İzahlı lüğət

MEYİL

is. [ər.] 1. Bir tərəfə əyilmə. Divarın meyli bayıradır. □ Meyil etmək (eləmək) - 1) əyilmək; 2) istiqamət almaq, yönəlmək. Məşədibəy isə adamları yarıb arvadını görməyə meyil etdiyi halda birdən dayandı. M.Hüseyn. Səfər kişi irəliyə tərəf meyil elədi. Mir Cəlal.
Istək, arzu, həvəs. Uşağın oynamağa meyli yoxdur. Tələbənin ədəbiyyata meyli var. - Dedi: - Həmsayə! Var nəyə meylin; Nə yeyirsən, nə istəyir könlün? M.Ə.Sabir. Meyil göstərmək - həvəs göstərmək, rəğbət etmək. Üç-dörd günün müddətində haman müntəxib olunan kəslər göründü və hamısı şurişə meyil və amadəlik göstərdilər. M.F.Axundzadə. Əcnəbilərin içində övrət sahibi bir kişinin özgə övrətə meyil göstərməyi şiddətli təqsir hesab olunur. C.Məmmədquluzadə. Meyil qılmaq (etmək) - arzulamaq, istəmək, könül bağlamaq. Bir kimsəyə xurşid camalın ola mənzur; Mehri-fələkə meyil qılıb ayə baxarmı? Q.Zakir. Meyil salmaq bir şeyə həvəs göstərmək. Meyildən düşmək - daha həvəsi olmamaq, istəməmək. Meyli düşmək - istəmək, bəyənmək, xoşlamaq. Meyli çəkmək - istəmək, ürəyindən keçirmək. Meyli olmaq - həvəsi olmaq, istəmək. Dedi: - Meylin olurmu aluyə; Təmi meyxoş qızıl gəvaluyə? M.Ə.Sabir. Gər meylim ola şəmi-rüxi-yarə, nə nöqsan; Adətdi ki, pərvanə edər narə məhəbbət. S.Ə.Şirvani. [Zeynalın] Mehribana bu qədər meyli olduğu görülməmişdi. S.Hüseyn.
Könül, məhəbbət. Mən sənə mailəm, səndədir meylim; Demə səndən qeyri kəsdədir, ay qız! M.P.Vaqif. [Sitarə:] Özüm cavan qızam, həm də var sənə meylim. C.Cabbarlı. Səltənət atasının Şahpəriyə olan meylini bilirdi. B.Bayramov. Meyil salmaq - sevmək, istəmək, könül bağlamaq. Bir ildən artıqdır ki, [Gülşən] özü də bilmədən Eyvaza meyil salmışdı. Ə.Vəliyev. Meyli düşmək - bax meyil salmaq. Mən aşiq, neylim sənə; Düşübdür meylim sənə; Mən dönsəm, üzüm dönsün; Sən dönsən, neylim sənə? (Bayatı).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MAX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed