İzahlı lüğət

MÜVƏFFƏQİYYƏT (ID - 30349)

[ər.] 1. is. Bir şeyi əldə etmə, istəyinə, məqsədinə nail olma, işdə əldə edilən yaxşı nəticə; uğur, nailiyyət. Müvəffəqiyyət qazanmaq. Müvəffəqiyyət əldə etmək. - Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı...

MÜVƏFFƏQİYYƏTLİ (ID - 30350)

sif Müvəffəqiyyət qazanan, müsbət nəticə verən, arzu və məqsədə müvafiq olan; yaxşı. Müvəffəqiyyətli əsər. Müvəffəqiyyətli tamaşa.

MÜVƏFFƏQİYYƏTLİLİK (ID - 30351)

is. Müvəffəqiyyətli olma, müsbət nəticə vermə; yaxşılıq.

MÜVƏFFƏQİYYƏTSİZ (ID - 30352)

sif. Müvəffəqiyyət qazanmayan, müsbət nəticə verməyən, arzu edilən kimi olmayan, pis, uğursuz qurtaran. Müvəffəqiyyətsiz əməliyyat.

MÜVƏFFƏQİYYƏTSİZLİK (ID - 30353)

is. Müvəffəqiyyət olmadığı hal; uğursuzluq, baş tutmama. Müvəffəqiyyətsizliyə uğramaq. Iş müvəffiqiyyətsizliklə bitdi. - Ancaq bu müddətdə yalnız su quşları ovuna getdiyimdən turac-qırqovul ovunda bu ilk müvəffəqiyyətsizlik...

MÜVƏKKİL (ID - 30354)

is. [ər.] Müəyyən bir işi görmək üçün vəkaləti, səlahiyyəti olan adam. Tədarük müvəkkili. Sığorta müvəkkili. - Pişxidmətbaşıya buyurdu ki: - Qarovul müvəkkillərinə tapşır, qərari-sabiq üzrə hər yerdə qarovul qoysunlar....

MÜVƏKKİLLİK (ID - 30355)

is. 1. Müvəkkil vəzifəsi, müvəkkil işi.
2. Müvəkkilin işlədiyi idarə, müvəkkil idarəsi. Gəldiyev.. taxıl tədarükü müvəkilliyində çalışanda bir balaca dolaşan kimi olmuşdu. Mir Cəlal.

MÜVƏQQƏTİ (ID - 30356)

sif. [ər.] Həmişəlik deyil, müəyyən bir müddətdə olan, davam edən (daimi əksi). Müvəqqəti iş. // Zərf mənasında. Bir yerdə müvəqqəti yaşamaq. - Murad uzun mühakimələrdən sonra özünə çıxacaq yol tapmışdı ki, müvəqqəti...

MÜVƏQQƏTİLİK (ID - 30357)

is. Həmişəlik deyil, az bir zaman, müddət üçün olma; keçicilik, ötücülük, sürəksizlik.

MÜVƏRRİX (ID - 30358)

is. [ər.] köhn. Tarixçi. ..Burada qeyd olunan sözlər gələcəkdə müvərrixlər üçün bəlkə də xeyli lüzumlu bir material ola bilər. C.Məmmədquluzadə.

MÜYƏSSƏR (ID - 30359)

sif [ər.] Asanlıqla hasil olan, asan başa gələn, imkan daxilində olan; mümkün, asan, qolay. 0ah idim mən cahanda izzətlə; Hər murad istəsəm müyəssər idi. S.Ə.Şirvani. Oğlan qızı və qız oğlanı görmək ancaq qohumlarda müyəssərdir....

MÜZAKİRƏ (ID - 30360)

is. [ər.] Hər hansı bir məsələ ətrafında müəyyən mülahizə və nəticəyə gələrək qərar çıxarmaq üçün bir yerdə oturub danışıq aparma, fikir mübadiləsi etmə. Dissertasiyanın müzakirəsi. - [Şərif:] Ocaqqulu dayı, onları...

MÜZARE (ID - 30361)

is. [ər.] Qrammatikada: qeyriqəti gələcək zamanın köhnə adı.

MÜZAYİDƏ (ID - 30362)

is. [ər.] Hərrac, auksion.

MÜZAYİQƏ (ID - 30363)

is. [ər.] Əsirgəməmə, qıymama. [Səltənət:] Bizim fikrimiz həmişə sizin yanınızdadır. Əlimizdən gələnə nə müzayiqə! Mir Cəlal. □ Müzayiqə etməmək (eləməmək) - əsirgəməmək, qıymamaq, olan şeyi verməkdən çəkinməmək....

MÜZƏFFƏR (ID - 30364)

sif. [ər.] tənt. Üstün gələn (gəlmiş), zəfər qazanan (qazanmış), qələbə çalan (çalmış); qalib, qalibiyyətli. Müzəffər qoşun. Müzəfifər yürüş. - Müzəfifər ordumuz hər gün dənizlər, dağlar aşdıqca; Yerin qəlbində...

MÜZƏFFƏRİYYƏT (ID - 30365)

is. tənt. Zəfər, qələbə, qalibiyyət.

MÜZƏFFƏRİYYƏTLİ (ID - 30366)

sif. klas. Qalibiyyətli, qalib gələn, qələbə ilə nəticələnən. Müzəffəriyyətli ordumuz. Müzəffəriyyətli yürüş.

MÜZƏKKƏR (ID - 30367)

is. [ər.] Ərəb qrammatikasında: kişi cinsi.

MÜZƏYYƏN (ID - 30368)

sif. [ər.] Zinətlənmiş, bəzənmiş, bəzək verilmiş; zinətli, bəzəkli. Rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulmuşdur. M.F.Axundzadə. Otağın iki üzbəüz tərəfi döşəklərlə müzəyyən idi. T.Ş.Simurq....

MÜZİKL (ID - 30369)

is. [ing.] Estrada teatr növü.

MÜZLİM (ID - 30370)

sif. [ər.] klas. 1. Qaranlıq, zülmətli. Müzlim bir gecə.
2. Məchul, şübhəli, qaranlıq. O məni özü ilə bərabər, sanki bildiyim və tanıdığım bu dünyadan daha müzlim, daha çirkin bir dünyaya sürükləyirdi. M.S.Ordubadi. Gənc...

MÜZTƏRİB (ID - 30371)

sif. [ər.] klas. Sıxıntı və iztirab içində olan; çox təşvişli, rahatsız, narahat, iztirablı. Müztərib könül (qəlb). - Qoca tarzən Cavadın arvadı müztərib (z.) halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərək...

MÜZÜRR (ID - 30372)

sif. [ər.] Zərərli, ziyan verən, ziyankar, zərər verən, zərəri toxunan. Müzürr adam. - [Mirzə Mustafa] hiyləgər, mərdimazar və Nikolay zamanından bizə irs qalan şeytanların və müzürr ünsürlərin birisi idi. Sultanov. Hələ bəziləri...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed