəllə...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed