
MƏBƏDis. [ər.] 1. İbadətgah, ibadət yeri (hansı dində olursa olsun). Misir məbədləri. Məbəddə ibadət etmək.
2. məc. Dərin hörmət bəslənilən yer. Elm məbədi. Incəsənət məbədi. - [Oqtay:] Teatra bir məktəb bəlkə də demək olur. Fəqət bir sənət məbədi kimi o daha yüksəkdir. C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|